Qarabag Media
Haqqımızda Əlaqə

Nehrəmin Azərbaycana bəxş etdiyi böyük ziyalı...


Tarix:1-04-2018, 19:13 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Nehrəmin Azərbaycana bəxş etdiyi böyük ziyalı...10 ildən çoxdur ki, mən M.Cəlil haqda yazmağı düşünürdüm. Nəhayet bu gün Nehrəm Xeyriyyə Cəmiyyətinin iclasında bu məsələyə toxunuldu.Mən də bu məqaləni yazmağı qərara aldım.

Bir çoxlarıM.Cəlilin Naxçıvan şəhərində anadan olmasını yazırlar.Lakin heç bir mənbədə onun Naxçıvanda anadan olması yazılmayıb. Bunu yazanlar M.Cəlilin atası duzçu Məmmədqulunun Qori Müəllimlər Seminariyasına gönderdiyi ərizə və doğum haqqında arayışa istinad edirlər. Ancaq hamımız bilirik ki, bunlar düz deyil. Çünki Cəlilin yaşı az olduğu üçün onu Seminariyaya qəbul etmirdilər.Ona görə də atası Cəlilin yaşın böyütmək üçün sənədləri iki dəfə dəyişdirmişdir.Əvvəllər 1883-cü ildə yazılan sənədlərə əsasən M.Cəlilin anadan olmasını 1866-ci ilə aid edirdilər.Hər yerdə 1866-cı il yazılırdı.Sonralar 1882-ci il sənədləri üzə çıxdı. Az sonra birinci yazılan sənədlər tapıldı.1881-ci il sənədlərindən aydın oldu ki, M.Cəlilin doğum tarixi 1869-cu ildir.Deməli M.Cəlilin yasini böyütmək üçün sənədləri Naxçıvan şəhərindən aldıqları üçün Cəlilin doğum yerini də Naxçıvan şəhəri yazmışlar.Göründüyü kimi üç dəfə dəyişdirilmiş sənədləri etibarlı mənbə hesab etmək olmaz.Bundan başqa C.Məmmədquluzadə xatirələrində nə üçün Naxçıvan şəhərində anadan olmasını yazmayıb? Hamı istər ki, özünü mədəniyyət mərkəzi olan şəhərli etsin.Lakin M.Cəlil xatirələrində həqiqəti yazaraq bildirir ki, o, Naxçıvan şəhərinin 7 Araz çayının 3 verstliyində anadan olub.Ona görə də 1960-ci illərə kimi M.Cəlilin Nehrəmdə anadan olduğu yazılırdı Məsələn Mirzə Ibrahimov 1939-cu ildə yazdığı ‘Böyük Demokrat’ adlı elmi monoqrafiyasında M.Cəlilin Nehrəmdə anadan olduğunu yazmışdır və elmlər namizədliyini müdafiə etmişdir.Bu gün belə Təbrizdə Istiqlal-Səttarxan muzeyində M.Cəlilin portretinin altında 1869- cu ildə Naxçıvan əyalətinin Nehrəm kəndində anadan olması yazılıb.

1966-ci ildə M.Cəlilin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Nehrəmdə ona heykəl qoymaq məqsədi ilə yığıncaq keçirilmişdir. Yığıncaqda əhalinin çoxu buna etiraz etmişdir.Ona görə də Abbas Zamaniv və Əziz Şərif bu hadisədən sonra M. Cəlilin Naxçıvan şəhərində anadan olduğunu yazdılar.
Istənilən bir məsələyə obyektiv qiymət vermək üçün məntiqə əsaslanmaq lazımdır.Bu məsələdə də Məntiqə əsaslanaraq faktlara diqqət edək.
1.M.Cəlil heç bir yerdə Naxçıvan şəhərində anadan olduğunu yazmayıb.

2.M.Cəlil xatirələrində Naxçıvan şəhərinin 7 Araz çayının 3 verstliyində anadan olduğunu yazmışdır ki, buda Nehrəm kəndidir.Çünki bu məsafədə Nehrəmdən başqa kənd yoxdur.
3.M.Ibrahimov ‘Böyük Demokrat’ monoqrafiyasinda M.Cəlilin Nehrəmdə anadan olmasını yazıb.

4Təbrizdə Istiqlal muzeyində M.Cəlilin Naxçıvan əyalətinin Nehrəm kəndində anadan olduğu yazılıbdır.

5.19-cu əsrin sonlarında Azərbaycanın bəzi şəhərlərində qızları məktəbə qoymadıqları halda M. Cəlil Nehrəm kimi dindar bir kənddə qızları məktəbə gəlib etmişdir.1960-ci illərə kimi Nehrəmdə qızları məktəbə ya qoymur,ya da çadra ilə göndərirdilər.Sual olunur belə olan halda M. Cəlil qızları məktəbə necə cəlb edə bilmişdir? Nehrəmlilər yad bir kişiyə etibar edib qızlarını məktəbə qoymazdılar. Deməli Cəlil yad gəlmə deyildi,Nehrəmin öz balası idi.

6 Minəvvər xanıma Naxçıvanda ev verilməsinə baxmayaraq,o, gəlib Nehrəmdə qalırdı.Heç yadımdan çıxmaz Qurban müəllimlə ingilis dili müəllimi] bir neçə dəfə gedib Minəvvər xanıma neft almışdıq.O,zaman nefti kənddə satırdılar.

7.H.Əliyev də M. Cəlilin Nehrəmli olduğunu dəfələrlə vurğulayıb.

Nəhayət bəziləri Danabaş kəndinin əhvalatları əsərinin Nehrəmə aid olduğunu deyirlər.Onlara bildirirəm ki,o zaman bütün Şərq ölkələri cəhalət,möhvumat, nadanlıq, avamlıq burulğanında boğulurdu.Bu əsər bir kəndin timsalında bütün Sərqə aiddir.M. Cəlil xalqı maarıfləndirmək, qəflət yuxusundan oyatmaq üçün ürək ağrısı ilə bunu qələmə almışdır.M. Cəlil elə bir nəhəngdir ki,o, bir kəndə,bir mahala,nəhayət Azərbaycana sığmaz.

Sonda onu da bildirirəm ki,M.Cəlilin əsərlərini diqqətlə oxuyanda Nehrəmin ab-havası, mənəviyyatı, əxlaq,ruhu,yumoru,lətifələri, sözü birbaşa deməsi açıq-aydın hiss olunur.Bu gün də bizim haqqımızda deyim var,nehrəmlilər sözü çılpaqlığı ilə yeni birbaşa deyirlər.M.Cəlilin bir hekayəsi var ‘ZIRRAMA’ bu sözü ancaq biz işlədirik.Əziz Şərif bu sözün mənasını tapmaq üçün bir il axtarış aparıb.

Bir neçə kəlimə də M.Cəlilin AXC-ni qəbul etməyərək Təbrizə getməsi haqqında.Belə düşünənlərə bildirirəm ki,M.Cəlil Təbrizə 1920-ci ilin iyun ayında gedib,özü də qardaşı Ələkbərin təkidi ilə çünki onun arvadı Həmidə xanım bəy qızı idi,Ələkbər qorxurdu ki,bolşeviklər gəlib Həmidə xanımı tutar bilərlər.Ona görə də Ələkbər onları demək olar ki zorla Tebrizə aparıb.Qaldı ki,Cümhuriyyət əsərini yazan biri cümhuriyyəti necə qəbul etməyə bilər?

Dövlət quruluşunun Cümhuriyyət olmasını ilk defə Azərbaycan ədəbiyyatına məhz C.Məmmədquluzadə gətirib.

Sonda hamıdan xahiş edirəm ki,xalqımızın mənəvi dəyərləri olan böyük şəxsiyyətlərimizə hörmətlə yanaşaq,onların mənəvi dəyərlərini Azərbaycan gəncliyinə örnək edək.

Nəcəfalı Cahangirli, BAO Mərkəzi Şurasının üzvü,
Nehrəm XC –ti idarə heyyətinin üzvü.










SON XƏBƏRLƏR
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir