Qarabag Media
Haqqımızda Əlaqə

Ermənistan prezidentliyinə əsas namizəd Qarabağa gəldi


Tarix:10-02-2018, 11:42 Kateqoriya:Manşet / Qarabağ

Ermənistan prezidentliyinə əsas namizəd Qarabağa gəldi

Ermənistan prezidentliyinə əsas namizəd Armen Sarkisyan Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

A.Sarkisyan erməni icmasının nümayəndələri ilə də görüşüb.

Qeyd edək ki, Armen Sarksyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentlyə namizədidir. A.Sarksyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"