Qarabag Media
Haqqımızda Əlaqə

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ


Tarix:14-02-2018, 14:22 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ
Əvvəli burada - III HİSSƏ
Nəsib bəy Yusifbəyli hesab edirdi ki, Şimali Qafqaz da azərbaycanlıların öz vətəni, Azərbaycan Şimali Qafqaz dindaşlarımızın yurdu, ocağı kimidir: “Denikinin orduları Şimali Qafqazın üzərinə hücum edərək cəsur və şücaətli dindaşlarımızın qarlı dağlarını al qanlara boyayıb, onları və onlarla bərabər bizləri yenidən kölə fikrindədirlər. Halbuki bu işin o qədər asan olmadığını Qafqaz qartalları bu günlərdə o qasidlərə qanlı dərslər verməklə isbat edirlər. Bu aslan mücahid qardaşlarımız bilməlidirlər ki, biz hər zaman onlarla bərabərik. Möhtərəm əfəndilər! Digər qonşularımızla da indiyə qədər olduğu kimi sülh və salamatlıqla yaşayacağıq. Sevgili Azərbaycanımızın şan və şərəfini mühafizə etməklə bərabər, hökumət qonşular arasında çıxan bütün problemlərin sülhlə həll edilməsi tərəfdarıdır... Təbii, bu sülh və səlahın başqa şərtləri də vardır, o da azlıqda qalan millətlərin haqqını tanımaqdır. Zülm və istibdad altında yaşayıb da “inorodes” adı altında bir əsrdən bəri maddi və mənəvi baxımdan bir çox təzyiqlərə məruz qalan Azərbaycan türkləri Azərbaycan içindəki bütün vətəndaşlarına bir gözlə baxmaqla hər kəsin öz dilində oxuyub oxumasına, öz dilini və öz milliyyətindən mühafizə etməsinə icazə etməzsə tarixi bir səhv etmiş olur. Onun üçün hökumət sevgili Azərbaycanımızın bütün vətəndaşlarımız üçün gerçək bir vətən olmasına çalışacaqdır...

Burada torpaq məsələsindən, işçi məsələsindən uzun uzun bəhsə lüzum görmürəm, çünki kəndliyə torpaq, fəhlələrin iş millət vəkillərinin əksəriyyətinin şüarı olduğundan, təbii, hökumətin də şüarı olacaqdır.Torpaq məsələsini qəti olaraq həll etmək, təbii, milləti həqiqətən təmsil edəcək Məclis-Müəssisanın haqqıdır. Bu barədə bugünkü hökumətin üzərinə ancaq bir vəzifə düşür, o da mövzunu ətraflı hazırlamaq, torpaq işlərinə dair bütün vasitələri yığmaq və yazıb hazırlamaq və bu surətlə Məclis-müessisana bu ağır və əhəmiyyətli problemin asan həlli kömək etməkdən ibarətdir. Bununla birlikdə, istər torpaq və istər işçi mövzusunda bir ixtilaf çıxarsa hökumət hər zaman əməkçilərin haqqını müdafiə edərək öz tərəfində olacağını vəd edir...

Deputat əfəndilər! İfadə azadlığı, mətbuat azadlığı, yığıncaq azadlığı mədəni və demokratik bir dövlət rəhbərliyi başlıca şərtləridir. Bu barədə, zənnimcə, hər kəsdən biz irəli gedirik. Azərbaycanda görülən bu azadlıqlar dünyanın heç bir tərəfində yoxdur. Hökumət, təbii, müqəddəs olan bu azadlıqları qoruyacaq. Hər kəs nə yazırsa yazsın, hər kəs nə istəyirsə söyləsin, harada yığışırsa yığışsın. Yalnız bir məsələ vardır ki, ona əl uzatmağa təhəmmül ediləməz. O da Azərbaycanın istiqlaliyyəti məsələsidir. Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyyatına toxundurmamağa hökumət var gücü ilə çalışacaqdır”.

Baş nazir olduğu dövrdə Azərbaycanın Türkiyəyə, yaxud da Rusiyaya birləşməsini tələb edən «ittihadçılar»a, denikinçilərə, bolşeviklərə ümumiyyətlə, istənilən «ihaqçılar»a qarşı çıxanları isə Yusifbəyli daima tənqid etmişdir. Belə ki, Cümhuriyyətin bəyan olunmasından sonra, ilk dövrlərdə müəyyən təsir qüvvəsinə malik olan osmanlıpərəst «ilhaqçılar»ın milli istiqlala qarşı yönəlmiş ideyalarına cavab olaraq Yusifbəyli deyirdi ki, onlara müəyyən obyektiv səbəblərə görə güzəştlər getmək olar. Ancaq bu güzəştlər Azərbaycanın milli istiqlalına xətər yetirməməlidir. Nəsib bəy deyirdi ki, əks halda «istiqlalımıza qarşı yönəlmiş təcavüzə qarşı ilk əvvəl üsyana qalxan mən özüm olacağam».

Denikinçilərin ya da Denikin ordusunun Dağıstana və Azərbaycana təcavüzü ilə bağlı da Yusifbəylinin mövqeyi dəqiq, qəti olmuşdur. belə ki, millət vəkillərindən birinin Denikinin ordusunun Azərbaycan sərhədlərini keçməsi iddiasına qarşı baş naziri bildirmişdir ki, “bizim hüdudumuzu kimsə keçməmişdir və ancaq meyitlərimiz üzərindən keçə bilərlər”. Sonra o, parlamentə məlumat verib ki, Dağıstana, yəni Petrovskiyə və Dərbəndə kazaklardan ibarət 3-4 eşalon gəlib: “Bu dəqiqə Dağıstan nümayəndəsinin göndərdiyi teleqraf aydın olar ki, elə böyük bir şey olmamış.Teleqrafı imza edən də Dağıstan hökuməti rəisi Kotsevdir. Hər şey yerli yerində deyildir. Təfsilatı bilinmir. Ancaq orada bir şey yoxdur. Olsa da hələlik deməyə ehtiyac yoxdur. Dərbənddən bu yana bir adam keçməyib. Bu məlumatı aldıqdan sonra biz İngiltərə hökuməti gücləri başçısı qarşısında həm yazılı, həm şifahi etiraz etdik, çünki İngiltərə hökuməti nümayəndələri həmişə bizə demişlər ki, Könüllü Ordu əsgərləri sərhədi keçməyəcəkdir. Ayrıca, general Şatelvort ilə xüsusi görüşdüm. Ümumi Şatelvort söylədi ki, İngilis hərbi qüvvələrinin qərarı dəyişmədi və heç bir zaman Könüllü Ordu Petrovskidən bəri artıq olmamalıdır. Doğrudur, Petrovski nümayəndələri tərəfindən özünə məlumat verildi, ancaq Petrovskidən bu yana eşalonunda keçməsi kimin icazəsi ilə və nə üçün olduğu müəyyən deyil. Öz tərəfindən lazım olan tədbirlər almışdır və aldığı məlumatı alan saatdan bizə söyləyəcək. İngiltərə nümayəndələrinə söylədim ki, biz vədlərdən artıq doyduq. Bundan belə biz özümüzə güvənəcəyik və lazım olsa bir adam kimi azadlıq və istiqlalımızı müdafiə qalxışacağıq. Kim olursa olsun, dünyanın böyük və qüvvətli dövləti olursa olsun, qarşısına çıxıb müdafiə edəcəyik…
Bakıda İngiltərə komandanlığı nəzdində Denikinin Polkovnik Lazarev kimi bir nümayəndəsi var. Bir neçə gün əvvəl ondan belə bir kağız aldım: "Cənubi Rusiya silahlı qüvvələri komandiri Azərbaycan əleyhinə heç bir təcavüzkaranə hərəkətdə olmaq niyyətində deyil. Biləks, Azərbaycanın istiqlalını uyğun görür və bilir". Mən bunu yazan Lazarev çağırtdırıb dedim: "Hansına inanaq - kağızınız və ya etdiyinizə?". Lazarev yenə bir çox andlardan sonra dedi ki, mənə heç bir şey məlum deyil. O dedi ki, mən bir şeydən qorxuram: bəlkə, Denikinin və ordunun qərarından Dağıstanda olan komandanlığın məlumatı olmasın. Nə qədər ki Könüllü Ordu Dağıstanda, onu biz özümüzə təhlükə sayıb, qarşısına tədbir görməkdən çəkinməyəcəyik”.

Parlamentin 5 iyun 1919-ci ildəki iclasında da Denikin təhlükəsi yenidən gündəmə gəlib ki, bununla bağlı Nəsib bəy Yusifbəyli millət vəkillərinə, geniş izahat verib. O bildirib ki, Denikinin nümayəndəsi Polkovnik Lazarevdən bir kağız gəlib: “Ondan görünür ki, Denikin Rusiya təşkil edilənə qədər bizim istiqlaliyyətimizi tanıyır və sizə təhlükə yoxdur deyir, ancaq bunun adicə kağız olduğunu özləri tez vaxtda isbat elədilər... Mənə teleqraflar çatdıqdan sonra, təbiidir ki, burada İngiltərə komandanlığı ilə görüşü bir borc bildim. Kori Qafqazda olan müttəfiq qüvvələrin Başkomutanıdır. Dünən onunla və Şatelvortla görüşdük. Teleqraflar onun qarşısında idi. Onlara da gəlmişdi. Soruşdu ki, nə tədbir görürsünüz? Ona dedim ki, vətənimizi mühafizə edəcəyik, buna görə hər bir tədbir görürük və görəcəyik.

Sohbət çox uzun oldu. Hamısını təfsilən ərz etməyi bilirəm. Nəticədə o, mənə zəmanət verdi ki, general Denikinin bu hərəkətinə pis nəzərlə baxır, Vətənimiz yolunda gördüyümüz təşəbbüsatımızı yersiz bilmiyor. Digər tərəfdən, deyir: Sizi əmin edirəm ki, Bakıya o tərəfdən hücum olmaz, çünki dəniz əlimizdədir. Demək, gördüyünüz kimi, İngilis nümayəndələri ilə əvvəlinci görüşdə Şatelvortun guya tərəfsiz qalmaq fikri vardı, amma son dəfə Kori tərəfindən təminat verildi ki, Azərbaycan sərhədlərini kimsə keçə bilməz, hətta deyir, hər kəs keçsə həbs edərik. Demək ki, bu barədə təminat vermək istədi. Amma, sözün doğrusu, təhlükəni biz özümüz gərək baxaq. Biz çox sözlər eşitdik, bu sözlərə böyük məna verilə bilməz. İngiltərə kimi azad bir ölkə nümayəndələri yalan danışmaz amma bəzən də söylədikləri şeylərin üstündə dura bilmədiklərini təsbit edirlər. Biz görürük bizə çox vədlər verildi. Bizə dedilər ki, Dağıstan təhlükədə deyil, Dağıstana kimsə hücum etməz, Denikin ancaq Petrovskini baza olaraq tutacaq, Petrovskidən bu tərəfə keçməz - Vaxtilə bizə bu təminatı verdiler.Şatelvortun özü ilə görüşüb bizə verdikləri bu təminatı dedim: "Əgər bu vədlərlə bizə mane oldunuz .Ola bilirdi ki, sizin vədləriniz olmasaydı biz Dağıstana böyük kömək göndərərdik, daha bu gün Dağıstan məğlub və sərhədimiz təhdid altında olmazdı. Əgər o zaman vəd verdiniz, bunun nəticəsi nə oldu? Nəticədə Denikin Şimali Qafqazı tutdu”.
N.Yusifbəylinin fikrincə, bu dövrdə Azərbaycan türkçülüyü ideyasının, milli istiqlalın tamamilə ziddinə olan əsas qüvvə isə bolşevizm və bolşeviklər olmuşdur. «Bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də daha böyük təhlükədir» deyən, Nəsib bəy daha sonra qeyd edirdi: «Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqlalını təsdiq edirəm, mən sabah burada bir bolşevik qoymaram. Çünki bolşeviklərin təhlükəsini biz öz istiqlalımız ilə ölçürük. Biz hürriyyəti-vicdan tərəfdarıyıq».

Bu anlamda Azərbaycanın baş naziri Milli İstiqlalın yaşaması üçün Rusiyayla, daha doğrusu Sovet Rusiyasıyla münasibətdə diqqətli olmağı hər şeydən vacib hesab edirdi. O bildirirdi ki, Azərbaycanın Rusiyanın daxili işlərinə qarışmağa haqqı yoxdur: “Rusiyada hansı təriqət qalib gələcək, hansı adamlar iş başına keçəcək - bu, bizim vəzifəmiz deyil, böyük Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh və səlahla dostluq keçinmək istəriz.Yalnız bir məsələ var ki, bolşevik Rusiyamı, menşevikmi, yoxsa başqa birimi olsun, bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bunun da haqqımız olduğunu, təbii, kimsə inkar etməz, zənn edirik”.

N.Yusifbəyli hesab edirdi ki ki, Sovet Rusiyasına ya da bolşevizmə qarşı dayanmaq üçün tək çıxış yolu qüvvətli olmaqdır: “Bunu tək bilməliyik - qüvvətli olmasaq nə hürriyətimiz, nə də istiqlalımız mümkün deyil. Onun üçün hərbi işimiz hökumət işinin əsası olacaq. Əsgərimizin ehtiyacına, ləvazimatına hökumət ayrıca diqqət və səy edəcək. Əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, imkanlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumət onlara izah edəcək. Ayrıca boyun qaçıran olursa lazım olan cəza veriləcək. Xülasə, əfəndilər! Təkrar edirəm, hər şeydən əvvəl, gələcəyimiz qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir və təcrübəli əllərində olub, ikincisi isə sizin əlinizdədir” .

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)




loading...




SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb
“Seçki prosesi ölkə həyatında mühüm hadisə hesab olunur” - MÜSAHİBƏ
Erməni politoloq: "Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək"
Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz
Suriyada daha 15 rusiyalı öldü
“Gök Börü”nün işığında – Dilqəm ƏHMƏD
Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı
Ağ Evdən Kremlə qarşı YENİ QARABAĞ PLANI
Türkiyə və ABŞ generallları “Zeytun budağı” əməliyyatını müazakirə ediblər
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq
Bu böhtanı yayanları kimlər maliyələşdirir?
Bu qopan fırtına Türk Ordusudur - Azərbaycanlı ifaçının sədası Afrin əməliyyatında
ABŞ Suriyada rusları vurdu, 40 rus əsgəri öldü –neft savaşı
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ