Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Silahlı Qüvvələri üçün Rusiyadan yeni zirehli texnika və hərbi avadanlıqlar


Tarix:13-02-2018, 15:41 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan Silahlı Qüvvələri üçün Rusiyadan yeni zirehli texnika və hərbi avadanlıqlar

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun arsenalına daxil edilib”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin 2018-ci il fevralın 8-də yaydığı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həyata keçirilən son hərbi təlimlərdə Rusiyanın yeni hərbi avadanlılqarı və maşınlarından da istifadə olunub.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən, yəni müstəqillik əldə etdikdən bu yana diqqətini müasirləşmə proqramlarına və xarici ölkələrdən silah almaqla, Silahlı Qüvvələrinin imkanlarını artırmağı yönəldib. Azərbaycan Rusiya, İsrail, Türkiyə, Pakistan və Belarusdan müxtəlif növ silahlar alır. Bununla yanaşı, bu ölkə yeni silahlar istehsal etmək üçün öz imkanlarını da artırır. Hər il Bakıda keçirilən “ADEX” sərgisinə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin dəvətilə müxtəlif ölkələrin nazirlər və ya nazir müavinlərinin rəhbərlik etdiyi yüksək rütbəli beynəlxalq hərbi nümayəndə heyətləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri, ixrac təşkilatları qatılır.

Azərbaycan “ADEX” beynəlxalq müdafiə sərgisini 2014-cü ildən təşkil edir. İndiyədək bu sərgilərə 31 ölkəni təmsil edən 558 şirkət qatılıb. Növbəti sərgi 2018-ci il sentyabrın 25-27-də keçiriləcək.

Azərbaycan Maliyyə Nazirliyi 2017-ci il oktyabrın 9-da 2018-ci ilin hərbi büdcəsi ilə bağlı layihəni təqdim edib. Layihədə hərbi büdcə 1,6 milyard dollar təşkil edir. Bu, ötən ilin göstəricisindən 3,7% çoxdur. 2017-ci ildə ölkənin hərbi büdcəsi 1,56 milyard dollar idi. 2018-ci ilin hərbi büdcəsində 800 milyon dollar Silahlı Qüvvələrə, 60 milyon dollar milli təhlükəsizliyə, 740 milyon dollar isə başqa müdafiə xərclərinə ayrılıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun silah ticarəti hesabatına əsasən, Azərbaycan 2010-cu ildən bəri Rusiyadan böyük miqdarda hərbi avadanlıqlar alıb. Buraya 100 ədəd tank əleyhinə “AT-14” raketi, 2 divizion “S-300 PMU2” zenit raket sistemi, 18 ədəd 2S19 (152 mm) özüyeriyən artilleriya qurğusu, 18 ədəd 2S31 (120 mm) “Vena” özüyeriyən artilleriya qurğusu, sayı məlum olmayan BTR-82A zirehli transportyoru, 118 ədəd BMP-3 IFV piyada döyüş maşını, 100 ədəd T-90S tankı, 18 ədəd TOS-1A ağır reaktiv odsaçan sistemi, 2 ədəd SA-11 özüyeriyən zenit raket komplesi daxildir.

Azərbaycan Silahlı Qüvvələrini gücləndirmək, Türkiyənin yardımı ilə hərbi birləşmələrinə hazırlıq keçirmək məqsədilə çox sayda müdafiə müqavilələri imzalayıb. Azərbaycan 15 ildir öz ordusunu Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə qarşı mümkün hərbi əməliyyata hazırlayır.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb
“Seçki prosesi ölkə həyatında mühüm hadisə hesab olunur” - MÜSAHİBƏ
Erməni politoloq: "Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək"
Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz
Suriyada daha 15 rusiyalı öldü
“Gök Börü”nün işığında – Dilqəm ƏHMƏD
Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı
Ağ Evdən Kremlə qarşı YENİ QARABAĞ PLANI
Türkiyə və ABŞ generallları “Zeytun budağı” əməliyyatını müazakirə ediblər
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq
Bu böhtanı yayanları kimlər maliyələşdirir?
Bu qopan fırtına Türk Ordusudur - Azərbaycanlı ifaçının sədası Afrin əməliyyatında
ABŞ Suriyada rusları vurdu, 40 rus əsgəri öldü –neft savaşı
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ