Qarabag Media
Haqqımızda Əlaqə

KİMLİYİMİZ –RADİOMUZ, TELEVİZİYAMIZ


Tarix:14-02-2018, 13:57 Kateqoriya:Manşet / Yazarlar

KİMLİYİMİZ –RADİOMUZ, TELEVİZİYAMIZ1956-cı ilin fevral ayının 14-də ana Televiziyamız ilk dəfə olaraq efirə vəsiqə aldı. Mübarək işıqlı üzü xalqımızın üzünə gün kimi doğdu. 30 il əvvəl isə Ana Radiomuzun yaranışı xalqımızın taleyində yeni bir eranın başlanğıcı olmuşdu. Neçə onilliklərdi ki,Radiomuzun, Televiziyamızın yaranış günü ölkədə bayram statusunda qeyd edilir.Min illər yaddaşdan-yaddaşa köçə-köçə gələn tariximiz, etnik kimliyimiz, dastanlaşan mənəviyyatımız bu tarixdən, yəni Radiomuzun, Televiziyamızın yaranışınnan sonra yazıla-yazıla, təsdiqlənə-təsdiqlənə, möhürlənə-möhürlənə gəlir. Əslinə qalanda il üstə gələn hər bir il xalqımızın yaddaşına yubiley li kimi yazılır.

Bir vaxtlar xalqımızın dərd çəkən böyük şairi Hadi: «İmzasını atmış miləl övraqi-həyata, yox millətimin xətti bu imzalar içində», -deyə-deyə bir milli ağrını ifadə edirdi. Bəlkə də bu milli dərdi şair əlacsızlıqdan göylərə söyləmişdi.

Düz 92 il əvvəl dünya xalqlarının səsləri arasında, daha doğrusu efir sırasında öz yerimizi tutduq. Millətimizin imzasını möhürlədik.

30 il sonra Azərbaycan Televiziyasının doğuşu millətlərin imzaları içində möhürlənmiş imzamızın davamlı, silinməz və pozulmaz olduğunu bir daha bəllədi. Hamımızın üstünnən haqqın əli kimi keçdi, elə haqqın əli kimi də üstümüzdədi.

Bu illər ərzində radiomuz və televiziyamız şərəfli, həm də çətin bir yolla gəldi. Bu yolun şərəfi də, çətinliyi də, ağrısı-acısı da, elə şirinliyi də hamımızla gəlir.

Azərbaycan Radiosu, Televiziyası demək olar ki, çox böyük inkişaf yolu ilə gəlmiş həm yaradıcılıq, həm texniki və müasir avadanlıq baxımınnan çox yüksək səviyəyə nail olub, uğurlara imza atıb.

Bu gün Azərbaycan Radiosu və Televiziyasının studiyaları, montaj otaqları dünyanın ən modern radio və telestudiyaları ilə rəqabət aparmaq gücündədi. Yaradıcılıq baxımınnan da ölkədə
ən peşəkarlar da Azərbaycan Radiosunda və Televiziyasında çalışanlardı.

Bu məkan zaman-zaman bir məktəb gücündə olduğunu göstərdi. Ölkənin digər radio və televiziya məkanlarında çalışanlar (beləcə də deyilir), Az.TV-nin şinelinnən çıxanlardı. Yaradıcılıq və sağlam bir mühit öz bəhrəsini verir. Hər gün milyonlarla gözlər AzTVyə dikilir, Azərbaycan Radiosu milyonların sirdaşı, yol yolçusudu.

Bu gün Televiziyamız böyük bir informasiya şəbəkəsinə seçrilib. Bir neçə il əvvəl yaradılan «İdman» və «Mədəniyyət» kanalları ana televiziyamızın yaradıcılıq davamı və qollarıdı. Hər iki kanal həm də sərbəst, müstəqil telekanal kimi fəaliyyət göstərir.

14 fevral «Mədəniyyət» kanalının da yaranış tarixidi, mübarək ad günüdü. Onu da demək yerinə düşər ki, fevralın 14-dən etibarən kanal 24 saatlıq yayıma başlayır. Demək olar ki, bu böyük yaradıcılıq yükünün özdəsinnən gəlmək üçün həm kadr potensialı gücündədi, həm də texniki avadanlıq , dediyimiz kimi müasir dünya səviyyəsindədi.

Bu xüsusda QSC-nin sədri cənab Arif Alışanovun xidmətlərini xüsusi qeyd eləmək yerinə düşər. Arif Alışanovun rəhbərliyi müddətində Azərbaycan Televiziyası, radiosu böyük yaradıcılıq yolu keçmiş, yüksək nailiyyətlərə imza atmış, uğurları bol olan ölkədə ən yüksək statusu, yaradıcılıq yeri bəlli bir institutdu.

Arif müəllimin şəxsi insiativi və rejissorluğu sayəsində inşa edilən AzTv nin yeni korpusu modern quruluşa, milli koloriti ehtitva eləyən studiyalara malikdi.

«İdman» kanalı dünyanın hər yerində keçirilən idman oyunlarını, olimpiya və dünya çemprionatlarını yayımlamaq gücündə olan bir informasiya vasitəsidi.

Ad gününü qeyd elədiyimiz «Mədəniyyət» kanalı yarandığı qısa müddət ərzində çox uğurlara imza ata bildi. Mədəniyyətimizin qaynaqları, etnik-milli
kökümüzün, şəcərəmizin tarixi, yurd saldığımız geniş coğrafiya, folklorumuzun gələnəkləri bu yeddi illik bir yoldan gələn tele-kanalın əsas gördüyü və görəcəyi işlərdi.

Bu illər ərzində teleradionun böyük və qiymətli xəzinəsi yaranıb. Bu yatırımın tarixi etnomilli düşüncənin, zaman keçidlərinin qorunub-saxlanılması ilə qiymətlidi.

Mifoloji düşüncəmizin, folklor sistemimizin qaynaqları gələ-gələ gələn gələnəklər «Bulaq»la 50 ildir ki, yol gəlir.

Bu gün Azərbaycan Radiosunda və Televiziyasındakı verilişlərdə milli kökə, etnik düşüncəyə, qatqısız etno-tarixə qayıdış meyilləri olduqca güclüdü. Yalançı, millətə sırınmış, yadqatışıqlı tarix yağ ayrannan ayrılan kimi ayrılır.

Bu gün Azərbaycan Radiosunda və Televiziyasında ayrı-ayrı verilişlərin adını tuktmaq olar. Təbii ki, bu siyahı çoxdu, həm də məmnun edicidi.

Kökümüznən, türkçülüyümüznən bağlı tədqiqatlar, araşdırmalar, verilişlər bizləri öz kökümüzə, milli şəcərimizə qaytarır, bütün türk qovmlərini qol-qola,çiyin-çiyinə birləşdirir.

O yerdə ki, insana, insan əməyinə, düşüncəsinə qiymət verilir, ora insanın ən doğma yeri olur. Elə evi də, içi-çölü də, ruhunun dinclik tapdığı yeri də.
Uzun illər Azərbaycan Televiziyasında, radiosunda moqikanlar çalışıb, o şəcərə, o sistem öz içiylə, öz köküylə yol gəlir. Kollektiv yeni-yeni gəncliklə cavanlaşır, cavanlar vaxt addadıqca müdrikləşir.

Səhv eləmirəmsə, bu ana məkanda üç minədək əməkdaş çalışır. Bu say sırasında adlı-sanlı jurnalistlər, yazıçılar, rejissorlar, operatorlar, rəssamlar, işıqçılar daha kimlər, kimlər…
Bu mühitdə bişməmiş, yeikinləşməmiş, yetkinləşə bilməyənlər belə tab gətirə bilmir. Nə gizlədəsən, bəzən belələri də bu qapıdan girir, elə girdiyi kimi də çıxır.

Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətinin sədri cənab Arif Alışanov bu böyük kollektivin hər birinin fərdi xüsusiyyətlərini, qabiliyyətini, yaradıcılıq potensialını bilən bir rəhbərdi. Bu baxımdan da hərə öz yerini tuta bilir. Bu xüsusiyyət də yaradıcılıq imkanlarını genişləndirir. Arif müəllimin bir rəhbər kimi üstünlükləri olduqca çoxdu. Dediyimiz kimi bu gün Azərbaycan Televiziyasında və Radiosunda aparılan quruculuq və yaradıcılıq işlərini saymaqla bitirmək qeyri mümkündü.

Azərbaycan Televiziyasında və Radiosunda mili-mənəvi dəyərlərimizə, etnik kökümüzə, folklorumuza, muğamatımıza, sazımıza-sözümüzə göstərilən önəm Dövlət və dövlətçilik işinin tərkib hissəsidi.

Dövlətə və dövlətçiliyə xidmət ən ali məqsəddi. Bu sahədə teleziyamızın, radiomuzun xidmətləri misilsizdir.

Tahir Talıblı
Əməkdar jurnalist











SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır