Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: "Bizə sərt cavab verəcəklərini deyən amerikalı generallar Osmanlı yumruğunu görməyiblər"


Tarix:13-02-2018, 13:14 Kateqoriya:Manşet / Türk dünyası

Ərdoğan: "Bizə sərt cavab verəcəklərini deyən amerikalı generallar Osmanlı yumruğunu görməyiblər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə 2019-cu il üçün 550 milyon dollar büdcə ayırmasına sərt reaksiya verib.

Karabakhmedia.az-ın məlumatına görə, Türkiyə prezidenti deyib ki, bu pullar Amerika xalqının cibindən çıxan pullardır və Amerika xalqı bunu bilməlidir.

R. T. Ərdoğan Türkiyənin strateji ortağı, müttəfiqi olan ABŞ silah dəstəyi yetmirmiş kimi PYD/YPG-yə indi də maddi yardım etmək barədə qərar verirsə, bu, Türkiyənin də aldığı və alacağı qərarlara təsir göstərəcək: “Biz hansı addım lazımdırsa, həmin addımı atacağıq. Bir ölüb, min dəfə dirilən bir millətik. Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. NATO-nun bütün üzvləri bərabərhüquqludur. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır. ABŞ-ın Suriya ilə sərhədi yoxdur, Suriya ilə nə əlaqən var? ABŞ imkanları olduğu üçün bura rahat-rahat gəlir. İlkin məlumata görə, ABŞ PYD/YPG-yə gələn il 550 milyon dollar yardım ayıracaq. Bu yardımın 3 milyard dollara qədər artacağı da danışılır. İndiyə qədər İŞİD terror təşkilatı ilə necə mübarizəsi apardınız? Neçə İŞİD terrorçusunu məhv etdiniz, yaxud başqa yerə apardınız? Biz bölgədə kimin kiminlə əməkdaşlıq etdiyini yaxşı bilirik. Artıq kiminsə İŞİD-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki İŞİD-lə birlikdə hərəkət edirlər”.

Türkiyə prezidenti Suriyanın Menbic rayonunda PYD/YPG mənsubları ilə foto çəkdirən ABŞ generallarının bəyanatına da toxunub: “Bizim onları vuracağımız halda sərt cavab verəcəklərini deyənlərin ömürlərində heç Osmanlı qapazı yemədikləri çox aydındır. Türkiyəni istədikləri kimi girib-çıxdıqları yerlərlə qarışdırırlarsa, çox yaxın vaxtlarda bunun belə olmadığını görəcəklər”.

R. T. Ərdoğan qeyd edib ki, bəzi şeyləri açıq danışmağın zamanı çatıb: “Bəziləri Türkiyəni də bölüşdürmək həvəsinə düşüb. Bizim kimsəyə verəcəyimiz bir qarış torpağımız yoxdur. Biz türk milləti olaraq bu torpaqları qanımızla yoğuraraq vətən halına gətirmişik. Kimsənin bizi dünyanın dörd bir yanına səpələməsinə imkan verməyəcəyik. Buna görə də istiqlal savaşından sonra ən böyük savaşı aparırıq”./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan