Qarabag Media
Haqqımızda Əlaqə

Vüsalə Mahirqızı: "Reallıq göstərdi ki, online medianın dövlət dəstəyinə ehtiyacı var"


Tarix:10-03-2018, 12:38 Kateqoriya:Manşet / Gündəm

Vüsalə Mahirqızı: "Reallıq göstərdi ki, online medianın dövlət dəstəyinə ehtiyacı var"

“Bu gün onlayn media ictimai rəyin formalaşmasına dəstək olur”.

Karabakhmedia.az-ın xəbərinə görə, bunu jurnalistlərinin 7-ci qurultayında çıxışı zamanı “APA” Holdinqin prezidenti Vüsalə Mahirqızı deyib. O bildirib ki, zamanında onlayn mediaya dövlət dəstəyi səsləndiriləndə onun ən çox əleyhinə çıxan özü olıub:

"Hesab edirdim ki, reklam gəlirləri ilə maddi problemləri həll etmək olar. Lakin zaman göstərdi ki, reklam onlayn medianın problemlərini həll etmədi. Reallıq göstərir ki, onlayn medianın dövlət dəstəyinə ehtiyacı var. Bu gün ölkənin virtual sərhədlərini onlayn media qoruyur. Dövlətin onlayn mediaya öhdəliyi mümkün deyil. Lakin bu sadəcə bir təklifdir”, - deyə V.Mahirqızı bildirib.

O, daha sonra bunları deyib: “Bundan başqa, vahid kart məsələsini Mətbuat Şurası həll etməlidir. Dünyada da hər jurnalistə vahid kart verilir. Mətbuat Şurasının verəcəyi sarı kart sahibləri xüsusi olaraq seçilməlidir. Hər jurnalistə belə kartın verilməsinə ehtiyac yoxdur”.

Qurultayda çıxış edən "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı isə bildirib ki, reket jurnalistlərlə mübarizə qaydaları daha da sərtləşdirilməlidir:

“Məndən öncə çıxış edən həmkarlarım Vüsalə Mahirqizi və Aqil Abbasın fikirləri ilə razıyam. Mətbuat Şurası reket jurnalistika ilə mübarizə üçün vahid kart məsələsinə baxmalıdır. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, hətta deyərdim ki, daha da sərtləşdirilməlidir. Çıxışlarımda bu məsələni dəfələrlə dilə gətirmişəm. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq bir domeni qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar klassik medianı gözdən düşürməklə yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.

A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:

“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi daha da sərtləşdirilməlidir. Bildiyimiz kimi bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda biz reket jurnalitlərlə daha səmərəli mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”./Musavat.com/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb