Qarabag Media
Haqqımızda Əlaqə

Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..


Tarix:16-02-2018, 17:31 Kateqoriya:Manşet / Yazarlar

Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?.. Sultan Laçın

Türkün, talışın, kürdün, ləzginin və s. törəsində qız-gəlinini soyundurub yad kişilərə nümayiş etdirməklə pul qazanmaq ənənəsi varmı?

Milli Dəyərləri Müdafiə Nazirliyi yaratmaq lazımdır..


Yiyəsiz-yüyənsiz, abır-həyasını itirmiş arvadlar dünyada və məmləkətdə meydan sulayır... Biri sərxoş halda maşına oturub onu saxlayan yol polisini hədələyir, söyür, biri şəhərin mərkəzində - gur hərəkətli körpünün üzərində saxladığı avtomobilinin üstünə çıxıb göbək rəqsi oynayır, “xalq artisti” adlanan yarımçılpaq geyimli, əxlaqsız birisi onu xalqın qarşısına belə görkəmdə çıxmamağa çağıran ağsaqqal xalq artistini məhkəməyə verir, digər “əməkdar artist” bığlı-saqqallı oğlu ola-ola türmədə yad bir kişi ilə görüşüb sevişir, sonra da onun həbsdən qaçışına yardım edir, başqa birisi deyir ki, Azərbaycan kişiləri fərli kişi deyil, filan ölkənin kişiləri yaxşıdır, mən istədiyim kişini yoldan çıxara bilərəm və s. və i.a. Matriarxat dövrümü başlayır? Bəlkə də heç tarixdə qadınların, amazonkaların-filanın hökmranlığı dövrü olmayıb, bunu da başımızı aldatmaq üçün bizə sırıyırlar?..

Heç də abırlı-həyalı, kişi qeyrətli qadınlarımızın bacardığı, haqq etdiyi iş başında olmasının əleyhinə deyilik. Keçmişimizdə də belələri olub, bu gün də var. Söhbət milli, dini dəyərlərimizin tapdanmasından, tamamilə yox edilmək təhlükəsindən gedir. Bunun da kökü nəfsimizə uymaqdan gəlir. Ulu baba-nənəmiz Adəmlə Həvva nə zaman libaslarını itirib lüt-üryan qaldı? Nəfslərinə uyub Cənnətdəki qadağan olunmuş meyvəni yeyəndə... İblisə arxalanan Şər qüvvələr insanların əksəriyyətinin asanlıqla nəfslərinə uyduğunu yaxşı bildiyindən bu texnologiya ilə millətləri əridib, insanları təbii inkişaf yolundan çıxardıb köləyə çevirmək yoluyla bəşər əhlinə hökmranlıq etməyə çalışırlar. Və onlar İblisin insanların əksəriyyətinin Allah yolundan çıxarıb öz ardınca Cəhənnəmə sürükləmək vədinə xidmət edirlər... Bu gün “ağsaqqal kişi” adlananlar 9 yaşındakı qız uşağını zorlayırsa, məktəblərimizdə oğlan və qızlar cinsi əlaqəyə girirsə, narkotikə qurşanırsa, biz Cəhənnəmə yox, hara gedirik?..

XIX sərin sonlarından şər güclərin əsasən Rokfellerlər sülaləsi vasitəsilə maliyyələşdirib icra etdiyi feminizm hərəkatı başlayıb. Guya qadınla kişinin hüquq bərabərliyi məsələsini əsas götürən bu hərəkatın mahiyyəti əslində kişiləri qadın gözəlliyinin, üzr istəyirəm, qadın seksualıığının əsarəti altına alaraq şəhvət kölələrinə çevirməklə dünyadakı ictimai-siyasi prosesləri yönləndirməyin daha bir məkrli mexanizmini işə salmaq idi. Bu da XX əsrin ortalarından başlanan, ayıb olmasın, “seksual inqilab”a gətirib çıxardı. Məqsəd kişilik, qadınlıq anlayışlarını, bəşəri ailə dəyərlərini yox etməkdir. Və əslində “gender-filan” kimi Qərbdən bizə sırınan prinsiplər kişi-qadın bərabərliyinə deyil, təbii cinslər arasında yaranan balansı pozmaqla planetdə “üçüncü” cinslərin- transseksualların, homoseksualların, lezbiyanların və s. hökmranlığını təmin etməkdir. Diqqət edin: Əgər 1990-cı illərdə ABŞ, Avropa yeni müstəqillik qazanmış və ya zəif dövlətçiliyi olan, özü də əsasən müsəlman, türk ölkələrinə qadın haqlarının qorunması ilə bağlı təzyiqlər edirdisə, artıq 2000-ci illərdən bu yana cinsiyyəti naməlum məxluqatların haqları ön plana keçirilib. Və bu gün faktiki olaraq Qərb “insan haqları”nın qorunması deyəndə öncə “mavi”lərin və 5-10 nəfər idarə olunan qondarma “müxalifət”çilərin haqlarını nəzərdə tutur. Artıq çeçenlər kimi döyüşkən, milli, İslami dəyərlərə sadiq qalmağa çalışan toplumlara da homoseksuallar vasitəsilə təzyiqlər edir, onların arasında da “mavi”lər yetişdirməyə başlayırlar...
Ölkə prezidentinin sərəncamıyla bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı. Alqışlansın! Bu günlərdə İlahiyyat institutu yaradıldı. Alqışlansın! Uğurlar olsun! Amma görək həmin qurumlar əsl milli, dini dəyərlərimizin qorunması və uşaqlara, gənc nəslə aşılanması istiqamətində üzərlərinə düşən işləri layiqincə apara biləcəkmi?..
Yalnız müstəqillik illərini götürsək, 27-ci ildir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi var. Yaxşı, milli musiqimizin, muğamımızın daxildə və xaricdə təbliği istiqamətində xeyli işlər görülüb. Bu - əla. Bəs əxlaqı, geyimi, davranışıyla bu xalqın milli, dini dəyərlərinə açıq-açığına meydan oxuyanları, övladlarımıza, oğul-qızlarımıza əxlaqsız, anormal, pozğun bir həyat tərzi təlqin edən məxluqları hansı qurum əməkdar artist, xalq artisti adlarına təqdim edib? Axı biz müsəlman ölkəsində yaşayırıq? Paytaxtımızı İslam paytaxtı elan edirik. İslam oyunları keçiririk. Yaxşı, bəziləri deyir, İslam bizim din deyil, ərəblərin dinidir. O halda İslamdan da, Qurandan da uzaq durun, öz seçiminizdir. Bəs Azərbaycanda yaşayan hansı xalqın; türkünmü, kürdünmü, talışınmı, ləzgininmi, tatınmı, avarınmı törəsində lütlənib milyonlarla kişinin qarşısına çıxan qız, qadınlarıyla fəxr etmək, belə qadınların hesabına pul qazanmaq var?. Heç deyərdim ki, qeyri-müsəlman rusun, ukrayının, polyakın, yəhudinin də köklü mədəniyyətində belə bir əxlaqsız ənənə yoxdur...

Kim “mavi”lərin və lütlənən qadınların hökmranlıq edəcəyi “demokratik” cəmiyyətdə yaşamağın tərəfdarıdır, əlini qaldırsın?..

Nə yazıqlar ki, on illərdir, telekanallarımız faktiki olaraq milli-mənəvi dəyərlərimizi həyasızcasına tapdayan məxluqların, bayağı, sərsəm şairələrin, “üçüncü cins” nümayəndələrinin ruporuna, təbliğat meydanına çevrilib. Cəmiyyəti belə cin-şəyətinlərin əlindən qurtarmaq üçün nəinki Mənəvi Dəyərlər Fondu, Milli Dəyərləri Müdafiə Nazirliyi yaratmaq gərəkdir... Torpaqlarımızla paralel dəyərlərimizə də sahiblənməli, onların da keşiyində bir əsgər kimi dayanmalıyıq. Əks halda bir neçə onillikdən sonra Azərbaycan adlı məkanda yaşayan xalqın Ermənistandakı məxluqlarla heç bir mənəvi-əxlaqi fərqi qalmayacaq... Düşmənlərimizin məqsədi də elə budur. Və dərindən təhlil edəndə Qarabağın da işğalı məhz ruhi-mənəvi dəyərlərimizin itirilməsindən dinimizdən, kökümüzdən uzaqlaşıb ermənilərlə tut arağı vurmaqdan, axçilərlə eyş-işrətə uymaqdan başladı. İndi də öz qız-gəlinlərimiz də onların yoluna sürüklənir...

Mənbə: Moderator.az










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan