Qarabag Media
Haqqımızda Əlaqə

“Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar” - Hafiz Hacıyev


Tarix:5-02-2018, 14:21 Kateqoriya:Manşet / Siyasət

“Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar” - Hafiz Hacıyev

“Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar”; “Seçkidən sonra rüşvətxorların barmaqları kəsiləcək”

“Bizim partiya başqa müxalifət partiyaları kimi “sezonşik partiya” deyil ki, seçkinin 5 ay əvvəl keçirilməsindən “hazırlığımız üçün vaxt çatmır” bəhanələrini uyduraq”.

Bu barədə musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri və prezidentliyə iddiaçı Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə rəhbərlik etdiyi partiya ötən prezident seçkilərində uduzandan sonra başqa partiyalar kimi əlini-əlinin üstünə qoyub xaricdən nə zaman kömək gələcəyini gözləməyib, seçki hazırlıqlarına başlayıb.

Ona görə də bu gün seçki hətta 1 aydan sonra olsa belə seçkiyə hazırdır: “Keçən seçkidən sonrakı müddətdə biz harda boşluqlarımız, çatışmazlıqlar var idisə onları düzəltməyə başladıq. Ona görə də bu gün bütün seçkilərə demək olar ki, hazır vəziyyətdəyik. Hətta aprel parlament seçkilərini də təyin etsələr ona da hazırıq. O partiyalar ki, seçkiyə hələ hazır olmadıqlarını deyirlər onlar normal partiya deyillər, “sezonşik”dirlər”. Cığallıq eləməyə ehtiyac yoxdur. Bizim partiyanın Siyasi Şurasının bu həftənin cümə günü növbədənkənar iclası olacaq və mənim prezidentliyə namizədliyim rəsmi şəkildə irəli sürüləcək”.

H.Hacıyev növbədənkənar seçki qərarının verilməsinin düzgün addım olduğunu qeyd edib: “Cənab prezidentin bu qərarı Azərbaycanın maraqlarına cavab verir. Bizim qarşımızda Dağlıq Qarabağ məsələsi kimi problem dayanır, sabitliyin qorunması zəruridir və sair. Regionda gedən prosesləri biz qabaqlamalıyıq. Seçkidə ya İlham Əliyev, ya da mən seçiləcəyəm. Ciddi kadr islahatları seçkidən sonra aparılacaq. Rüşvətxorların barmaqları kəsiləcək. Ümid edirəm ki, cənab İlham Əliyev hökumətə başçılığı mənə tapşırar. Mən korrupsioner məmurların başına dünyanı dar edərəm”.

Etibar SEYİDAĞA










SON XƏBƏRLƏR
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib