Qarabag Media
Haqqımızda Əlaqə

Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı


Tarix:21-02-2018, 13:33 Kateqoriya:Manşet / Təhsil

Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı

Bu gün Təhsil Nazirliyində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Karabakhmedia.az xəbər verir ki, mətbuat konfransında Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi və tətbiq olunan yeniliklərlə bağlı məlumat veriblər.

Bakı Şəhər Təhsil İdarəsinin İnformasiyanın təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib ki, 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir.

"Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər".

İ. Abdullayeva bildirib ki, həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədiylə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

"Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər".

Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Bildirilib ki, vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab veriləcək. Mətbuat konfransında 2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videoçarx nümayiş olunub. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb./Azvision/

Aytən Zəhra










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı