Qarabag Media
Haqqımızda Əlaqə

Erməni separatizmi və şovinist millətçiliyi


Tarix:5-03-2018, 23:43 Kateqoriya:Manşet / Yazarlar

Erməni separatizmi və şovinist millətçiliyiMüasir dövrdə dövlətlər daxilində baş verən separatizm və şovinizm prosesləri dövlətlərin inkişafına, ərazilərinin kiçilməsinə və eyni zamanda ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olmuşdur.

Yer üzündə heç bir irqin, millətin, qövmün birinin digərindən üstünlüyü yoxdur. Yaşadıqları coğrafiya baxımından fiziki olaraq, həyat tərzləri olaraq, dil, inanc və mədəniyyət baxımından yalnız fərqliliklər sərgiləyə bilərlər. Bu fərqliliklər üstünlük və ya alçaqlıq mənası daşımaz. Şovinizm, hər hansı bir şeyə olan həddindən artıq, səbəbli və ya səbəbsiz ibarət bağlılıqdır. Xüsusilə də başqa millətlərə qarşı dözümsüzlük və təcavüzkarlıq, həddindən artıq və fanatik milliyyətçilik mənasında istifadə edilsə də şovinizm milliyyətçilik anlayışının özünə ziddir. Çünki şovinizm tez-tez qarşı qrupa olan nifrət və pis niyyət duyğularını da özü ilə gətirər

XXI əsrin əvvəllərinə yaxın dünya birliyi beynəlxalq sabitlik üçün əsas təhdidlərdən biri ilə – bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü büruzə verən davakar separatizmlə üzləşmişdir. Separatizmi qidalandıran etnoslararası münaqişələr bəzi hallarda hərbi-siyasi münaqişələrə, hətta dinc əhali üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə çevrilir.

Azərbaycan da polietnik dövlət kimi yarandığı ilk illərdən etnik separatçılıq problemi ilə üz-üzə qalmışdır. Azərbaycan illərdir ki, etnik separatizmdən əziyyət çəkir. Çoxmillətli respublikamızın içində separatizm ocağı qalayan və onu böyük yanğına çevirən etnik qrup ermənilərdir.Təcavüzkar erməni separatçılığı aktiv fazaya keçərək milli təhlükəsizliyə ciddi təhdid yaratmışdır.

Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edəndə erməni separatçılığının ağır nəticələrini öz üzərində hiss etmiş, sovetləşmədən sonra erməni separatçılığı aktiv fazadan daim közərən münaqişə fazasına keçmişdir. SSRİ-də mərkəzi hakimiyyət zəifləyən kimi, yəni 1988-ci ildə münaqişə yenidən alovlanmış, qonşu Ermənistan və digər dövlətlərin dəstəyi ilə ölkəmizin 20% ərazisi işğal olunmuşdur. Bu münaqişənin özəlliklərindən biri də budur ki, separatçılara dəstək verən Ermənistan Azərbaycana qarşı müharibəyə başlamış və bununla da konflikt millətlərarası münaqişədən dövlətlərarası münaqişə səviyyəsinə transformasiya olunmuşdur.

Əslində ermənilərin separatçı hərəkətlərinin səbəbləri heç də siyasi, sosialiqtisadi, demoqrafiq problemlərə dayanmır. Hələ sovet dövründə ermənilərin kompakt yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi öz rifah səviyyəsinə, məşğulluq dərəcəsinə görə ölkənin digər regionlarından üstünlüyü ilə fərqlənirdi. Azərbaycanın dörd bir yanında qazanılan pullar məhz DQMV-yə axırdı. Bu, əsasən dövlət dotasiyası şəklində olurdu, ancaq başqa kanallar da mövcud idi. Ölkənin cənub, qərb, şimal və aran rayonlarında tapılmayan ərzaq məhsulları, geyim məmulatları məhz DQMV-də tapılırdı. Bu vilayətdə ermənilər muxtariyyətin ən ali növünə sahib idilər. Stepanakert, Martuni və Mardakertdən keçən adamlar şahidlik edə bilərlər ki, bu şəhər və qəsəbələrin heç yerində Azərbaycan dilində yazılmış lövhələrə, elan və şüarlara rast gəlmək mümkün deyildi. Hər bir yazı erməni dilində idi. Nabələd adam bu yerlərin Ermənistana məxsus olduğunu zənn edərdi. Ermənilər öz dillərində təhsil alır, qəzet nəşr edir, radio yayımı həyata keçirirdilər. DQMV-nin Azərbaycandan asılılığı yalnız kağız üzərində idi və daha çox mərkəzdən subvensiya və dotasiya almaq üçün işə yarayırdı. Hər hansı bir basqıdan, milli zəmində zülmdən, istismardan söhbət belə gedə bilməzdi. Buna görə də iddia etməyə əsas var ki, erməniləri separatizmə sürükləyən başlıca səbəb milli muxtariyyatın zəifliyi, formallığı yox, onun həddindən artıq ermənilərin həzm edə biləcəyindən çox olması olub. Sadəcə, ermənilər DQMV-ni öz müstəqil dövlətləri hesab etdikləri üçün əllərinə düşmüş ilk fürsətdə onu rəsmən elan etməyə qalxdılar.

Erməni separatizmi dünya ölkələrində mövcud olan bölücülük hərəkatlarının heç birinə bənzəmir. Bəzən erməni alimləri müxtəlif ölkələrdəki separatçılıq və ya milli-azadlıq hərəkatları özləri arasında ümimi cəhətlər, bənzərliklər tapmağa çalışır, böyük-böyük məqalələr yazırlar. Məsələn, Vahan Sərkisyan adlı erməni linqvisti az qala sübut etməyə çalışır ki, İspaniyadakı basklar ermənilərlə eyni kökdəndir və ona görə bu qədər azadlıq sevəndirlər. Sərkisyan erməni və bask dillərində bir-birinə identik olan sözləri toplayaraq balaca bir sözlük də tərtib edib. Ancaq basklarla ermənilər arasında böyük fərqlər olduğu kimi, onların bölücülük ideyaları, eləcə də məqsədəçatma taktikaları arasında da böyük fərqlər var.

Tarix boyu Türkiyədə, eləcə də Qafqazda erməni хalqının bədbəхtliyinin əsas mənbəyi Daşnaksütyun təşkilatıdır. Azərbaycan türklərinin (o cümlədən Azərbaycanda yaşayan başqa хalqların) qəddarlıqla qətlə yetirilməsində bilavasitə iştirak etmiş Tatevos Əmirovun qardaşı, Bakı ХKS üzvlərindən biri olmuş A.Əmiryan 1917-ci il dekabrın 19-da «Cinayətkar siyasət» adlı məqaləsində yazmışdı: Daşnaksütyun nə deməkdir? Bu ifrat erməni millətçilərinin partiyasıdır, bu partiya öz varlığının 25 ili ərzində sosializmə qarşı, inqilabi ideyaların erməni хalq kütlələri içərisində yayılmasına qarşı mübarizə aparıb, bu partiya bütün qonşu хalqlara qarşı təcavüzkar, həyasız siyasət yeridib. Biz bolşeviklər «Daşnaksütyun» partiyasına qarşı həmişə mübarizə aparmışıq. Lakin Qafqaz menşevikləri də ona qarşı ölüm-dirim mübarizəsi aparmışlar. Uzun illərin təbliğat, terror və qorхutma siyasəti nəticəsində, daşnaklar öz başlıca məqsədlərindən birinə çatmışdılar: əməkçi erməni хalqı artıq şovinizm virusu ilə zəhərlənmişdi və daşnakların ardınca gedirdi”.

Ermənilər Azərbaycanın Qərb torpaqlarını zəbt edib, “erməni dövləti” yaratmaq planlarını həyata keçirmək üçün 1917-ci il fevral burjua inqilabından sonra bütün qüvvələrini və imkanlarını işə saldılar: “Uzun müddət Türkiyənin ərazisində erməni dövləti yaratmaq fikiri ilə ermənilər Avropa dövlətlərinin, хüsusən Rusiya imperiyasının, sonra isə Leninin qurduğu Sovet Rusiyasının himayəsinə sığınaraq, onlardan istifadə etmək istəyirdi. Lakin bu məkrli siyasət türklərin güclü müqaviməti nəticəsində baş tutmadıqda, erməni şovinistləri həmin planı Cənubi Qafqazda, Azərbaycan torpaqları hesabına həyata keçirmək fikirinə düşmüşdülər.

Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, bu məqsədlə erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. Bu mənfur siyasətin məqsədi, eyni zamanda, azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaqdır. Erməni şovinizminin dərin kökləri var. Qriqorian kilsəsinin ehkamlarına arxalanan və hər zaman dövlət səviyyəsində fəaliyyət göstərən bu qatı şovinizm "Böyük Ermənistan" şüarı altında xalqları fəlakətlərə, müharibələrə, qırğınlara düçar edib və bu gün də düçar etməyə davam edir. Azərbaycan əsrlər boyu onun hədəfi olub və bu gün də bu şovinizmin hədəfindədir.

Erməni şovinizmi - erməni millətinin mənafelərinin digər millətlərin mənafelərinə qarşı qoyulması, milli təkəbbür ideyasının yayılması, milli nifrət və düşmənçilik hisslərinin qızışdırılması, millətçiliyin ifrat formasıdır. Onun siyasəti böyük dövlətçilik şovinizmidir, öz rəqiblərini siyasi təzyiq altında saxlamaq qüdrətinə malik effektiv bir vasitədir. Liderlər bu üsuldan ustalıqla istifadə edirlər. Erməni şovinizmi bütün zamanlarda şantaj üsulları ilə bağlı olub və çox incə, eyni zamanda mürəkkəb və sirli siyasi oyun kimi özünü büruzə verib. Ermənistan öz mənfur ideyalarını həyata keçirməkdə əsasən üç qüvvəyə arxalanıb və arxalanır: ilk növbədə erməni Qriqorian kilsəsinin daxildə və xaricdə fəaliyyət göstərən qüvvələrinə, xarici erməni lobbisinə, Rusiyada mövcud olan və indi də fəaliyyət göstərən şovinist qüvvələrə. Ermənilər "Böyük Ermənistan" yaratmaq xülyalarını Rusiyanın gələcəyi ilə bağlayırlar. 1916-cı ildə Rusiya İmperiyasının xarici işlər naziri S.D.Sazonov "Nazirlər Sovetinə erməni məsələsi barədə" yazırdı ki, "Rusiyanın Türkiyəni zəiflətməyə həmişə marağı olub, buna görə də o, Türkiyənin sabitliyini pozan bütün mərkəzdənqaçma ünsürlərinə hər vasitə ilə kömək etməlidir. Türkiyədə yaşayan xristianlar məhz bu cür ünsürlər olublar və olmaqdadırlar".

Erməni şovinizmi və terrorundan ancaq Azərbaycan xalqı əziyyət çəkməyib. Dünyada analoqu olmayan erməni terror təşkilatları digər türk xalqlarına qarşı da müxtəlif vaxtlarda kütləvi soyqırım və terror aktları həyata keçirib. Uzun illər məxfi saxlanan bu hadisələr barədə sənədlərin çoxu son dövrlər aşkarlanıb. Məlum olub ki, ermənilər Orta Asiyada da qanlı terror olayları törədib. Ermənilərin türk xalqlarına qarşı həyata keçirdiyi bu qanlı cinayətlərdən on minlərlə insan zərər çəkib, qətlə yetirilib, ev-eşiyindən didərgin salınıb. Özbək alimi, tarixçi Şöhrət Barlas müəllifi olduğu “Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar - Qarabağdan Fərqanəyə qədər” kitabında bu məsələni ətraflı işıqlandırıb. Ş.Barlas müsahibələrindən birində qeyd edib ki, bu geniş araşdırmada müxtəlif mənbələrin faktlarından istifadə edilməklə, Qafqaz və Türküstanda xarici qüvvələr tərəfindən yaradılmış süni problemlər dəqiq analiz edilib: “Araşdırma nəticəsində Qafqaz və Türküstanda XIX əsrin birinci yarısında baş vermiş dəhşətli hadisələrin üzərinə işıq salındı. Hər iki regionun xalqlarının xarici qüvvələr tərəfindən başına gətirilən dəhşətli bəlalar haqda faktlar ortaya çıxdı”.

Millətçi erməni şovinistlərinin seçdikləri yol siyasi şantaj yoludur. Ermənilər deyirlər: "Ədalətin bizim tərəfimizdə olub-olmamasının fərqi yoxdur, biz qalib gəlməliyik. Bu, yeganə yoldur. Biz qalib gələndə hansı üsullardan istifadə etdiyimizi bizdən soruşan olmayacaq...", - sözlərin müəllifi Hitlerin dəst-xəttinə çox oxşayır. Erməni şovinizminin dərin kökləri var. Qriqorian kilsəsinin ehkamlarına arxalanan və hər zaman dövlət səviyyəsində fəaliyyət göstərən bu qatı şovinizm "Böyük Ermənistan" şüarı altında xalqları fəlakətlərə, müharibələrə, qırğınlara düçar edib və bu gün də düçar etməyə davam edir. Azərbaycan əsrlər boyu onun hədəfi olub və bu gün də bu şovinizmin hədəfindədir.

Xatırladaq ki, erməni şovinizminin "Böyük Ermənistan" xülyası Türkiyə, İran, Azərbaycan və Rusiyaya olan iddiaları ilə bitmir. Son zamanlar bu hərəkat Gürcüstanda da geniş miqyas alır. Axalkalaki və Boqdanovkada yaşayan, milli şovinizm ruhu ilə fəaliyyət göstərən erməni əhalisi təşkil edilən mitinqlərdə bu torpaqların ermənilərə məxsus olduğunu elan edir, bu rayonlar üçün muxtariyyət tələb edirlər.

Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ separatizminə nəzər yetirsək görərik ki, bu problem uzun illərdir ki, ölkəmizin inkişafının qarşısında bir növ səddə çevrilib. Problemin mövcud olduğu 30 ildir və hazırda Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu torpaqlarda yaşayan 1 milyon əhali isə məcburi köçkün vəziyyətindədir. Əlbəttə ki, onların bütün problemləri dövlətin üzərində bir yükdür. Həmçinin problemin həllinin açarının Rusiyanın cibində olması ölkəmizin müəyyən məqamlarda bu dövlətin maraqlarını nəzərə almasını zəruri edir. Bu isə Azərbaycanın inkişafına müəyyən mənada da olsa. öz təsirini göstərir. (Son dövrlər Rusiyanın Azərbaycana təsir imkanlarını minumuma endirəcək ciddi addımlar atılmışdır. Məsələn, ölkənin iqtisadi-enerji müstəqilliyinin möhkəmləndirilməsi, Qəbələ RLS-in bağlanması və s. Lakin digər ölkələr hələ də bunu reallaşdıra bilmirlər. Bu isə Azərbaycan dövlətinin uğurudur.

Bu yerdə bir atalar sözünü xatırlatmaq yerinə düşərdi: "Pis dostdansa yaxşı düşmənin olsa, yaxşıdır." Bəli, ermənilər nə dost kimi dost çıxdılar, nə də düşmən kimi düşmən. Onlar çörəyimizi yeyib əl altından bizə xəyanət etdilər. Fikrimizcə, bu xəstə düşüncəli insanların kimliyini araşdırmaq bizə onların iç üzünü açmağa imkan verəcək. Gərək hər birimiz düşmənimizi tanıyaq ki, onunla effektiv mübarizə apara bilək.

Rövşən Əvəzoğlu,
Müstəqil araşdırmaçı










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı