Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan diasporunda maddi güc və intellekt birliyi


Tarix:8-02-2018, 14:41 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycan diasporunda maddi güc və intellekt birliyiBu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diasporunun üzərinə böyük məsuliyyət düşür. Xarici siyasətdə diasporunun xüsusi önəmi var. Düzdür, Azərbaycan diaspor hərəkatının tarixi o qədər böyük olmasa da, bu gün Azərbaycan diasporunda fədakar insanlarımız həqiqətlərimizin çatdırılmasında böyük fəallıq göstərirlər. Bu gün mətbuatımız fədakar insanlarımızı diqqətdə saxlamalıdır ki, gənc nəsil onlar haqqında bilgilənsinlər və onlara böyük stimul olsun.

Belə fədakar insanlarımızdan biri də, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovdur. Füzuli Məmmədov Azərbaycan diaspor tarixində xüsusi yeri olan isimlərdəndir.

Qeyd edim ki, Füzuli Məmmədov 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil edirdi. Bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspor təşkilatı sayılırdı. 2005-ci ildə “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratdıqdan sonra, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

Füzuli Məmmədov xarici mətbuatda Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi mübarizə aparır. Bir neçə ay əvvəl İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirməsi, onun ölkəmizin informasiya savaşında kənarda qalmadığını göstəricisi hesab etmək olar.

O, Avropada Azərbaycanla bağlı layihələrdə fəal iştirak etməklə yanaşı,daxildə də xeyirxah əməllərinin davam etdirir. Keçən həftədə Aprel döyüşlərində qazi olan kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev hədiyyə etməsi ölkə mətbuatında yazılmaqla yanaşı,sosial şəbəkələrdə insanlar tərəfindən xoş qarışlandı.

Xatırladım ki, Füzuli Məmmədov 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır.

Bu gün dövlət tərəfindən qazilərə, şəhid ailələrinə diqqət var və onların problemlərinin həlli istiqamətində bir sıra uğurlu sosial layihələr həyata keçirilir. Amma iş adamlarımızın xeyirxah missiyaya qoşulması cəmiyyətimizi bütünləşdirir və insanlarımız arasında həmrəyliyi daha da güclənməsinə xidmət edir. Bu cür insanlarımızı qorumalı və onların həvəsdən düşməsinə imkan verməməliyik.

Məsələn,xaricdə fəaliyyət göstərən erməni diasporunda erməni iş adamları fəal iştirak edirlər. Onlar Ermənistanın yalançı və qondarma həqiqətləri uğrunda milyonlarla pul xərcləyirlər. Olmayan həqiqətlərinin təbliğinə böyük dəstək verirlər. Bir sıra siyasilərin maliyyələşməsində aktivlik göstərirlər. Belə olan halda azərbaycanlı iş adamlarının diaspor prosesində fəallaşması, nəticə etibarilə güclü diasporunun yaranmasını sürətləndirə bilər. Bu gün Azərbaycan diasporunda daha çox maddi güc və intellekt birliyinə böyük ehtiyac var. Bunun üçün yetərincə imkan və potensial var.

Azərbaycan diasporunda maddi güc və intellekt birliyi

Azərbaycan diasporunda maddi güc və intellekt birliyi

Elnur Eltürk










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"