Qarabag Media
Haqqımızda Əlaqə

Avropa İttifaqı Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb


Tarix:13-04-2018, 11:44 Kateqoriya:Manşet / Siyasət

Avropa İttifaqı Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Karabakhmedia.az-ın xəbərinə görə, Avropa Xarici Əlaqələr Xidmətinin bəyanatında vurğulanır ki, ATƏT/DTİHB seçki müşahidə missiyası qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərlə müsbət yanaşma nümayiş etdirib, onlar sərbəst şəkildə fəaliyyət göstərə biliblər və bu, müsbət addım kimi qiymətləndirilir.

Qeyd olunur ki, Seçki Müşahidə Missiyasının qiymətləndirməsində də deyildiyi kimi, seçkilər məhdud siyasi mühitdə, müəyyən qanun pozuntuları ilə keçib.

Avropa İttifaqı ümid edir ki, Azərbaycan ATƏT/DTHİB-in bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacaq və həyata keçirəcək: “Avropa İttifaqı bu prosesdə köməklik göstərməyə hazırdır. Avropa İttifaqı Azərbaycan xalqının rifahı və Avropa İttifaqı -Azərbaycan münasibətləri naminə fəaliyyətdə olan prezidentin yeni prezidentlik dövrü ərzində Azərbaycanla dialoq və sıx əməkdaşlığı, o cümlədən demokratiya və insan haqları ilə bağlı fundamental məsələlərin həllində əməkdaşlığı davam etdirmək istəyir"./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
Azərbaycanın Güneyinə bayraq göndərək
Apreldə müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...