Qarabag Media
Haqqımızda Əlaqə

İmtahandan keçən müəllimlərin yeni maaşları təsdiqləndi


Tarix:27-03-2018, 16:58 Kateqoriya:Manşet / Təhsil

İmtahandan keçən müəllimlərin yeni maaşları təsdiqləndi

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Karabakhmedia.az-ın məlumatına görə, Nazirlər Kabineti Azərbaycan prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 manatdan 352 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335 manatdan 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370 manatdan 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 385 manatdan 424 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 230 manatdan 253 manata, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox və orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 240 manatdan 264 manata, orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 250 manatdan 275 manata, ali təhsilli, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq olan və ali hərbi təhsilli (pedaqoji staja tələb qoyulmadan) gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 265 manatdan 292 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix