Qarabag Media
Haqqımızda Əlaqə

"Əgər prezident seçilsəm paytaxtı Xankəndiyə köçürdəcəm" - Hafiz Hacıyev


Tarix:6-02-2018, 16:15 Kateqoriya:Manşet / Siyasət

"Əgər prezident seçilsəm paytaxtı Xankəndiyə köçürdəcəm" - Hafiz Hacıyev

Bu il Azərbaycanda prezident seçkiləri 11 apreldə keçiləcək. Bununla bağlı ötən prezident seçkilərində namizədliyini irəli sürmüş Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb onun bu seçkilərdə namizəd olacağı ilə bağlı dəqiqləşdirmə apardıq.

Partiya sədri Xeberle.com-a açıqlamasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmək fikrindədir. Və 9 fevralda partiyanın siyasi şurasının iclası keçiləcək ki, bununla da namizədliyi rəsmiləşəcək.

H.Hacıyev prezident seçilərsə, görəcəkləri işlərdən də danışıb:
"Əgər mən prezident seçilsəm bir ay içərisində Dağlıq Qarabağı işğaldan azad edəcəm və paytaxtı Xankəndinə köçürəcəm. Orda çadırda, palatkada qalacam ancaq komanda üzvlərimin hamısı məcbur olacaq ki, mənimlə birgə orada otursun. Mənim ilk planım bu olacaq. Öz ordumuzu biraz da gücləndirdikdən sonra Xankəndini 10-15 gün ərzində işğaldan azad edəcəm".

Hafiz Hacıyev prezident seçiləcəyi təqdirdə aparacağı digər islahatları da vurğulayıb:
"Digər islahatlarımın başında, qocalar evi dediyimiz xəyanətkar qrupu istefaya göndərəcəm. Hansı ki, onlar indi prezidentə xəyanət edirlər. İndiki prezident imam kimi, demokratik bir adamdır. Daha sonra fond yaradacağıq ki, bu gün hakimiyyət daxilində olan qocalar evindəki nazirlərin bütün milyardlarını xalqımıza qaytarılacaq. Sonra bu pullarla azyaşlılara, aztəminantlı ailələrə, qocalara, şəhidlərə, qazi ailələrinə yardım ediləcək".
Partiya sədri eyni zamanda qeyd edib ki, İlham Əliyevlə, özünün seçilməsinin heç bir fərqi yoxdur:

"Biz prezidentlə iki qardaşıq. Ya qardaşım, ya mən heç bir fərqi yoxdur. Düzdür, o məndən daha güclüdür. Ancaq bu xalqın demokratik seçimidir. Qardaşıma görə bu günə qədər canımdan keçmişəm, yenə də keçməyə hazıram. Bu siyasi yarışdır. Ya qardaşım mənə güzəştə gedəcək, getməsə belə onun seçilməyini dəstəkləyəcəm və etimad göstərəcəm."

Hicranə İsmayılova










SON XƏBƏRLƏR
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib
Millimizdən ilk qələbə
ABŞ və Türkiyə razılığa gəldi — Keşiş Branson azad ediləcək
Laçında tapşırın torpağa məni...
Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər
Yenə leysan xəbərdarlığı edildi
İlham Əliyev şimal bölgəsinə səfər edib
Şəhidlik ömrü ilə dünya ömrü tən oldu...— Uğrunda şəhid olduğu torpaq hələ də düşməndə...
Prezidentdən işğalçı ölkəyə növbəti mesaj
Məmmədyarov ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşdü
Azərbaycan və Ermənistan üçün həssas dönəm: Sanksiyalar müəllifi gəlir
Qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatıb
Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa riayət olunmur
Sürücülərə ŞAD XƏBƏR - Bu vəsiqə ilə xaricdə maşın sürə biləcəksiniz
Qusarda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO
Ərşad Hüseynov sosial şəbəkələrdə yayılmış qəribə fotoya aydınlıq gətirib
Hüseyn Cavid insan haqqında
Qarabağ probleminin həllində irəliləyiş əldə olunub - ABŞ-dan ŞOK AÇIQLAMA
İmtahanlarda ingilis dilindən dinləmə bacarığı mütləq yoxlanılacaq - RƏSMİ
Adım məlumat bazasında varsa, sürücülük vəsiqəmi üzərimdə niyə gəzdirim - ZİDDİYYƏT
Himnimizə münasibət – FLƏŞMOB
““Dövlətqaçqınkom”un yeni rəhbərliyi şəffaflığı təmin edib” - Məcburi köçkün rayonunun DEPUTATI
Sahibkarlığın İnkişaf Fondu iş adamlarına güzəştli kredit verməyə başlayıb
Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqqında
Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR - FOTO
Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi