Qarabag Media
Haqqımızda Əlaqə

Adımız əməlimizi doğru ifadə etməlidir. Qövmiyyətçilik, milliyətçilik yoxsa millətçilik?!


Tarix:12-11-2015, 03:11 Kateqoriya:Manşet / Yazarlar

Adımız əməlimizi doğru ifadə etməlidir. Qövmiyyətçilik, milliyətçilik yoxsa millətçilik?!

Sərdar ODƏR

Öncəliklə qövmiyyət, milliyət, millət anlayışlarının keyfiyyət fərqlərindən danışaq. Təbii ki, biz bu məsələyə Azərbaycan Türk toplumu çərçivəsindən baxacıq. Çün ki, fərqli yerlərdə bu hal və adlandırma ictimai-siyasi gedişata və dil normalarına uyğun olaraq dəyişə bilər. Ümumi qəbul olunmuş fikir olaraq M.Ə.Rəsulzadənin də əsərlərində (Milli dirilik) etnik birliklərin üçpilləli iyerarxiyası və onların ictimai fərqlilikləri verilmişdir. Onin fikrincə qövmiyyət yalnız nəsil və dil birliyini ehtiva edir. Yəni bir ata-babadan yaranma və bir dildə danışan kiçik bir tayfaya qövmiyyət məfhumunu aid etmək olar. Milliyyət də isə artıq qan qohumluğu amili öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliyi ön plana keçir. Millətə gəlincə isə millət, dil birliyi, adət və axlaq birliyi, tarixi birlik və dini birliyin məcmusunun culğalaşmasıdır.

Bu anlayışları, onların daşıdığı mənanı sözlə ifadə etsək və sənət, peşə bildirən şəkilçi əlavə etsək qövmiyyətçi, milliyətçi və millətçi sözləri ortaya çıxacaq. İndi biz nəyi savunmalıyıq?! Və ya nəyi savunuruq? qövmiyyətçilik prinsipi ilə tayfaçılığımı, kiçik məhəlli birlik olan milliyətçiliyimi, yoxsa bütövlük düşüncəsinin məhsulu olan Millətçiliyimi?

Bəzən biz hansını etdiyimizi bilmirik və ya etdiyimiz işin səviyyəsini bilsək belə adını düzgün ifadə etmirik. Dövləti olan və geniş dövlət ideyasının -Turan, Bütöv Azərbaycan - daşıyıcısı olan şəxsin özünü milliyətçi adlandırması doğru deyil. Bu mənada ki, bu elmi yöndən doğru sayılmır. Özünü "milliyətçi" adlandıra bilər, ancaq daşıdığı ideya məntiqi olaraq milliyətçiliyə yox, millətçiliyə xas bir ideyadır. Millət sözü milliyət sözündən daha geniş və böyük anlama gəldiyi üçün millətçilik, milliyətçiliyə görə daha böyük anlamdadır. Bu barədə M.Ə.Rəsulzadə qeyd edir: "Millət, milliyət üzvlərinin əksəriyyətinin öz mədəni və milli diriliyini dərk etdiyi zaman yaranır". Burdan belə anlmaq olar ki, etnosun iyerarxiyasının millət mərhələsində olan toplum və ya onun fərdi milliyət mərhələsində olandan daha çox inkişaf etmişdir, bütövləşmişdir. M.Ə. Rəsulzadə millətin milliyətdən əsas fərqini milləti təşkil edən fərdlərin milli mənlik şüuruna malik olmasında görürdü. Milli mənlik şüuru dedikdə toplumum mədəni və siyasi anlamda istiqlala ərməsi başa düşülür. O qeyd edirdi ki, (Milli Tesanüd, s. 25) "Toplum yalnız dövlət olmaq əzmini göstərdiyi və bunda israr etdiyi zaman millət olur". Bizim müstəqil Dövlətimiz var, biz 1918 28 mayda və 1991-ci il 18 oktybrda bütün dünyaya göstərdik ki, Azərbaycan Türkləri millət olmaq əzmindədirlər. Millət olmaq əzmini sübuta yetirmiş olan toplum bu əzmi qoruyub saxlamaq üçün Millətçi olmalıdır, milliyətçi yox.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...