Qarabag Media
Haqqımızda Əlaqə

XOCALI - Ölümə məhkum edilmiş şəhər...


Tarix:27-02-2018, 10:24 Kateqoriya:Manşet / Qarabağ

XOCALI - Ölümə məhkum edilmiş şəhər..."Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev



Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə... Xocalının soyuq qışı öz yerini bahara verməyə hazırlaşırdı. Xocalılar torpağın oyanış büsatını gözləyirdilər. Axı, yaza 30 gün qalırdı. Həmin vaxt şəhərin üzərində gözəl günlərin eşqi ilə nə qədər xəyallar, nə qədər arzular, nə qədər diləklər dolanırdı. Neçə-neçə sevgililər bir-birindən söz alıb, söz vermişdilər. Sevgi ilə dolu həyat o şəhərə dəhşətin hənirtisini hiss etdirməmişdi. Heç kəsin ağlına gəlmirdi ki, hiyləgər, məkirli, qaniçən iblisin erməni balasının qəfil həmləsinə düçar olacaqlar. Həmin an zaman duracaq, bahara boylanan ağacların budaqlarında tumurcuqlar əvəzinə, laxtalanmış qan damcıları dumurlanacaqdı. Elə o vaxt Xocalıda günəş batacaq, güllər solacaq, azular öləcəkdi...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və uzun illər dünya ictimaiyyətinə “sülhsevər” ordu kimi təqdim edilən Sovet Ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətdilər. Peşəkar hərbi hissələr tərəfindən dinc vətəndaşlara qarşı həyata keçirilən bu cinayətkar əməliyyat zamanı insan haqlarına dair fundamental prinsip və qanunlar kobudcasına pozulmuş, heç bir xəbərdarlıq edilmədən gecə saatlarında şəhər blokadaya alınmış, əhalinin çəkilməsi üçün yol verilməmiş, yaşlılar, xəstələr, qadınlar, uşaqlar daxil olmaqla mülki insanlar məhv edilmişdir.

Həmin gecə 613 nəfərdən artıq soydaşımız qətlə yetrilmişdir. Onlardan 106 nəfəri qadın, 59 nəfəri uşaqlar, 70 nəfəri qocalar idi. Həmin gecə 6 ailə bütünlüklə məhv edildi, 25 uşaq hıər iki valideyini, 230 uşaq isə bir valideyini itirərək yetim qaldı. Faciə nəticəsində 487 nəfər müxtəlif dərəcələrdə əlil olmuş, 150 nəfər itkin düşmüş, 1275 nəfər əsir götrülərək işgəncələrə məruz qalmışdır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı faciəsi kimi kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və dinc insanları məhv etmək niyyəti güdmüşlər.

Misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Lakin çox təəssüflər olsun ki, bu faciənin qarşısının alınması üçün respublikanın həmin dövrdəki rəhbərliyi tərəfindən, nəinki zəruri tədbirlər görülmədi, əksinə, faciə haqqında məlumat ictimaiyyətdən gizlədildi.

Dünyaya gələn hər bir kəsin yaşamağa haqqı vardır. Lakin erməni terrorçuları Allahın verdiyi bu haqqı onlardan almağa cəhd göstərərək azərbaycanlılara qarşı terroru davam etdirir və Xocalı şəhərinin minlərlə əhalisini vəhşicəsinə qətlə yetirdikləri kimi bu gün də həmin bəşəriyyət əleyhinə cinayət əməllərini davam etdirirlər. Həmin cinayətkar əməl sahibləri olan erməni kütləsi öz yalanlarını elə təbliğ edirlər ki, xarici ölkə vətəndaşları real vəziyyətdən xəbərdar olmadıqlarından çox zaman erməni iftiralarına inanmaq məcburiyyətində qalırlar. Bütün bunları nəzərə alaraq hazırda Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə yaşayan soydaş- larımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir və XX əsrin ən dəhşətli faciələrindən biri rəsmi sənədlərlə, real faktlarla dünya ictimaiyyətinə təqdim edilir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Artıq 26 ildir ki, Xocalı qisas gününü gözləyir.Yalnız düşmən üzərindəki qələbəmiz Xocalı və bütün Azərbaycana ağrısını unutdura bilər. Bəlkə onda Xocalı təsəlli tapar, torpağında bitən ağacların, güllərin, kolların budaqlarında cücərən qan tumurcuqları sovrulub gedər. O qanlı gecənin qurbanları olan, cəsədlərini tapdığımız və tapa bilmədiyimiz Həcər qeyrətli, Nigar namuslu qızların, gəlinlərin,Vətən qeyrətli igid oğulların, ixtiyar qocaların, məsum körpələrin ruhları hələ də xarabazarlıga çevrilmış Qarabağ torpaqlarında dolaşmaqdadır.Və o ruhlar bizdən qana canla cavab verməyi tələb edirlər. Söz yox ki, həmin qisas günü gələcək.

Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı