Qarabag Media
Haqqımızda Əlaqə

Məmməd Araza həsr olunmuş müsabiqə keçirilir


Tarix:12-04-2018, 12:24 Kateqoriya:Manşet / Cəmiyyət

Məmməd Araza həsr olunmuş müsabiqə keçirilir

Məmməd Arazın anadan olmasının 85 illik yubileyi münasibəti ilə "IIIMəmməd Araz Poeziya günü” şeir müsabiqəsinə start verilib.

Karabakhmedia.az-ın məlumatına görə müsabiqəniAzərbaycan Respublikasının Prezidenti yanındaBilik Fonduvə Azərbaycan Yazıçılar Birliyitəşkil edir.

Əsər qəbulunun şərtləri aşağıdakı kimidir:

Müsabiqəyə yalnız çap olunmamış şeirlər qəbul edilir. ŞeirlərMəmməd Arazyaradıcılığına aid olmaya da bilər, məqsəd görkəmli şairə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdir.

Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə əsər qəbulu 2018-ci ilin 15 aprelindən 15 iyulunadək qədər davam edəcək.

Mükafatlandırılma mərasimi 2018-ci ilin oktyabr ayında – şairin doğum günü ərəfəsində keçiriləcək.

Müsabiqə üçün əsərlər [email protected] elektron ünvanına göndərilir və ya AYB Yaradıcılıq məsələləri üzrə katibliyə təqdim edilir.

MüsabiqədəI yerin sahibi Məmməd Araz adına "Qartal” mükafatına, I dərəcəli diploma və qiymətli hədiyyəyə layiq görüləcəkdir.

II və III yerlərə layiq görülənlər diplom və qiymətli xatirə hədiyyələri ilə təltif ediləcəkdir.

Müsabiqədəseçiləcək şeirlərin poetik məziyyətləri nəzərə alınmaqla daha bir neçə nominasiya üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.

Müsabiqə iştirakçısı göstərilən e-mailə, yaxud müvafiq katibliyəşəxsiyyət vəsiqəsinin surətini (e-mailə elektronsurətini), ədəbi təxəllüsünü göndərməli və ya təqdim etməli, əlaqə nömrəsini , ya da elektron poçtunubildirməlidir.

Müsabiqənin iş prosesi:

Əsərlər nömrələnmiş qaydada (imzasız) işçi qrupuna verilir, işçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflərə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

Qaliblərin şeirləri və digər seçilən əsərlər almanaxda nəşr ediləcək.

Qeyd:Müsabiqəylə bağlı suallarla əlaqədar [email protected] elektron ünvanına yazmaq, yaxud 055-203-34-26 mobil nömrəsinə zəng etmək olar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..