Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin anım günüdür


Tarix:19-02-2018, 15:35 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin anım günüdür

O, qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına şəhid olub.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, o, 1958-ci il 23 may Naxıçıvanın Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. 1988-ci illərdə Xalq hərəkatına qoşulur.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən (1987) sonra 1990-cı ilədək Bakı Mərkəzi Əmanət Bankında baş müfəttiş vəzifəsində işləyib.

Xalq hərəkatında iştirakına və 20 yanvar faciəsi günlərində fəaliyyətinə görə Bakı şəhər komendantı tərəfindən həbs edilib və vəzifəsindən uzaqlaşdırılıb.

1991-ci ilin noyabrında hərbi xidmətə çağırılan böyük leytenant Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə şəxsi igidlik nümunələri göstərib. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilib. Vəng kəndinin alınmasında xüsusilə fərqlənib. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilib, qarşısında büstü qoyulub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı