Qarabag Media
Haqqımızda Əlaqə

AXC- 100: Türk Əsgəri üçün Cəbrayıl çörəyi


Tarix:28-03-2018, 11:20 Kateqoriya:Manşet / Araşdırma

AXC- 100: Türk Əsgəri üçün Cəbrayıl çörəyi

1918-ci il martın 3-də Bolşeviklər Almaniya, Bolqarıstan, Avstriya-Macarıstan və Osmanlı nümayəndələri ilə Brest-Litovsk Sülh Sazişi imzalayır. İmzalanma Bakının azadlığı ilə nəticələnən bir sıra hadisələrə səbəb olur.

Razılaşmaya əsasən, Rusiya nəinki müharibədən, həm də praktiki olaraq Cənubi Qafqazdan çıxır. Osmanlıların Üçüncü Ordusu rusiyalı əsgərlərin çıxdığı ərazilərə - şərqə tərəf irəliləyir.

Fəqət Türkiyə qüvvələri yaxşı silahlanmış erməni qrupları ilə üzləşməli olurlar. Rusiyalılar mütəşəkkil və qeyri-mütəşəkkil erməni qüvvələr üçün mühüm sayda top, tüfəng və döyüş sursatı saxlamışdılar.

Ermənilərlə ən güclü qarşıdurma Qarsda yaşanır. Bir həftə davam edən gərgin döyüşdən sonra, Qars 1918-ci il aprelin 25-də ələ keçirilir və qalan 20 min erməni əsgəri şərqə tərəf geri çəkilməli olur. Onlardan geriyə 589 top, 2525 tüfəng, bir neçə təyyarə və 2000 ton təchizat qalır.

1918-ci ilin mayında Üçüncü Ordu, qırx il əvvəl 1877-ci il Rusiya-Türkiyə müharibəsində rusiyalılara uduzduğu ərazilərin idarəsini ələ keçirir. Artıq Bakıda mart qırğınları baş vermişdi və Quba və Naxçıvanda erməni və müsəlman icmaları arasında silahlı münaqişə davam edirdi.

Osmanlıların Üçüncü Ordusu üzü şərq və cənuba irəliləyərək köhnə sərhədi üç istiqamətdə keçir. Ordunun bir hissəsi Aleksandropolu (Gümrü) tutur. Həmin qüvvələr Qara Kilsəyə qədər (hazırda Vanadzor) və oradan da üzü qərbə doğru irəliləməyə davam edir.

Nuri Paşa Gəncəyə mayın sonunda daxil olur və Osmanlı hissələri də iyunda buraya çatırlar. Qarsdan Gəncəyə qədər bu əsgərlər bir ay boyunca 400 km ərazi uğrunda mübarizə aparmışdılar. Onların başlanğıc nöqtəsini şərqi Anadolu sayarsaq, 800 km boyunca irəliləmiş və döyüşmüşdülər. Amma Bakı hələ 350 km uzaqda idi.

Ordu əsasən qatar yollarını izləmişdi. Bu onlara qida vasitələri, dərman, silah və sursat ehtiyatı almağa imkan yaratmışdı.

Problem onda idi ki, əsgərləri qidalandırmaq üçün arxadan gətirməyə ərzaq yox idi. 1918-ci ildə Türkiyə iqtisadi və hərbi baxımdan tükənmişdi.

Lakin Qafqaz cəbhəsindəki vəziyyət daha da acınacaqlı idi. Azərbaycanlıların daşınma dəstəyi olmadan Osmanlı qüvvələri Gəncədən o tərəfə irəliləyə bilməzdi.

Hücum əməliyyatı üçün yaxşı daşınma şərtdir. Hücumda olan istənilən orduya dəstək üçün arxa bazada kifayət qədər ərzaq ehtiyatı olmalıdır.

Üçüncü Ordunun arxası isə şərqi Anadolu idi və ordunu qida vasitələri və yeni əsgərlərlə təmin etmək öhdəliyi daşıyırdı. Fəqət dörd illik müharibədən sonra, regiondakı ehtiyatlar tükənmişdi.

Kəndlər boşalmışdı və sakinlər aclıqdan ölürdü. Qarsdan o tərəfə hansısa hücum əməliyyatını dəstəkləmək üçün nə kifayət qədər insan, nə də ərzaq var idi.

Ordu üçün ərzaq olsaydı belə, onu göndərmək çox çətin olardı. Çünki Qars və Gəncə arasındakı 400 kilometrlik təchizat xətti təhlükəli idi və tez-tez maneələr yaranırdı. Bir çox hallarda gürcülər sursat, geyim və ərzağın şərqə keçirilməsinə mane olurdular.
AXC- 100: Türk Əsgəri üçün Cəbrayıl çörəyi

Bu, türk qüvvələrinin Birinci Dünya Müharibəsində son hücum əməliyyatı idi və uğur Azərbaycan taxılı, düyüsü, əti və samanından asılı idi.

Hərbi mənada ordu, düşmən xəttindən o tərəfdəki dəstəyə arxayın idi və arxada etibar etməli heç bir şey qalmamışdı. Bununla belə əsgərlərə irəliləmək əmri verilmişdi. Çünki hərbi hücumun mühüm siyasi səbəbi var idi.

Türk ordu hissələri Gəncəyə daxil olduqda tərkibində ac və yorğun 7000 əsgər var idi. Azərbaycan hökuməti və türk zabitləri kömək üçün yerli əhaliyə müraciət edirlər.

Azərbaycan kəndliləri və şəhərliləri minlərlə ac türk əsgərini ərzaqla təmin edirlər. Dəstək təkcə ordunun yerləşdiyi ərazilərdən gəlmirdi.

Məsələn, ordu Cəbrayıl qəzasından (hazırda rayon) keçməmişdi. Bu ərazi hərbi əməliyyatlar və döyüş sahələrindən uzaqda yerləşirdi. Bununla belə yerli əhali orduya böyük dəstək göstərir.

Cəbrayıl qəzası başçısına əsasən, yerli əhali buğda, arpa, düyü, darı və samanını ondan bir hissəsini orduya bağışlayır.

Bundan əlavə, qoyunu olan hər bir kənd 200-300 qoyununu da orduya göndərir. Cəbrayıl kəndliləri ordunun ehtiyacı olduğu at arabaları və öküzlər də yollayırlar Cəbrayıl azərbaycanlıları Qurban bayramı üçün ayrılan qoyunların dərisini də orduya bəxşiş edirlər.

Yerli tacirlər pul toplayaraq ordudakı vəziyyətin yaxşılaşdırılması üçün Müdafa-i Milli-yə (Milli Müdafiə) verirlər. Ölkənin digər regionlarından da ordu üçün azuqə, nəqliyyat vasitələri və atlar göndərilirdi.

Buna görə də Nuri Paşa hesabatlarında sevinclə yazırdı ki, Azərbaycan regionlarında əsgərlər üçün kifayət qədər taxil və ərzaq var.

Daşınma dəstəyi ilə yanaşı, ölkələri uğrunda mübarizədə orduya qoşulan azərbaycanlılar da az deyildi. Hərbi düşərgə iyunda Gəncədə olarkən azərbaycanlı könüllülərdən ibarət kiçik bölüklər orduya qoşulmağa başlayırlar.

Daha çox yerli cəlb etmək üçün ordunun adı Qafqaz İslam Ordusu adı ilə əvəzlənir. Ordu hissələri Yevlax vasitəsilə qərbə doğru hərəkət edərək iyulun 1-də Göyçay ərazisini azad edir.

Bu ərəfədə Azərbaycan hökuməti orduya səfərbərlik elan edir. Yayın sonuna qədər orduya qoşulan azərbaycanlıların sayı 4000-ə çatır.

Göyçaydan sonra şimalda Şamaxı, cənubda Salyan və mərkəzdə Kürdəmir kimi şəhərlər azad edilir.

Ordu Bakıya qədər döyüşərək Azərbaycanın paytaxtını sentyabrın 15-də ələ keçirir.

Həmin yayın əvvəlində Məhəmməd Əmin Rəsulzadə demişdi ki, "Bakısız Azərbaycan - başsız bədəndir!" Artıq bədən ilə baş birləşmişdir./BBS/

Dr. Harun Yılmaz
Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü











SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib