Qarabag Media
Haqqımızda Əlaqə

Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100


Tarix:22-02-2018, 16:24 Kateqoriya:Manşet / Araşdırma / Şəxsiyyətlər

Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100

QARABAĞIN GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV
Əvvəli burada

Xosrov bəy Sultanov Təbrizdə və Xoy şəhərlərində olmuş, burada məskunlaşmış azərbaycanlı mühacirlərlə görüşmüşdü.

Bu mühacirlərin əksəriyyəti İran administrasiyasında, yaxud orduda xidmətə başlamışdılar. Xoy şəhərində Təbrizdə olandan da çox-üç yüzə qədər mühacir ailəsi yaşayırdı. Bu insanların çoxu Müsavat tərəfdarları idi və İstanbuldan aldıqları "Yeni Qafqasya" jurnalını Azərbaycana çatdırırdılar.

1924-cü ilin 21 noyabrında X.Sultanov Təbrizə gəlir və burada İ.Sultanovla, B.Qarabağlı ilə görüşür, yığıncaqlar keçirir və belə məlumat verir: "Dağılmış Müsavatdan yeni partiya yaradır: "Azərbaycan Milli Demokratik Respublika Partiyası".

X.Sultanov toplantıda bu partiyanın gürcü milli-demokratları və dağlılarla Qafqaz Konfederasiyası əsasında razılaşdıqlarını, bu Konfederasiyanı isə İngiltərə və Polşanın müdafiə etdiklərini söyləmişdi. O, inamla bildirmişdi ki, SSRİ-də tezliklə dəyişiklik olacaq, yaxud ora hücum ediləcək və situasiyada azərbaycanlılar hazır olmalıdırlar. X.Sultanov müsavatçılarla fikir ayrılığının səbəbini belə izah etmişdir: müsavatçılar yalnız Türkiyə istiqamətinin, o isə Avropa xəttinin tərəfdarıdır.

X.Sultanov belə izahat da vermişdi ki, türklər (Türkiyə) öz daxili işləri ilə çox məşğuldurlar və Sovet Azərbaycanından ötrü SSRİ ilə mübarizə aparmaq istəmirlər. İngiltərənin isə Qafqazda öz maraqları var. Polşa SSRİ ilə gələcəkdə baş verəcək müharibədə Qafqaz Konfederasiyasını müttəfiq kimi görmək istəyir.

X.Sultanov 1924-cü ilin 6 dekabrında Tehrana gedir, İran hökumətinə Şimal-Qərbi diviziyanın tərkibində Qafqaz mühacirlərindən ibarət dəstə formalaşdırmaq, Sovet dövlətində daxili vəziyyət kəskinləşərsə, ondan istifadə etmək təklifini irəli sürmək istəyir. Bu danışıqların uğurlu olacağı təqdirdə Polşadan silah alıb İran Azərbaycanına gətirmək mümkün olacaqdı.

Lakin X.Sultanovun bu layihələri reallaşmadı və Sovet hökuməti İrana müvafiq təzyiqlər göstərməyə başladı.

Qeyd edək ki, X.Sultanovla M.Ə.Rəsulzadə arasında şəxsi münasibətlərdə müəyyən problemlər yaşanırdı. Bu da mühacirət həyatının ağır şərtlərindən irəli gəlirdi və bu ziddiyyətlərdən isə OQPU kəşfiyyatçıları faydalanmağa çalışırdılar. Təsadüfi deyildi ki, Qafqaz Konfederatorları Birliyi Komitəsində Azərbaycanı M.Ə.Rəsulzadə və X.Sultanov təmsil edirdi.

X.Sultanov sonradan Polşada hökumət rəsmiləri ilə danışıqlar aparmışdı.

1930-cu ilin aprelin 13-də Sovet Xarici İşlər Nazirliyi İran nümayəndəliyinə azərbaycanlı üsyançı dəstələrin İran Azərbaycanı ərazisində və Sovet-İran sərhəddində baza yaratmağından narahatlığını bildirdi və Tehranı Azərbaycan partizanlarının fəaliyyətinin qarşısını almamaqda günahlandırdı. Həmin ilin mayın 24-də Moskvadakı İran səfirliyinə yeni bir nota verildi və burada müsavatçıların Təbrizdə, Ərdəbildə, Astaradakı fəallığından narahatlıq bildirildi. 1931-ci ildə Sovet qoşun hissələri azərbaycanlı üsyançı dəstələri məhv etmək məqsədi ilə Araz çayını keçib İrana daxil oldu və çoxlu mühacirləri həbs edib və öldürüb sıradan çıxardı.

Beləliklə, İranda olan mühacirlərin vəziyyəti olduqca pisləşdi. Azərbaycandan gələn azərbaycanlıların maddi durumu isə çox ağır idi. 1930-cu ilin 10 sentyabrında Azərbaycan diplomatik nümayəndəliyi Parisdə Millətlər Liqası Assambleyasından həmin ağır vəziyyətdə yaşayan qaçqınlara maddi yardım göstərilməsini xahiş etmişdi.

1931-ci ilin dekabrında X.Sultanov bununla əlaqədar Ə.M.Topçubaşova yazırdı: "Vətəndə və İranda hansı dəhşətlərin törədilməsi, həmvətənlərimizin hansı sıxıntılara məruz qalması təsvirə belə gəlməz. İran həbsxanaları azərbaycanlı mühacirlərlə doludur..."

X.Sultanovun ömrünün sonlarındakı siyasi fəaliyyəti ilə bağlı faktlara 1940-cı illərin əvvəllərində rast gəlmək mümkündür. Belə ki, 1940-cı ilin əvvəllərində polyaklar Türkiyə ərazisində Qafqaz Konfederasiya Şurasını yaratmağa çalışırdı. Bu dövrdə Atatürk dövründən fərqli olaraq Türkiyə ingilis-fransız bloku xəttinə meyllənirdi. Yəni Sovet dövlətinin mühacirlərlə bağlı müəyyən təzyiqləri arxa plana keçmişdi və artıq İkinci Dünya müharibəsinin başlanması ilə yeni situasiya yaranırdı.

1940-cı ilin 23 yanvarında Parisdəki Azərbaycan nümayəndəliyinin katibi A.Atamalıbəyov polyaklara Qafqaz Konfederasiya Şurasının İstanbul filialı üçün iki namizədin adını çəkmişdi: Mustafa bəy Vəkilli və Xosrov bəy. Xosrov bəy haqqında bu sözlər yazılmışdı: "Onun əsli İranla sərhəd olan Cənubi Qarabağdandır. Bu ailə çoxsaylıdır və ölkəyə güclü təsiri var. Xosrov bəy öz qohumlarının gücünə ölkə daxilində hərəkət edə bilər. O, parlaq, fəal patriotdur".

X.Sultanov 1938-ci ildə Atatürkün dəfn mərasimində Azərbaycan adından Ş.Rüstəmbəyli ilə birgə rəsmi nümayəndə olaraq iştirak edib.

X.Sultanovun fəaliyyətinin əsas bir dövrünü də onun Birinci Dünya savaşı illərində Rusiya işğalına uğrayan Türkiyə torpaqlarında Anadolu türklərinə göstərilən yardımdakı fəaliyyətidir.

Məlum olduğu kimi, Rusiya ilə Türkiyə arasında müharibənin başlanması ilə sərhəddə yerləşən Batum və Qars bölgələrinin müsəlman əhalisi çox ağır vəziyyətə düşmüşdü. Müharibə başlayanda Qarsda yaşayan erməni əhalisi təcavüzkarlıq edərək çoxlu sayda müsəlmanları qətlə yetirmişdi. Sərhəd bölgəsində olan Oltu, Tavus, Qars, Ərdəhan, Gil, Caldır, Artvin və Ardanuc bölgələrində silahlı erməni könüllü dəstələri dinc əhaliyə qarşı vəhşiliklər törətmişdilər. Rusiya hökumətinin oradakı nümayəndəsi isə bu qətliama laqeyd yanaşmışdı. O dövrdə Qars qubernatoru Podqorskinin rəsmi dəvətindən sonra Bakıdan Ağa Balaquliyev, doktor Vəkilov, Gəncədən Aslan bəy Səfikürdski hadisə yerlərinə getmiş, Sarıqamışda olmuş, Xorasan bölgəsini gəzib qayıtdıqdan sonra, müsəlmanların çox acı durumda olması ilə bağlı hökumətə məruzə təqdim etmişdilər.

1915-ci ilin noyabrında qərar verildi ki, "Bakı Cəmiyyəti Xeyriyyələri"ndən və hökumətin digər xeyriyyə cəmiyyətlərindən ibarət bir komitə yaradılsın. Komitəyə Mirzə Əsədullayevin sədrliyi ilə aşağıdakı heyət yaradıldı: "Mühəndis Fətulla bəy Rüstəmbəyov, Həbib bəy Mahmudbəyov, Behbud bəy Cavanşir və Babayev. Müsəlmanlara yardım etmək üçün bir heyət göndərilməsi də qərara alındı. Heyətin təşkili Bakıda Xosrov bəy Sultanova, Gəncədə isə Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1916-cı ilin martın 16-da 10 nəfər köməkçidən (Bakıdan Hüseynov, İlyasov, Mahmudov, Məhəmmədov, Mirzəcamalov, Vəkilov və Gəncədən Axundzadə, Şahsuvarov, Nəzərəliyev) ibarət olan bir heyət X.Sultanov və A.Səfikürdski ilə birgə Qarsa gedir. Onlar buradakı müsəlmanların vəziyyətinin həqiqətən ağır durumunun şahidi olurlar. Hökumətin (Rusiya hökumətinin) buradakı komitəsi ancaq ermənilərə yardım edir, müsəlmanları özlərinə xain hesab edirdi.

Komitənin bu laqeydliyi və qeyri-insani mövqeyindən narazı qalan X.Sultanov iclasda müsəlmanlara yardım göstərilməsinin vacibliyini söyləyir. Onun bu mövqeyindən acıqlanan qubernator: "Nə deyirsiniz, xainlərə yardım etmək istəyirsiniz?" X.Sultanov ona belə cavab verir ki, onların xəyanəti yalnız məhkəmə ilə sübut oluna bilər. Sübut edilməyibsə, deməli, xain deyillər. Belə olduqda, qubernator bölgə rəisinin bu fikri söylədiyini qeyd edir. Qubernatorun bu əsassız cavabından sonra komitənin qərarı ilə X.Sultanov köməkçiləri ilə Ərdəhan müsəlmanlarına yardımı öz üzərinə götürür.

X.Sultanov 1917-ci ildə nəşr edilən "Qardaş köməyi" jurnalında çap olunan "Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi" Hərbzədələrə Yardım Şöbəsinin fəaliyyəti məqaləsində yazırdı: "Onların ümidgah və pənahı ancaq bir Allah idi. Bizim adamlarımız ürəkdə məhəbbət, gözlərində həmdərdlik sirişki və üzlərində qardaşlıq hissi ilə gəldikdə ilk vaxtlar məhəlli əhali çəkmiş olduqları müsibət, görmüş olduqları həqarət və təcavüz edilmiş namuslarına baxaraq, eyni zamanda, qardaş köməyi uzadan əllərin varlığına şad olaraq deməyə söz tapmır, ancaq "Sizi Allah göndərmişdir" deyirdilər. Köməkçilər öz vəzifələrini qorxusuz, böyük fədakarlıq ilə, eyni zamanda da öz hüquq və şərəflərini bilərək yaxşı taktika ilə ifa edirdilər. Allahsız yunanların, ermənilərin və xırda hökumət məmurlarının insafsız əməllərini mənə bildirirdilər. Mən də Qafqaz Hökuməti aliyyəsi ilə Duma Vəkili Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100Cəfərova xəbər verirdim. Müsəlmanlar bir az asudə nəfəs almağa başladılar".

Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, həmin şəhərdəki "Fəriköy" məzarıstanında dəfn olunub.

Nəsiman YAQUBLU
tarix elmləri doktoru











SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub