Qarabag Media
Haqqımızda Əlaqə

Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib


Tarix:23-02-2018, 22:42 Kateqoriya:Manşet / Siyasət

Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib

Fevralın 22-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib.

Azərbaycanın AFR-dəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simpozium səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş Xocalı şəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirib. Şleyer öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və Xocalı soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyəti layihələr nəticəsində regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin regionuna inkişafına böyük maneə olduğunu vurğulayıb. Ramin Həsənov həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulayıb. Peşke həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində ölkələrarası əməkdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında Bakıda Goethe-İnsitutunun təntənəli açılışının olduğunu bildirib. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələr formasında davam edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məhərrəm İncə Ərdoğanı təbrik edib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH — II YAZI
“Məhəmməd: Allahın elçisi” filmi Bakıda təqdim olunacaq
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ
Volodindən Qarabağ açıqlaması
Parlament seçkilərinin ilkin nəticələri açıqlandı: Hansı partiya neçə yer qazanıb?
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Türkiyə ictimaiyyəti Ərdoğanın qələbəsini böyük coşqu ilə qarşılayıb
“Türk ulduzları” Bakıda — FOTO
Mövlüd Çavuşoğlu: "Türkiyə gələcəyi üçün düzgün seçim edəcək"
Yavər Camalov dəfn edilib - FOTO
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb