Qarabag Media
Haqqımızda Əlaqə

Rüşvətxor və korrupsionerlər də 31 MART SOYQIRIMÇILARININ DAVAMÇILARIDIR...


Tarix:4-04-2018, 10:34 Kateqoriya:Manşet / Yazarlar

Rüşvətxor və korrupsionerlər də 31 MART SOYQIRIMÇILARININ DAVAMÇILARIDIR... Sultan Laçın

2004-2015-ci illərdə MTN-də qurulmuş korrupsiya, talan və işgəncə şəbəkəsinin bu xalqa qarşı etdiklərinin 1918-də şaumyanların, 1937-də markaryanların, 1992-də Sarkisyanların Azərbaycana qarşı törətdikləri ilə ciddi fərqi yoxdur…

31 Mart soyqırımı ilə bağlı tədbirlər dünya çapında böyük effekt verməsə də, alqışlanandır… Heç olmasa, özümüz unutmayaq…. Amma yalnız tarixi faktları araşdırıb ortalığa qoymaqla iş bitmir… Əvvəla, cahan gücləri öz kefindədir, ən tutarlı faktlar nümayiş etdirsək də, bizləri eşitmir. Türkcə, ingiliscə, rusca pafoslu çıxışlar da işə yaramır. Nəinki bir əsr əvvəl törədilmiş 31 Mart soyqırımı, bir qərinə öncə icra edilmiş 26 fevral soyqırımına görə “Xocalıya ədalət!” hayqırmağımızın da faydası olmur… Çünki əvvəla, qloballaşdırmanı aparan super güclər özləri ədalət yox, ədalətsizlik prinsipi ilə və yalnız öz maraqlarına işləyir…Özləri bütün planet üzrə müxtəlif vasitələrlə bütün bəşər əhlinə, xüsusə də müsəlmanlara, türklərə qarşı genosidi davam etdirirlər… İkincisi də düşmənlərimiz əsasən son yüz il ərzində ədalətsizliyi, zülmü öz içimizdə yetişdirməyə də nail olublar… Özü də kütləvi şəkildə… Odur ki, Azərbaycanda Tarix İnstitutu ilə yanaşı, təcili şəkildə bir MİLLİ GENEFOND İNSTİTUTU da yaradılmalıdır… Bu qurum soykökümüzü, genefondumuzun əsrlərdən bəri müxtəlif formasiyalarda, müxtəlif imperiyaların tərkibində keçdiyi yolu araşdırmalıdır…

Bəli, ermənilər bolşeviklər və sümürgəçi güclər tərəfindən yönləndirilən digər qüvvələrlə əlbir olub Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, hətta Güney Azərbaycanda da yüz minlərlə soydaşımızı qətlə yetirdilər. Bu, xalqımızın, müsəlmanların, türklərin genefonduna dəhşətli, sağalmaz bir zərbə vurdu. Amma həmin soyqırım bununla bitmədi… 1920-ci ildə bolşevik Rusiyası Xalq Cümhuriyyətini devirib Azərbaycanı işğal etdikdən sonra daha vüsətlə və daha hiyləgər, alçaq, rəzil yollarla davam etdirildi. Bizi nəinki respublika rəhbərliyinə yeridilmiş erməni millətçiləri, eləcə də öz içimizdəki xainlər, satqınlar vasitəsi ilə repressiyalara, güllələnmələrə, sürgünlərə uğratdılar. Xalqın qaymağını- ən qeyrətli bəy, xan nəsillərini, ən mötəbər din adamlarını, ziyalıları, şairləri, yazıçıları, alimləri məhv etdilər…Və bu minvalla cəsurların, haqqı hayqıranların sayı kəskin şəkildə azaldı, əvəzində kölə xislətli əmr qullarının, yaltaqların, xainlərin, vəzifədən, var-dövlətdən ötrü qardaşının belə ayağından dartanların, xainlərin, dələduzların sayı çoxaldıqca çoxaldı…. Bundan əlavə, yüz minlərlə igid kişimiz İkinci Cahan savaşında kommunistlərlə faşistlərin davasına qurban getdi, Daha sonra Qərbi Azərbaycandakı qədim yurdlarımızdan yüz minlər uca dağlardan Milin, Muğanın ilan mələyən çöllüklərinə sürgün edilməklə əvvəlki xarakterini, mərdliyini, qürurunu itirdi… 1960-cı illərdən isə içimizə kütləvi şəkildə rüşvətxorluq mərəzini yaymağa başladılar… 10 manatdan ötrü anasının əmcəyini kəsə bilən manqurt məmurlar ordusu yetişməyə başladı… Və nəhayət, 1988-1994-cü illər Qərbi Azərbaycandan da, Qarabağdan, Şuşa, Laçın, Kəlbəcərdən də kökümüzü qazıyıb, qırıb-töküb yandırıb qovdular… 25-30 ildir ki, İrəvansız, Göyçəsiz, Zəngəzursuz, Şuşasız, Kəlbəcərsiz, Laçınsız, Ağdamsız, Qubadlısız…. nəsillər yetişdiririk… Və təəssüf ki, yeni nəsilləri də sovet dövründən yetişmiş repressiya, bürokratiya, rüşvətxorluq çetelərindən uzaqlaşdıra bilmirik… İndiki nəsillərimizin də içinə rüşvətxorluq, korrupsiya, bürokratiya, inhisarçılıq və s. toxumları səpilir…

Milli Genefond İnstitutu bir çox suallara cavab tapmalı və onlara uyğun MİLLİ GENEFONDU-SOYKÖKÜ QORUMA proqramı hazırlamalıdır. Məsələn, necə oldu ki, XIX əsrin əvvəlində Fransa dahisi Aleksandr Dümanın barəsində “Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı” dediyi bir xalqın içində bu gün kasıbından tutmuş ən varlısınadək dələduz, insafsız, vicdansız, qaniçən rüşvətxor, korrupsioner, inhisarçı kütlələr formalaşıb…

Bildiyimə görə, Azərbaycanda 1863-cü ilədək qapılara qıfıl vurulmayıb. Çünki nadir istisnalarla oğurluq olmayıb. 1863-cü ildə qıfılı Çar Rusiyası gətirdib ölkəmizə. Elə həmin illərdən də ruhumuza da “qıfıl vurmağa” başlayaraq istədiklərini mənəviyyatımıza yeritməyə baş vurub işğalçılar…Bununla belə, 1992-1993-cü illərədək Kəlbəcərin, Laçının, Qubadlının bir çox kəndlərində, ümumiyyətlə, evlərə kilid vurulmayıb. Amma işğaldan sonra dağ ruhumuz düzənlərdə, şəhərlərdəki hasarlara, binalardakı panellər arasına kilidlənib…Bu gün qardaş bacının, bacı oğlu xalanın, dayının, hətta oğul atanın evini yarır…Nədən bu günlərə qaldıq biz?...

Hörmətli Prezident İlham Əliyev 2011-ci ili “Korrupsiyaya qarşı mübarizə ili elan etdi”. Həbslər başladı. Az-çox qorxu-hürkü yarandı. Və 2015-ci ildə bəlli oldu ki, o illərdə ölkənin ən strateji qurumlarından olan Milli Təhlükəsizlik Nazirliyinin özü başında duran nazirin rəhbərliyi ilə 11 il ərzində korrupsiya, quldurluq, talan, repressiya və işgəncə şəbəkəsi yaradıb. Neçə rayonun icra başçısının özbaşınalıq, korrupsiya, əxlaqsızlıq və s. kimi murdar əməlləri üzə çıxdı. Keçmiş MTN-in yüksək rütbəli general və zabitlərinin, eləcə də bəzi icra başçılarının törətdikləri əməllərin 1918-ci ildə Şaumyanların, Andraniklərin, Njdelərin, 1937-ci illərdəki erməni müstəntiqlərin, 1992-ci ildə Xocalıda Sarkisyanların, Balayanların bu xalqa qarşı törətdiklərindən çox da fərqi yoxdu. Həmişə deyirik, manqurt, korrupsioner Azərbaycan(?!) general, zabit və məmurları bu vətən, bu xalq üçün hazırda Şuşada, Kəlbəcərdə yaşayan adi bir erməni dığasından qat-qat təhlükəlidir. Çünki müharibə olsa, o erməni döyüşçü kimi uzaqbaşı, 10-15 azərbaycanlını qətlə yetirə bilər. Amma əgər icra başçısı başsız, savadsız və mənəviyyatsız, milli heysiyyatsız bir rüşvətxordursa, 50 minlik-100 minlik bütöv bir rayon əhalisinin bu gününü və gələcəyini məhv edir, minlərlə gənci oğurluğa, narkomanlığa, əxlaqsızlığa, intihara və s. vadar edir. Əgər təhlükəsizlik naziri qaniçən quldur, korrupsionerdisə, bütövlükdə ölkənin, dövlətin, milyonlarla vətəndaşın həyatı təhdid altında qalır. Əgər bir ölkənin təhsil naziri manqurt bir korrupsioner olarsa, bütövlükdə o ölkənin təhsilini, yüz minlərlə şagird, tələbə və müəllimini şikəst edir. Bu da öz növbəsində ictimai həyatın bütün sahələrinə siraət edir. Məgər bu sadalanan və sadalanmayan oxşar əməllər elə dolayı yolla soyqırımın davamı deyilmi?..
Düşünək, düşünək ki, düşüncəsiz, manqurt və acgözlərin ucbatından düşmənlərin tələlələrinə düşüb növbəti soyqırımlara düçar olmayaq…

Bu gün biz bu xalqın rüşvətvermə və rüşvətalma vərdişini təcili şəkildə tərgitməsək, başımız hələ çox bəlalar çəkəcək. Gəlin kasıbdan varlıya özümüzdə təpər tapaq, nə rüşvət alaq, nə rüşvət verək. Cənab Prezident özü neçə illərdir haray çəkir ki, korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə mənə dəstək olun. Tərif üçün yox, nümunə üçün deyirəm, həqiri-bəndəniz nə bir kəsdən rüşvət alır, nə də bir kəsə rüşvət verir. 2012-ci ildə cənab Prezidentin korrupsiyaya qarşı mübarizəsinə dəstək olaraq məktəb direktorluğundan imtina etdim və yataqxanada ömür sürməyi rüşvət alaraq villada yaşamaqdan üstün tutdum…Və gördüyünüz kimi, hələki sağam və şükür Allaha ki, nəfəs alıram…

İnanın ki, heç olmasa 1 milyonumuz bircə aylıq rüşvət verib almasaq, bu korrupsiya şəbəkəsi öz-özünə çökər və çox problemlərimiz həll olunar, inhisarçılıq aradan qalxar, yanacağın, ərzağın qiyməti enər, işsizlərə iş tapılar, hətta Qarabağın azadlıq yolu da asanlaşar və 31 Martın da, Xocalının da qisasını alarıq/Moderator.az|

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir