Qarabag Media
Haqqımızda Əlaqə

3 Milli Qəhrəmanın doğum günüdür


Tarix:22-02-2018, 13:15 Kateqoriya:Manşet / Qəhrəmanlar

3 Milli Qəhrəmanın doğum günüdür

3 Milli Qəhrəmanın doğum günüdürHƏSƏNOV TAHİR TOFİQ OĞLU

Həsənov Tahir Tofiq oğlu 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulmuşdur. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirmişdi. 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə ordudan tərxis olunmuş, sənədlərini Bakı Dövlət Universitetinə vermiş və tarix fakültəsinə daxil olmuşdur. Ailənin yeganə övladı olmasına baxmayaraq, o, universitetin ikinci kursundan könüllü olaraq vətənin müdfiəsinə qalxan igidlərin sırasına qoşulur. Cəsur komandir, Tahir Həsənov Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak etmişdir. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindəki uğurlu əməliyyatlardan qayıdarkən düşmənlə üz-üzə gəlmiş və erməni quldurlarını məhv edərək, özü də qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı Fərmanı ilə Həsənov Tahir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.

3 Milli Qəhrəmanın doğum günüdürRƏFİYEV FAİQ QƏZƏNFƏR OĞLU

Rəfiyev Faiq Qəzənfər oğlu 22 fevral 1955-ci ildə Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 yanvar hadisələrindən sonra Daxili İşlər Nazirliyinə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. Faiqin həyatını ən narahat günləri beləcə başlamış oldu.
Dəfələrlə qanlı döyüşlərə girərək, vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşub.
Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. Koçbəy kəndi də erməni quldurlarının yuvasına çevrilmişdi. Cəsur döyüşçü Rəfiyev Faiq Qəzənfər oğlu buranı faşistlərdən təmizləmək üçün plan hazırladı. Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkildilər, evlərdə gizlənən quldurları axtarıb məhv edərkən qəfil atılan güllə Faiqin ürəyinə tuş gəldi. 10 yanvar 1992-ci il tarixində o, əbədiyyətə qovuşdu.
Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş Rəfiyev Faiq Qəzənfər oğlu kimi bütün vətən övladlarının qarşısında baş əyirik. Vətən onları unutmuyacaq kimi onlar bizim qəlbimizdə həmişə hər an yaşayacaq.
Ailəli idi. İki övladı var.
Azərabaycan Resbublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Doğulduğu Sarıcıq kəndində dəfn edilib. Lökbətan qəsəbəsindəki 166 saylı tam orta məktəb qəhrəmanımız Rəfiyev Faiq Qəzənfər oğlunun adını daşıyır.

3 Milli Qəhrəmanın doğum günüdürHÜSEYNOV RÖVŞƏN ŞƏMİL OĞLU

22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə - Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

KARABAKHMEDİA.AZ













SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı