Qarabag Media
Haqqımızda Əlaqə

Mənsimov şirkətini satıb Rusiyadan çıxa biləcəyini açıqladı


Tarix:10-02-2018, 15:22 Kateqoriya:Manşet / Gündəm

Mənsimov şirkətini satıb Rusiyadan çıxa biləcəyini açıqladı

Azərbaycanlı oliqarx Mübariz Mənsimov Rusiyadakı şirkətini sataraq bu ölkədən çəkilə biləcəyini açıqlayıb.

Karabakhmedia.az virtualaz.org-a istinadən xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi bu barədə Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Mənsimov iddia edib ki, onun gəmiçilik biznesi müəyyən çətinliklərə baxmayaraq hələ ayaqdadır və batmır. Biznesmen “Palmali” şirkətinin hazırda 100-ə qədər gəmisinin qaldığını, eyni zamanda kirayələnmiş gəmilərlə də yüklər daşıdığını deyib.

Mənsimov Rusiyanın “Lukoil” şirkətinə qarşı London Yüksək Məhkəməsində qaldırdığı 2 milyard dollarlıq təzminat iddiası barədə danışaraq bildirib ki, bu iddianı qazanacağına əmindir. Çünki əlində müddəti 2019-cu ildə bitməli olan, lakin “Lukoil” tərəfindən birtərəfli qaydada pozulan müqavilə var. “27 ildir “Lukoil” şirkəti ilə işləyirdik. 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə gözəl əməkdaşlığımız oldu, 2010-cu ildə müqaviləni 10 illiyə yenilədik, gəmilər aldıq. Lakin onlar şərtlərə əməl etmədi” - Mənsimov deyib.

“Biz Rusiyadakı şirkətimizi satıb çıxa bilərik. Vəziyyətə baxacağıq. Hazırda Rusiyanın ən çox gəmisi olan şirkəti bizik” - son vaxtlar Rusiyada şirkətinin barəsində ciddi yoxlamalar aparılan biznesmen əlavə edib.

Xatırladaq ki, “Palmali” şirkətinin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC Mənsimovun Maltada qeydiyyatdan keçmiş offşor şirkəti tərəfindən bazar dəyərindən çox aşağı qiymətə satın alınıb. Nəticəcə iri məbləğdə vergidən yayınmaya yol verilib. Bu sövdələşmə ilə bağlı Federal Təhlükəsizlik Xidməti, İstintaq Komiəsi və Baş prokurorluq tərəfindən araşdırma aparıldığı barədə Rusiya mediasında dəfələrlə xəbərlər yayılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"