Qarabag Media
Haqqımızda Əlaqə

"Artım pensiyaçıların 94 faizinə şamil olunacaq" - Səlim Müslümov


Tarix:10-02-2018, 11:15 Kateqoriya:Manşet / Cəmiyyət

"Artım pensiyaçıların 94 faizinə şamil olunacaq" - Səlim Müslümov

"Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq".

Karabakhmedia.az-ın məlumatına görə, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov mətbuat konfransın­da deyib.

“Cənab Prezidentin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”, S.Müslümov bildirib.

Bundan başqa, əmək pensiyalarının sığorta hissəsinə qanunun 19-cu maddəsində mütləq rəqəmlərlə ifadə olunan əlavələrə bu artım şamil edilmir.

Nazir diqqətə çatdırıb ki, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

Nazirin sözlərinə görə, fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı