Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ müharibəsi əlillərinə yeni minik avtomobilləri verilib


Tarix:9-04-2018, 12:23 Kateqoriya:Manşet / Gündəm

Qarabağ müharibəsi əlillərinə yeni minik avtomobilləri verilib

Bu vaxta qədər nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Bu barədə musavat.com-a naziriliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. O bildirib ki, avtomobillərin 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.

Yeni minik avtomobillərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri də iştirak edib.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nailiyyətlərindən bəhs olunub. Son 15 ildə böyük inkişaf yolu keçən ölkəmizdə aparılan siyasətin mərkəzində insan amilinin dayandığı, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar da uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmaqla, onların həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də həmin insanların minik avtomobilləri ilə təmin olunmasına yönəlib.

Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişə imkan verib. Həmin Sərəncamlardan sonrakı dövrdə hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 2,2 min ədədə yaxın “Naz-LİFAN” markalı minik avtomobili qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Nəticədə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2014-cü ilədək növbəyə dayananlarla bərabər, artıq 2015-ci ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən də bir hissəsinin avtomobillə təminatına nail olunub.

Ümumilikdə isə bu vaxta qədər Nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.
Həmin vətəndaşların minik avtomobili ilə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) təqdim olunan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilir.
Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, bu sahədə də tədbirlər ildən-ilə gücləndirilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 mindən çox əlil və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin ediliblər.

Cari ilin ötən dövründə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müdafiə məqsədli 40-dək Fərman və Sərəncam imzalanıb ki, onlardan bir qismi Qarabağ müharibəsi və 20 Yanvar əlilləri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılmasına imkan verib. Habelə cari ildə də bütün əlilliyi olan şəxslər kimi, onlara yönələn pensiya və sosial müavinətlərin, eləcə də Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin uşaqlarına təyin edilən sosial müavinətlərin növbəti dəfə artırılması təmin edilib.

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanların, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial təminatlarının gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların, həmin şəxslərin, habelə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onların təminatlarının artırılması sahəsində aparılan işlərə, habelə yeni avtomobillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Karabakhmedia.az











SON XƏBƏRLƏR
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir