Qarabag Media
Haqqımızda Əlaqə

Şəhidlik zirvəsinə ucalanlar ölmürlər


Tarix:9-04-2018, 23:03 Kateqoriya:Manşet / Qəhrəmanlar

Şəhidlik zirvəsinə ucalanlar ölmürlər Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Vətənimizin bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar. Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir.

Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızdan biri də Mətləb Muradovdur.

Muradov Mətləb Müseyib oğlu 27 dekabr 1966-cı ildə Laçın rayonunun Sonasar kəndində anadan olmuşdur. 1973-cü ildə sonasar kənd 8 illik məktəbinə getmiş, 1981-ci ildə məktəbi bitirdikdən sonra Sumqayıt şəhər 7 №li Texniki Peşə Məktəbinə daxil olmuş, 1984-cü ildə oranı bitirmişdir. 1985-1987-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təsərrüfatla məşğul olmuşdur. 1991-ci ildən özünümüdafiə batalyonuna qoşulmuşdur. 1992-ci ildə Laçın rayon DİŞ-də işə qəbul olunmuşdur.

Laçında, Şuşada, Ağdərədə, Laçın rayonunun işğalı ərəfəsində rayonun şimal-şərqində yerləşən kəndlər, həmçinin “Qız qəbri”, “Yazı düzü” uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

Laçın RPŞ-nin serjantı Mətləb Muradovun son döyüşü 1993-cü il fevralın 13-də Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən döyüşlərdə oldu. Bu döyüşdə qəhrəmancasına vuruşaraq ermənilərin başına od-alov yağdıran cəsur döyüşçü sonda düşmən mərmisinə tuş gələrək, əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldi.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Subay idi.

Laçın rayonunun Sonasar kənd ümumi orta məktəbinə Mətləb Muradovun adı verilmişdir.
Allah rəhmət eləsin!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı