Qarabag Media
Haqqımızda Əlaqə

Yeni filmin təqdimatı oldu


Tarix:18-03-2018, 22:01 Kateqoriya:Manşet / Mədəniyyət

Yeni filmin təqdimatı oldu Bu günlərdə Nizami kino mərkəzində əsl sinema bayramı yaşandı. Həmin gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı-dramaturq İmir Məmmədlinin “Köşk” ssenarisinin əsasında çəkilən “Eviniz abad” filminin premiyerası baş tutdu.

Qeyd edək ki, filmdə azərbaycanlı aktyorlarla yanaşı gürcü sənətçiləri da rol alıblar. Filmin gözlənilməz süjet xətti və azərbaycanlı oğlanla gürcü gızının arasınada baş verən sevgi hissləri elə bir daxili dinamika yaradır ki, tammetrajlı bu əsər birnəfəsə baxılır. Bu əlbəttə filmin quruluşçu rejissoru Mirsadıq Ağazadənin ssenarinin ümumi əhval-ruhiiyəsini və İ. Məmmədliyə xas olan incə, həssas çalarları yaxşı duymasından da xəbər verir.

Qeyd etməliyik ki, “Eviniz abad” filmi İmir Məmmədlinin ssenarisi əsasında çəkilən ilk ekran əsəri deyil. Buna qədər onun ssenariləri əsasında yeddi televiziya filmi çəkilmişdir.

Fəxarət hissi ilə qeyd etməliyik ki, keçən il qardaş türk kinomatoqrafçıları da İmir Məmmədli yaradıcılığına müraciət edib və onun “İkili həyat” ssenarisi əsasında “Xoruz Bayram” adlı Tammetrajlı bədii film ərsəyə gətiriblər. Həmin filmin fraqmanı xeyli vaxtdır sosiyal şəbəkələrdə yayımlanır. Film gala gecəsi İstambul şəhərində təntənəli şəkildə keçiriləcək. Bu yeni ekran əsəri isə qardaş olkənin kinoteatrlarında 20 apreldən etibarən nümaiş etdiriləcək.

Zümrüd Rüstəmova










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib