Qarabag Media
Haqqımızda Əlaqə

O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür


Tarix:20-02-2018, 15:42 Kateqoriya:Manşet / Maraqlı

O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür

Aparılan araşdırmalara görə, uşaq dunyaya gəldikdən 6 saat sonra beynində “mən güvəndəyəmmi?”- deyə bir informasiya dolaşır. Bu informasiyanı ailə üzvləri sevgi çərçivəsində, ailədəki mehriban aura şəklində qarsılayarsa, o zaman uşaqda daxili güvən hissi yaranır. Güvən isə sağlam gələcək və uğurların açarıdır…

Versus.Az-ın Uşaq Dünyası rubrikasında adətən balaca köşə yazarlarımız öz uşaq düşüncələrini ipə-sapa düzürlər. Martın 6-da 7 yaşı olacaq Xavər Kərimlinin uşaq düşüncələrini isə anası Ülviyyə xanımın təqdimatında özümüz ipə-sapa düzəcəyik. Təbii ki, bu məqaləmizdən sonra Xavər öz düşüncələrini özü yazıb göndərəcək bizə…

Xavər özəl beynəlxalq məktəblərdən birində ingilis dilində təhsil alır, 1-ci sinif şagirdidir. Amma onun oxumağa nə qədər həvəsli olmasından, dərslərinə məsuliyyətli yanaşmasından bəhs etməyəcəyik, çünki bu, daha 1 il sonranın və özünün təqdimatı ilə diqqətə çatdırılacaq mövzudur.

Diqqətimizi onun incəsənətə marağı, dünyaya baxışı çəkdi. Yaradıcı, qurucu, təbiətsevər, heyvansevər, dostcanlı, qonaqcanlı kiçik bir mələk.

Bu yaxınlarda, fevralın 11-də saat 12:00-da Xavərin birinci həyəcanlı anı – səhnədə ilk addımı oldu. Belə ki balaca “balerina”mız Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş olunan “Ağbəniz və yeddi cırtdan” nağıl baletində “işıldayan böcək” və “dələ” rollarını ifa edib. Xavər oktyabr ayından onlara qoşulsa da, üzərində zəhməti olan xoreoqraf Ella Hacıyevanı öz ifası ilə razı sala bilib. Tamaşaçı alqışları və bir qucaq gül buketləri arasında Xavərin fərəhli çöhrəsini təsəvvür edin…

Bu uğurunun ardınca elə həmin gün saat 17:00-da ikinci həyəcan yaşanıb. EmArt studiyasının təşkil etdiyi rəsm sərgisi Müasir İncəsənət Qalereyası Mərkəzində baş tutub. “Qış nağılı” adı altında 5-12 yaşlı uşaqların rəsm və heykəltəraşlıq işlərindən ibarət uşaq sərgisi keçirilib.
O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür

Xavərin böyük həvəslə çəkdiyi ən gözəl iki rəsmi də bu sərgidə yer alıb. Və həyacanla gözlədiyi an – mükafatlandırılma! İlk uğurunun nişanəsi olan bu sertifikatın onun üçün necə qiymətli olduğunu, təltif zamanı hansı hissləri yaşadığını özündən, sərgiyə qatılan yaşıdlarından və valideynlərindən daha yaxşı kim bilər ki? Sərgi zamanı EmArt studiyasının rəhbəri Emin Qəhrəmanovla, Nigar və Liza xanımla, uşaqlarla, bir də bu həyəcanlı anları onunla birgə yaşayan valideynləri ilə çəkilən xatirə fotolarından da hiss etmək olar.

Xavərdən nələri xoşladığını soruşsanız sadalamağa başlayacaq. Rəsm və foto çəkməyi, uşaq tamaşalarını, baleti, təbiəti, gəzintini, özünün hazırladığı açıqcalara gözəl sözlər yazıb ətrafındakılara hədiyyə etməyi, qonaq qarşılamağı və nağılı çox sevir, bulmacalar yığmağı xoşlayır.

Anası danışır ki, Xavər balacaykən, hələ hərfləri bilmədiyi vaxtlar kitabların şəkillərinə baxıb, onlara uyğun nağıllar qoşarmış özündən…
O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür

Baxmayaraq ki, Xavər ingilis dilində təhsil alır və öz azərbaycan dilini də bilir, əsasən rus dilində danışır. Amma böyüklərin rus dilində danışdığını görəndə anasına “bura Azərbaycandır, niyə rus dilində danışırlar?”– deyə iradını bildirir. Ona “axı sən də rus dilində danışırsan” deyəndə isə belə bir məntiqli cavab verir: “mən uşağam, hələ öyrənirəm, ona görə danışmalıyam”. Xavər hələ baxça yaşındaykən diqqəti çəkən körpələrdən olub. “TOYOTA”-nın bir sərgisində baxçadan məhz onu seçmişdilər.

Yaşıllığa qarşı həssas olan Xavər kəsilmiş ağacları görəndə narazılıqla iradını bildirir ki, – “onlar hələ yaşıldır, bizə təmiz hava verir, onlarsız olmaz”. Bu cür düşünən uşaqlar görəndə təbiətə ziyan vuran insanlara qarşı çıxacaq sağlam bir gələcəyin böyüməkdə olduğunu düşünürsən istər-istəməz…
O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür

Özünün böyük uşaq dünyasının pəncərəsindən həyatı maraqla müşahidə edən yaşıl gözlü Xavər balanın bütün uşaqlar kimi sevdiyi kuklaları var. Sevimli məşğuliyyətlərindən biri mətbəxdə anasına kömək etməkdir. Məşğuliyyətlərindən biri və diqqətimi çox çəkən 3d formatda özəl sabun hazırlaması oldu.

Xavərə ömrünün bu fidan çağlarında uğurlu ilklər arzusu ilə əminik ki, saytımızın “Uşaq dünyası” rubrikasında artıq biz onun haqqında yox, o, özü özünün fəaliyyətindən kiçik köşələr yazacaq…

P.S. Övladın sevinci və uğuru valideynləri xoşbəxt edən və ürəkləri titrədən duyğudur. Uşağa bəslənən sevgi, göstərilən qayğı onun xoş sabahına qoyulan kapital kimidir. Müşahidələr göstərir ki, sevgi ilə böyüyən uşaq həmişə başqalarından bir addım qabaqda olur. Bu bir həqiqətdir ki, yaxşı valideyn olmağı bacaranlar xoşbəxt uşaq və xoşbəxt gələcək yetişdirirlər.
Xavərin anası Ülviyyə xanımın sosial şəbəkədəki bir paylaşımı diqqətimi çəkdi. Övladının ilkləri ilə bağlı hisslərini yazıb. Müəyyən ixtisarla olduğu kimi təqdim edirəm:
O, “rəssam”dır, “balerina”dır, axır ki, XAVƏRin ÖZÜdür

“Gərgin, yorğun bir gün oldu. Səhnədə ilk addımını atdı, tamaşalarının premyerası oldu. İçəri Şəhərdə Müasir İncəsənət Mərkəzində sərgidə iki rəsmi nümayiş olundu.
Hiss etdiyim nə?! Hiss etdiyim o ki, daha ciddi uğurlar gözləyirəm ondan. Hiss etdiyim o ki, onunla daha ciddi məşğul olmalıyam. Hiss etdiyim o ki, çox tələbkaram potensialını bildiyim üçün. İstədiyim nə? İlk növbədə və ən başlıcası sağlam olsun!!! Sonra zamanın uçduğunu bilərək nələrəsə gec qalmamaq… Xoşbəxt anları, dəqiqələri, günləri aylara, illərə döndərə bilsin, bizi də o xoşbəxtliyin dalınca aparsın… İstədiyim o ki, əl atdığı hər sahədə ciddi uğurlara imza atsın”.

Bizə isə AMİN demək qalır.

Arzu Zeynallı












SON XƏBƏRLƏR
Rəsulzadə Türkiyədən niyə getdi?
CÜMHURİYYƏT QURUCULARI — Məhəmmədhəsən bəy Vəliyev (Baharlı)
"Real" ardıcıl 3-cü dəfə ÇL-in qalibi oldu
Azərbaycan prezidenti: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb