Qarabag Media
Haqqımızda Əlaqə

Bu böhtanı yayanları kimlər maliyələşdirir?


Tarix:14-02-2018, 15:53 Kateqoriya:Manşet / Siyasət

Bu böhtanı yayanları kimlər maliyələşdirir?

Ümid edirəm ki, Volonte işi bundan sonrakı mərhələdə Azərbaycana qarşı aparılan uzunmüddətli qərəzli siyasətin sonu olacaq.

Bu sözləri Axar.az-a Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edən “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı deyib. A.Camalqızı bildirib ki, İtaliyanın Milan məhkəməsinin Luka Volonte ilə bağlı bəraət qərarı Azərbaycanın maraqlarını əks etdirməklə bərabər, korrupsiya işində ölkəmizin üzərindən bütün qondarma ittihamları birdəfəlik götürmüş oldu:

“Əslində, belə bir qərarın verilməsi gözlənilən idi. Nəhayət, Milan məhkəməsinin ədalətli qərarı nəticəsində Volontenin bəraəti ilə Azərbaycana qarşı olan bütün şübhələrin üzərindən xətt çəkildi. Volotenin məhkəmə prosesi ölkəmizə qarşı uzun müddət idi aparılan qərəzli siyasətin məhsulu idi. Bu prosesin yaranmasına səbəb olan da bir zamanlar guya “kürü diplomatiyası” adlı “araşdırmanın” ictimaiyyətə təqdim edilməsi idi və bunun özü çox məntiqsiz bir addım idi. Bu “araşdırmanı” hazırlayan qruplar vaxtilə ölkəmiz əleyhinə olan müxtəlif qüvvələrə xidmət ediblər. Ümid edirəm ki, Volonte işi bundan sonrakı mərhələdə Azərbaycana qarşı aparılan uzunmüddətli qərəzli siyasətin sonu olacaq. Çünki biz Azərbaycana qarşı tətbiq olunan bu kimi addımların adekvatlığını nə Ermənistana, nə də Avropa Şurasındakı digər ölkələrə qarşı müşahidə etmişik. Ən üzücü məqam isə Volonte işi zamanı daxilimizdə olan bəzi qüvvələrin dövlətlə eyni mövqedən çıxış etməməsi idi. Əslində, həmin qüvvələr bununla bir növ Azərbaycan dövlətinin maraqlarına qarşı çıxış etmiş oldular. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da dediyi kimi, Azərbaycan bu məhkəmə prosesindən sonra dayanmayacaq, adekvat addımlar ataraq öz haqqını sonuna qədər qoruyacaq”.

A.Camalqızının sözlərinə görə, Milan məhkəməsinin bu qərarı bütövlükdə Azərbaycanın apardığı şəffaf və ədalətli siyasətin təsdiqi olmaqla yanaşı, milli maraqlara söykənən siyasətə qarşı bəzi düşmən qüvvələrin vaxtaşırı olaraq göstərdiyi münasibətin məhz qərəzli, çirkin və qarayaxma olduğunu bir daha ortaya qoydu:

“Bu dövr ərzində Volonte ilə bərabər, iki millət vəkilimiz müxtəlif təzyiq və təhqirlərə məruz qaldı. Əslində, bu proses Milli Məclisin iki deputatı və ya AŞPA-nın hansısa mötəbər siyasətçilərinin nüfuzunu məhv etməyə yönəlməmişdi. Burada əsas hədəf Azərbaycan dövləti idi və dünəki qərarla dövlətin nüfuzuna vurulacaq zərbənin qarşısı uğurla alındı. Ona görə də hesab edirəm ki, Azərbaycan bundan sonra öz haqqını OCCRP-dən, Avropa Stabillik Təşəbbüsləri Qrupundan, ümumiyyətlə, ölkəmizə qarşı olan bütün qruplardan tələb etməyi bacarmalıdır. Bütövlükdə götürdükdə bu qərar nəinki Azərbaycanın növbəti uğuru, eyni zamanda, Avropada ölkəmizin əleyhinə olan qüvvələrlə Avropanı bir növ daxildən sarsıdaraq özünün ideallarından uzaqlaşdırmağa çalışanlar arasında aparılan bir savaş idi və Bakı bu savaşın ilkin mərhələsində qalib gəldi, sıra növbəti uğurlu mərhələlərdədir”.

A.Camalqızı xüsusilə vurğulayıb ki, bu qərar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi ilə bağlı müxtəlif vaxtlarda səsləndirilən iddiaları yenidən gündəmə gətirir:

“OCCRP çərçivəsində böyük qrantlar alıb, guya araşdırma aparanların əslində o araşdırmalardan xəbərlərinin olmadığı, bu “araşdırmaların” Layihəyə qrant ayıran bəzi şübhəli mənbələrin sifarişi əsasında hazırlandığı və altında imzası qoyulan şəxslərə hazır şəkildə ötürüldüyü haqda vaxtaşırı tutarlı faktlarla iddialar səsləndirilib. İndi bu iddialar bir daha gündəmə gəlir: o araşdırmaları hansı mənbələr maliyələşdirir; o mənbələrin erməni diasporları və bu diasporların təsirində olan şəxslərlə əlaqələri necədir və s. suallara cavab verilməlidir. Dünya mediasında sürətlə tirajlanan və artıq qarayaxma kampaniyası olduğu Milan məhkəməsi tərəfindən təsdiqlənən bu materiallara görə “araşdırmaçılar” və bu araşdırmanı dəstəvuz edib, böyük proses başladanlar hansı arqumentlə öz əməllərinə haqq qazandırmağı düşünürlər?”

Qeyd edək ki, Milan Məhkəməsində 2 ildən çoxdur, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi ötən gün başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

L.Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu.

Aygün Yusibova










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı