Qarabag Media
Haqqımızda Əlaqə

Zabil Müqabiloğlunun oğlu: "Atasız yaşamaq çox pisdir"


Tarix:14-02-2018, 13:32 Kateqoriya:Manşet / Cəmiyyət

Zabil Müqabiloğlunun oğlu: "Atasız yaşamaq çox pisdir"

5 il ölümlə çarpışan jurnalist Zabil Müqabiloğlu artıq bir ildir ki, aramızda yoxdur. Uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən Zabil sonda ölümə məğlub oldu.


Jurnalistin 13 yaşlı oğlu Əli deyir ki, həyatının qəhrəmanını, dayağını itirib. Çünki atasız ona çox çətindir: "Darıxıram. Həmişə zəng vururdum, hal-əhval tuturduq, gəlib məni götürürdü, amma indi bir boşluq var. Atamın həyatımda çox böyük önəmi vardı, onunla birlikdə çox xatirələrim olub. Onsuz yaşamaq çox pisdir".

Əli deyir ki, atası sanki ömrünün qısa olacağını bilirmiş. Bu, Zabilin yazdığı hekayələrdən, şeirlərdən hiss olunurdu, çünki əksəriyyətinin sonluğu ölümlə bitirdi. Təsadüfdən, ya nədənsə sonuncu hekayəsini də "Son zəng" adlandırmışdı.

Jurnalistin bacısı Sevinc Fərhadova deyir ki, Zabilin yarım qalmış ömrünü, arzularını, xatirəsini daim yaşatmaq üçün onun yazdığı hekayələrdən ibarət kitab çapa hazırlanır: "Zabilin son yazdığı hekayə "Son zəng" olub. Elə kitabın adı da bununla bağlı olacaq. Kitabda Zabilin xarici səfərlərdə çəkdirdiyi şəkilləri, seir və hekayələri, dostlarının xatirə yazıları yer alıb".

Zabilin yarımçıq hekayələri də qalıb - ömür onları bitirməyə vəfa etməyib: "APA TV-yə çox təşəkkür edirəm, Vüsalə Mahirqızına təşəkkür edirəm. APA TV kollektivi Zabili heç vaxt unutmayıb, onun anım mərasimində, tədbirlərdə hər zaman bizə dəstək olub".

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 19 il illik peşəkar jurnalist fəaliyyətinə 1998-ci ildə başlayıb. Jurnalistikada ilk addımlarını “525-ci qəzet”də atıb, daha sonra “Tərcüman”, “Avropa” və “Yeni Müsavat” qəzetlərində çalışıb. Müxtəlif vaxtlarda redaktor və baş redaktor vəzifələrini icra edən jurnalist 2017-ci il fevralın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"