Qarabag Media
Haqqımızda Əlaqə

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım


Tarix:4-04-2018, 16:15 Kateqoriya:Manşet / Yazarlar

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi- mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri


Qərbi Azərbaycan tariximizin bir parçasıdır: Ürək ağrıdan, qəlb göynədən parçası. Bu torpaqlarda Dədə Qorqud qopuz salıb, söz qoşub, igidlərə ad verib, Koroğlu qarı düşmənə daş atıb, Aşıq Ələsgər daglarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib, oxşayıb, tərənnüm edib.
Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər-ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir.

Xalqın tarixini, dilini və mədəniyyətini öyrənmək üçün onun yaşadığı əraziyə nəzər salmaq və toponimlərini araşdırmaq lazımdır.
Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90%-dən çoxunu türk mənşəli toponimlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmiş və ya ruslaşdırılmışdır.

1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır.

Burada yaşayan azərbaycanlılar isə zaman- zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan- indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırıma məruz qalmışdır.

27 may 1997-ci ildə Azərbaycanın Milli Bayramı- Respublika günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: ”O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistan çox gözəl iqlimə-yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub. Malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir.

Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O, dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar.

Ermənistan deyəndə, o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O, ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxardıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”.

Ermənistan adlanan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasəti 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilmiş və adların dəyişdirilməsi siyasəti inqilabdan sonra yeni vüsət almış, minlərlə kənd adı məhv edilmiş, rəsmi qərarlarla adların bir qismi ruslaşdırılmış, bir qismi isə qondarma erməni adları ilə əvəz edilmişdir.
Bu gün Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində azərbaycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak etmişdir. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını təsdiq edir. Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirir. Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə Ermənistanda həmişə belə bir siyasət həyata keçirilmişdir. Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi, azərbaycanlıların zorla bu ərazilərdən çıxarılması ardıcıl şəkildə davam etdirilmişdir.

İndi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisinin köklü sakinləri-aborigenləri olan Azərbaycan türklərinin tarixini araşdırmaq elmi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycan tarixi, həm də Cənubi Qafqaz xalqlarının tarixi coğrafiyasının hərtərəfli və elmi şəkildə araşdırılması üçün geniş imkanlar yaradır.

Azərbaycan türkləri indiki Ermənistan ərazisində e.ə. II əsrdən yaşamağa başlamışlar. Bu faktı əsaslı şəkildə təsdiqləyən amillərdən biri həmin xalqın, tayfanın adını özündə yaşadan toponimlərdir. Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş türk mənşəli toponimlərə, IV-VII əsrdən başlayaraq Qafqaz xalqlarının tarixi ilə bağlı yazılmış əsərlərə istinad edib bu qənaətə gəlmək olur ki, Qərbi Azərbaycan ərazisində Azərbaycan türkləri yerli sakinlər olmuşlar və ermənilər buraya ilk yaşayış yerləri olan İraqdan-Fərat və Dəclə çayının sahillərindən gəlmişlər.

XIX əsrin birinci yarısında Türkmənçay müqaviləsindən sonra indiki Ermənistan ərazisinə ermənilərin köçürülməsi nəticəsində Azərbaycan türklərinin tarixi keçmişi ilə səsləşən abidələr dagıdılmış, viran edilmiş və bununla da ermənilər azərbaycanlılara qarşı həm də mənəvi soyqırımı həyata keçirmişdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, XIX əsrdə İrəvan quberniyasında 310 məscid olmuşdur. İrəvan quberniyasının ayrı-ayrı qəzalarında olan məscidlər müasir dövrümüzə qədər gəlib çatmamış, ermənilər tərəfindən dağıdılmışdır.

“Türksüz Ermənistan” uğrunda mübarizə aparan Ermənistan dövləti, ideoloqları, eləcə də yaxın və uzaq havadarları etnik təmizləmə əməliyyatını 1991-ci ilin avqustun 8-də başa çatdırdlar. Həmin gün Meğri rayonunun ən böyük azərbaycanlı kəndlərindən biri- Nüvədi kəndi soyqırıma məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Belələklə, indi Ermənistan olan Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda deyilir:
“Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Əsrin əvvlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSRİ-nin digər bölgələrində soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasınaa əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz olunması prosesi baş verir”.

Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistanıı monoetnik dövlətə çevirmək ermənilərin yeritdiyi siyasətin tərkib hissəsini təşkil edir.

Öz qətiyyəti və dünya da yeritdiyi sülh və haqq ədalət prinsipi ilə ilə fərqlənən ölkəmizin Prezidenti Cənab İlham Əliyev 21 aprel 2011-ci ili tarixdə müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatının nümayəndələrini qəbul edərkən indiki Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yarandığı, İrəvan xanlığının Azərbaycan torpağı olması barədə demişdir: “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu.
Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır”.

Rövşən Əvəzoğlu
Müstaqil araşdırmaçı










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..