Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya İctimai Palatasında ADR-in 100 illiyinə həsr olunan tədbir keçirilib


Tarix:4-03-2018, 14:10 Kateqoriya:Manşet / Gündəm

Rusiya İctimai Palatasında ADR-in 100 illiyinə həsr olunan tədbir keçirilib

Rusiya İctimai Palatasında Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinə həsr olunan tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi təşkilatçılığı ilə keçirilən "Azərbaycan Demokratik Respublikasının tarixi: 100 ildən sonra baxış 1918-2018" mövzusunda Dəyirmi Masada Rusiya Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, iki ölkənin tanınmış elm adamları, tarixçilər, hüquqşünaslar, jurnalistlər və diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Mehman Şükürov Azərbaycan Demokratik Respublikasının 100 illiyinin Rusiya İctimai Palatasında qeyd olunmasının əhəmiyyətindən danışıb. O, bu tarixin Azərbaycan hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qürur mənbəyi olduğunu söyləyib: "Bugünkü tədbirin keçirilməsində məqsəd həm ADR-in 100 illiyi ilə bağlı bu il ərzində keçiriləcək tədbirlər silsiləsinə töhfə vermək, həm də tarixçilər və ictimaiyyət nümayəndələrinin 100 ildən sonra bu möhtəşəm tarixə baxışını müəyyən etməkdir".

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev çıxışında prezident İlham Əliyevin 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili" elan etdiyini xatırladıb: "Bu il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyidir. Azərbaycan prezidenti bu möhtəşəm tarixi hadisənin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Həm Azərbaycanda, həm də ölkədən kənarda ADR-in 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək".

Diplomat bugünkü tədbirin keçirilməsinə görə, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qolubev ADR-in Şərqdə ilk yaradılan demokratik respublika olduğunu söyləyib. O, Rusiya Dövlət Dumasının deputatı D. Savelyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə ADR-in qurucusu olan Məhəmməd Əmin Rəsulzadə kimi şəxslərin hər bir dövlət üçün böyük dəyər olduğu vurğulanıb. O cümlədən bu tarixin Azərbaycan üçün əhəmiyyəti qeyd edilib, M.Ə. Rəsulzadənin Rusiyaya, rus dilinə münasibəti, bu dili yüksək səviyyədə bilməsi, eləcə də Maksim Qorkinin əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etməsi xatırladılıb.

Daha sonra çıxış edən keçmiş diplomat, publisist, cümhuriyyət tarixinin araşdırmaçılarından biri olan Ramiz Abdutalıbov ADR-in qurucularının mühacirət dövründəki həyat və fəaliyyətindən danışıb. R. Abdutalıbov həm M.Ə. Rəsulzadənin, həm də ADR-in parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun mühacirət dövründəki fəaliyyətinin daim Azərbaycanla bağlı olduğunu söyləyib: "Onlar son nəfəslərinə kimi "Azərbaycan" deyə-deyə yaşayıblar".

Tarix elmləri namizədi Eldar Abbasov "Oktyabr inqilabından Azərbaycan Demokratik Respublikasının yaradılmasına qədər" adlı məruzə ilə çıxış edib. Məruzədə ADR-in yaranmasını şərtləndirən tarixi və siyasi şəraitdən danışılıb. Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Postsovet ölkələrini öyrənən informasiya-analitik Mərkəzinin direktor müavini, tarix elmləri namizədi İsmayıl Ağakişiyev, jurnalist-publisist Azər Cahangirov, Rusiya Jurnalistlər İttifaqının üzvü, jurnalist-publisist Cəfər Sadıx, Rusiya XİN-in Diplomatiya Akademiyasının aspirantı Loğman Məmmədov, hüquqşünas Elman Paşayev və digər natiqlər Azərbaycan Demokratik Respublikasının yaranmasında iştirak edən şəxslərin hər birinin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu bildiriblər.

Dəyirmi masa çərçivəsində qısa metrajlı "Parisdən məktublar" filmi nümayiş olunub.
Rusiya İctimai Palatasında ADR-in 100 illiyinə həsr olunan tədbir keçirilib

Rusiya İctimai Palatasında ADR-in 100 illiyinə həsr olunan tədbir keçirilib

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı