Qarabag Media
Haqqımızda Əlaqə

Həqiqətə aparan yol – Xuraman Hüseynzadə


Tarix:20-02-2018, 11:37 Kateqoriya:Manşet / Yazarlar

Həqiqətə aparan yol – Xuraman HüseynzadəXuraman Hüseynzadə

Mənəvi təmizliyə, arınmaya can atmaq cəhdi kimi dəyərləndirilən “Siddhartha” Herman Hessenin mükəmməl əsərlərindən biri hesab olunur. Nirvanaya çatmaq, arınmaq, mənəvi paklığa qovuşmaq cəhdi hər kəsin ürəyinin mübhəm yerində saxladığı istəyidir, arzusudur. Hesse də “Siddhartha” vasitəsilə bunu demək istəyir. “Siddhartha” Siddhartha Qautamanın həyatından bəhs edən məşhur əsərdir. Hesse “Siddhartha”da Buddizm fəlsəfəsinin gizli yönlərini açır, onu təhlil edir.

Romanın qəhrəmanı Siddhartha həqiqətə çatmaq üçün atasının müqavimətinə əhəmiyyət verməyərək sarayını, gəncliyini və ailəsini qoyub meşələrə çəkilir. Səyyah bir dilənçi kimi yaşadığı uzun zamandan sonra Budda ilə qarşılaşır və uzun-uzadı söhbətləşirlər. Budda ona, Buddizmin mahiyyətini və fəlsəfi dərinliyini izah edir. Xeyli düşündükdən, meditasiya cəhdlərindən sonra axtardığını tam olaraq tapmaq üçün bir kəndə yerləşir və ticarətlə məşğul olmağa başlayır. Sonra içindəki boşluğu başqasıyla birgə yaşadığı qadını, varlığını hələ bilmədiyi uşağını və əldə etdiyi bütün sərvətini qoyaraq yenidən səyyari həyata geri dönməklə doldurmaq istəyir. Siddhartha daha sonra bir çayın sahilində qayıqçılıqla məşğul olan, insanları az miqdarda pul qarşılığında qarşı tərəfə keçirən yoxsul qayıqçı Vasudevanın yanında yaşamalı olur. Vasudeva Siddharthaya həqiqətə çata bilməsi üçün bələdçilik edəcəkdir… Romanın sonunda Siddhartha çayda axtardığı həqiqətə qovuşur. Romanda deyilmir təbii ki, Vasudeva, sanskritçədə (Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dili) “çay tanrısı”dır.

Brahman Siddhartha

Əsər Siddhartha adlı gənç bir brahman və dostu Qovindadan bəhs edir. Hər kəs tərəfındən diqqət görən Siddhartha, hər insanın içində var olan atmanı, yəni bütövlüyü axtarmağa çalışır.

Siddharthanın mənəvi bütövlüyü axtarması onun brahmanlıkdan vaz keçib bir samana, sərgərdan dilənçiyə dönməsinə səbəb olur. Ancaq Siddhartha samana olarkən bir müddət sonra həyatın onu çətin sınaqlar qarşısında qoyacağını hiss edir. Qovinda ilə bərabər Qotamanın, yəni Buddanın yanına gedir. Ancaq Siddhartha Buddanın dediklərini-təlimini qəbul eləmir. O, Qotamanın aydınlığa, paklığa çatmağa can atdığının fərqinə varır və Qotamanın təliminin doğruluğuna şübhə etmir. Siddhartha onun dediklərinin sadəcə Qotama üçün keçərli olduğuna inanır. İnsan sadəcə bilik, təlim sayəsində Budda ola bilməz, öyrəndiklərilə bərabər bu hədəfinə öz təcrübələri ilə çata bilər. Dostu Qovinda, Qotamanın yanında qalarkən Siddhartha öz təcrübələrini həyata keçirməyə çalışır.

Kamala və eşq sənəti

Siddhartha təbiətin gözəlliyini dərk etməyə çalışır. Qayıqçının sayəsində çayın qarşı tərəfinə keçən və böyük bir şəhərə çatan Siddharthanın növbəti həyat hekayəti Kamala ilə başlayır. O, Kamaladan ona eşq sənətini öyrətməsini istəyir. Siddhartha Kamalanın istəklərini yerinə yetirmək üçün tacirlik edib pul qazanır. Əvvəllər uğura nail olmaq yolunda göstərilən cəhdləri görür və özü də sonradan müxtəlif adlar verdiyi adamlar kimi olur. Gördüyü bir yuxu onu özünə gətirir və ona təkrar aydınlığa çatmaq yolunu xatırladır.

O, bundan sonra Kamalanı tərk edir. Siddhartha Kamalanın ondan hamilə olduğunun fərqində olmur. Samsara duyğusundan daha dərin bir duyğu içində əvvəllər üzərindən keçib getdiyi çaya gedir. Əsas məqsədi Nirvanaya çatmaqdan nə qədər uzaqda olduğunun fərqinə varanda çayda boğulmaq təhlükəsi ilə üz-üzə qalır. Əslində bundan sonra Samsaraya daha sıx bağlanacaq, yenidən doğulacaqdı. Təzədən özünə gələn vaxt xoşbəxt halda təkrar inzivaya çəkilməyə başlayır və onu yuxu tutur. Oyandığı vaxt yanında onun Siddhartha olduğundan xəbəri olmayan keşiş Qovindanı görür.

Qovinda da hələ Budda deyil və digər dostları ilə birlikdə Buddanın yanına köçür. Siddhartha, Qovindanın yanında indiyə qədər yaşadıqlarını gözünün önünə gətirir: “O Brahman Siddhartha haraya getdi?”, “O Samana Siddharthaya nə oldu?”, “O zəngin Siddhartha haradadır indi?”

İnzivaya çəkilən Siddhartha bir zamanlar Qotamanın yanından ayrıldıqdan sonra hansı haldaydısa, indi də o haldadır: yeni bir həyatın başlanğıcında olduğunu hiss edir.

Çayın fəlsəfəsi

Siddhartha yeni yolu axtaran zaman çaya gəlir və orada təkrar qayıqçı Vasudeva ilə qarşılaşır. Vaseduva ona yanında köməkçi olmasını təklif edir. Aydınlığa, mənəvi paklığa çatmış Vasudeva Siddharthaya çayın səsini dinləməyi məsləhət görür. Siddhartha çayın səsindən çox şey öyrənəcəkdi. O, çayın səsinə diqqətlə qulaq asdı və onun fərqinə vardı. Bu səs onun həyat yolundabələdçisinə çevrildi, çünki çay özü onun üçün pak, qeyri-adi idi. O, heç düşünmədi ki, külək, bulud, quşlar, həşəratlar da çay qədər ilahidir və çaydan öyrəndiyi qədər onlardan da öyrənə bilər. O müqəddəs meşəyə gedəndə müəllimi, oxumaq üçün kitabları olmadan da çox bilirdi. Çünki çaya inanırdı. Çay əslində həyatı, dünyanı da anladır. Bir tərəfi savadlıları, digər tərəfi cahilləri anlatdığı kimi bir tərəfi varlıların, digər tərəfi kasıbların həyatını diktə edir əslində. Siddharthanın oğlunun getdiyi tərəf bəşəri bədbəxtlikləri anladarkən, digər tərəfi Nirvanaya, yəni müqəddəsliyə və ya həqiqətə gedilən yeri təmsil edir. Bu, elə cənnət və cəhənnəmi anlatmırmı əslində?

Ata Siddhartha

Siddhartha Qotamanın yanına gedən Kamala ilə təkrar qarşılaşır. Kamala atası ilə eyni adı daşıyan oğlunu- Siddharthanı özü ilə gətirir. Amma çayın kənarında Kamalanı ilan sancır və o, ölür. Siddhartha indiyə qədər şəhərin lüks həyatına alışmış oğlunu özü ilə aparır, ona əmin-amanlığı və sakitliyi öyrətmək istəyir. Siddhartha burada fərqində olmadan Qotamanın etdiyi xətaya yol verir: balaca Siddharthaya həqiqəti öyrətmək əvəzinə özünün bu ana qədər yaşadıqlarını anlatmağa cəhd edir. Atasının söylədikləri balaca Siddharthanın beyninə batmır və çayı keçərək oradan qaçır.

Siddhartha oğlunu, təqib edir. Amma şəhərə gəlmədən bu axtarışın mənasız olmasını başa düşür. Kamala ilə ilk qarşılaşdığı yerdə oğlunun arxasınca getməkdən vaz keçir və Nirvanaya gedən yolu tapmaq üçün geri dönür. Bu olay uzun illər Siddharthanı narahat edir.

Siddhartha həyatının mürəkkəbləşdiyi dönəmlərdə özünü uşaq, gənc və yaşlı kimi təsvir edir. O, Vasudeva ilə birlikdə aydınlığa çatdıqdan sonra Vasudeva meşəyə gedir. Siddhartha qayıqçı kimi işinə davam edir. Kitabın son bölümündə Hesse gənclik dostları – Siddhartha və Qovindanın təkrar görüşməsini göstərir. Qovinda, mənəvi paklığa qovuşmasına baxmayaraq, hələ də onu axtarmaqdadır. Siddhartha isə Qovindaya axtardığını tapmadığını, qəlbinin səsini dinləməsinin lazım olduğunu və axtarışı dayandırıb hər şeyi sadəcə axarına buraxmasının lazım olduğunu bildirir. Əsərin əvvəlindən fərqli məqamlarda üzə çıxan ziddiyyət sonda aradan qalxır.

Fərqli üfüqlərə doğru

Herman Hessenin bu əsərini oxumağa başlamaqla oxucu fərqli üfüqlərə doğru yola çıxdığını başa düşür. Roman, oxucunu götürüb fərqli diyarları gəzdirircəsinə fərqli mədəniyyətlərə dair maraqlı çox şey öyrədir, oxucunu hind və Buddizm mədəniyyətləri ilə bir az da yaxından tanış edir. Xüsusən üç işi bilməyin vacibliyini diktə edir: oruc tutmaq, yerimək və düşünmək. Yerimək vərdişi romanda gözləmə vərdişi ilə də əvəz olunur bəzən. İslam dininin əsas ibadətlərindən olan oruc tutma vərdişi romanda fərqli bir təsəvvür yaradır insan və insanlıq haqda. Roman, həyatın mənasını öyrənmə, mənəviyyatı axtarma, özünü kəşf etmə mövzuları ilə maraqlananlar üçün olduqca axıcı, rəvan bir dillə, maraqlı üslubla yazılıb…

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib