Qarabag Media
Haqqımızda Əlaqə

Ötən il Azərbaycanda 638 insan böyrək çatışmazlığından ölüb


Tarix:9-03-2018, 17:25 Kateqoriya:Manşet / Tibb

Ötən il Azərbaycanda 638 insan böyrək çatışmazlığından ölüb

"Hazırda Azərbaycanda böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3406 nəfərdir".

Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, xəstələrdən 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır: "Xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür. Xəstələrdən ən balacasının 6 yaşı, ən böyüyün isə 84 yaşı var".

Şöbə müdiri əlavə edib ki, ölkədə ötən il 1226 yeni xəstə aşkar olunaraq hemodializ müalicəsi alır: "Onlardan 527-si Bakının, 799-u isə regionlardan olan xəstələrdir. Keçən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun da 392-si regionların, 246-sı isə Bakının payına düşüb. 2016-cı ildə ölüm göstəricisi xəstələrin 20,2 faizini təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 faizə düşüb".

F.Babayev qeyd edib ki, bu günə qədər 758 xəstəyə böyrək köçürülüb: "Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub. Böyrək xəstəliyi Azərbaycanda əsasən rütubətli və Qərb rayonlarında geniş yayılıb. Əhali kütləsinim həmin ərazilərdə çox olması bu xəstəliyin sayının artmasına səbəb olur. Böyrək xəstəliyinin əmələ gəlməsində nəinki qazanılmış böyrək iltihabı, eləcə də daş, hər hansı immunoloji problemlər, irsi genetik xəstəliklər də böyrək çatışmazlığı ilə fəsadlaşa bilir"./report/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib