Qarabag Media
Haqqımızda Əlaqə

Protokolların ləğvi Qarabağ danışıqlarından da imtina etmək deməkdir? – ANALİZ


Tarix:3-03-2018, 13:41 Kateqoriya:Manşet / Qarabağ

Protokolların ləğvi Qarabağ danışıqlarından da imtina etmək deməkdir? – ANALİZÖtən gün Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə qərar verdi və bununla da guya özünün prezident kimi yekdil qərar qəbul etmə bacarığına malik olduğunu göstərməyə çalışdı. Nəticədə, yeni prezident seçkiləri ərəfəsində o, təhlükəsizlik şurasının iclasını çağıraraq qərarını rəsmiləşdirdi.

Bununla da, Ermənistan-Türkiyə protokollarının ləğvi ilə konkret fəaliyyət prosesinə qəti olaraq son qoyuldu və Ermənistan-Türkiyə münasibətlərində hadisələrin mövcudluğunu qeyri-müəyyən istiqamətdə qoydu.

Təbii ki, bu proseslər keçən il BMT tribunasından Sarkisyanın protokollarla bağlı təxribatçı və ittihamlarla dolu çağırışından sonra aktivləşib. Sarkisyanın ittihamlarına cavab olaraq, Türkiyə səlahiyyətliləri Qarabağın işğaldan azad edilməsini tələb etdilər və yalnız bundan sonra müəyyən diplomatik danışıqlara getməklə bağlı fikirləşməli olacaqlarını bildirdilər. Sarkisyan isə protokollarla bağlı qərara imza atarkən, əslində Qarabağın qaytarılmaması üçün də növbəti imzasını atdı. Bu addım bütün istiqamətlərdə regional əməkdaşlıqdan imtina və gələcək hökumətin də qeyri-konstruktiv mövqe göstərəcəyinə işarədir.

Serj Sarkisyanın çıxışlarına diqqət yetirsək, Münhen Təhlükəsizlik konfransındakı və Təhlükəsizlik Şurasının iclasındakı çıxışları bir qədər fərqlənir. Bavariya paytaxtında Sarkisyan, qlobal prosesin konkret protokollarından azad olma ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının yeni “perspektiv”ləri barədə danışırdı.

Sarkisyanın, Münhendəki çıxışı beynəlxalq auditoriyaya hesablansa da, Təhlükəsizlik Şurasındakı çıxışı daha çox daxili auditoriya üçün hesablanırdı.
“Əgər Türkiyədə eyni qaydada hazır olarsa, biz Türkiyə ilə əlaqələr yaratmağa hazır olacağıq. Təkilflər olarsa biz bunu müzakirə etməyə hazırırq. İndi isə Türkiyə ilə diplomatik əlaqə olmadan bu vaxtadək olduğu kimi inkişaf etməkdə davam edəcəyik”, – deyə Sakisyan absurd bəyanatla çıxış etmişdi.
Ümumiyyətlə, Serj Sarkisyanın kimdən təkliflər gözlədiyi anlaşılmaz qalır. Maraqlıdır, Sarkisyan bu çıxışı edərkən getdikcə güclənən Türkiyədən, yoxsa heç bir prioritet əhəmiyyəti olmayan beynəlxalq aləmdən təkliflər gözləyir. Ermənistan höküməti yaxşı dərk edir ki, onun iqtisadi mühərriki getdikcə qloballaşan Qarabağ münaqişəsinə dözə bilməyəcək və mütləq çıxışlar əldə etməlidir.

Sarkisyanın isə “Türkiyə ilə diplomatik əlaqələr olmadan” inkişafın mümkünlüyündən danışması (hərçənd özü də bunun mümkünsüz olduğunu bilir – red.) gülüncdür və yenə də daxili auditoriyanın sakitləşdirilməsi üçün hesablanıb.

Hazırda Serj Sarkisyanın ehtimal olunan yeni hakimiyyətinin siyasi missiyası susqunluğa üstünlük verir. Onlar özləri də regional perspektivdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Qarabağ məsələsindən tam asılı olduğunu anlayırlar. Sadəcə bu dilemmaya cavab verəcək diplomatik səriştələri yoxdur./Ordu.az/

Alpər Mövludoğlu










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı