Qarabag Media
Haqqımızda Əlaqə

Vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək


Tarix:13-02-2018, 14:41 Kateqoriya:Manşet / Cəmiyyət

Vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək

İndiyədək Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verib.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitib.

Bildirilib ki, digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.

Qeyd olunub ki, hazırda 26 yanvar və 7, 8 fevral tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq 23 fevral, 8 və 9 mart tarixlərinə qədər davam edəcək.

26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla, ümumilikdə 1537 nəfər qeydiyyatdan keçib./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..