Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid Rüstəm Mirzəyevin anım günüdür


Tarix:17-02-2018, 21:52 Kateqoriya:Manşet / Qəhrəmanlar

Şəhid Rüstəm Mirzəyevin anım günüdür

Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Belə qəhrəman oğullarımızdan biri də Laçın polis taborunun döyüşçüsü Rüstəm Mirzəyevdir.

Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1970-1980-ci illərdə Laçın şəhərinin 1 saylı məktəbində təhsil alıb. 1981-1983-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət çəkib. 1983-cü ilin dekabrında Laçına qayıdıb. 1985-1987-ci illərdə Moskvada, 1985-1988-ci illərdə Bakıda yaşayıb.

Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Rüstəm Laçın rayonunun sərhədyanı kəndlərində ərazi özünümüdafiə bataliyonunda igidliklə erməni quldur dəstələrinə qarşı gedən hərbi döyüş əməliyyatlarında qəhrəmancasına iştirak edib.

O, yerli müdafiə batalyonunda kəşfiyyatçı-döyüşçü kimi ad çıxartdı və bir neçə çətin əməliyyatlarda məharətlə iştirak etdi. Ermənilər onun başı üçün külli miqdarda pul mükafatı ayırmışdırlar.

1991-ci ilin noyabr ayında Rüstəm Laçın rayon polis şöbəsinin polis batalyonuna, post-patrul xidmətinə sıravi heyətə işə qəbul edildi.

O, 1990-1993-cü illərdə Laçın rayonunun Güləbird, Səfiyan, Suarası, Hoçaz, Tığık 1, Tığık 2, Vağazin, Pircahan kəndləri, Şuşa şəhəri və onun Kərgicahan, Malıbəyli, Daşaltı kəndləri, Kəlbəcər-Murov dağı – Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.

18 fevral 1993-cü ildə Ağdərəyə köməyə gedən Laçın polisinin maşını Murov dağının çətin keçidlərinin birində sürüşdü və dərə aşağı yuvarlandı, Rüstəm və döyüşçü dostları şəhid oldular.
Ailəli idi. İki övladı var idi.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”