Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanı müdafiə edən siyasətçini ölümlə hədələyirlər


Tarix:9-04-2018, 14:51 Kateqoriya:Manşet / Gündəm

Azərbaycanı müdafiə edən siyasətçini ölümlə hədələyirlər Balkanlarda Azərbaycanı fəal müdafiə edən siyasətçi, Makedoniya Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim ölümlə hədələnirlər.

Bu barədə siyasətçinin dostu, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

Enes İbrahim bununla bağlı açıqlama verib və mübarizə apardığı inadından geri dönməyəcəyini bildirib.

“Təxminən 20 gündür ki, irqçi-marjinal qruplar tərəfindən müxtəlif təhdid mesajları və məktublar alırıq. Məni ölümlə hədələyirlər. İrqçi-marginal qruplar indi bizi başqa bir mövqedən məhv etmək istəyirlər. Biz rejim dönəmində də inadımızdan gönmədik, qorxmadıq. Bundan sonra əsla dönməyəcəyik. Cəmiyyəti qütbləşdirən və manipulyasiya etdirən siyasi qurumlar və onların idarəçiləri əlbəttə hesab verəcəklər. Mövqeyini gündə dəyişən siyasətçilərin cəmiyyəti parçalamaq istəkləri gerçəkləşməyəcək. Makedoniya Respublikası bizim dövlətimizdir. Dövlət türk toplumu ilə daha da inkişaf edəcək. Türk toplumunu yox sayan irqçi-marjinal qruplar həmişə arzuları elə ürəklərində qalacaq. Ancaq biz türklər doğulduğumuz və yaşadığımız Makedoniyanın inkişafı üçün mücadilə aparırıq. Şərəfli bir gələcək üçün mücadilə edən Türklər dövlətimizin ən sadiq toplumu olaraq qalacaqlar. Ən gərgin və çətin dövrlərdə Makedoniya türkləri həmin qüvvələrə boyun əyməyəcəklər. Həmin qrupu dəstəkləyən Gruevskinin əmri ilə hərəkət edən qüvvələr 2017-ci ilin yanvarında “dillərin istifadə qanunu” na qarşı çıxdıqlarını soydaşlarımız unutmadılar. Təhdidlələrə baxmayaraq, biz heç vaxt mövqeyimizdən və prinsiplərimizdən vaz keçməyəcəyik!”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan