Qarabag Media
Haqqımızda Əlaqə

Rəsulzadənin Stalinə məktubu - MƏTN


Tarix:1-02-2018, 02:44 Kateqoriya:Manşet / Araşdırma

Rəsulzadənin Stalinə məktubu - MƏTN

Karabakhmedia.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyəti”ili elan olunması səbəbi ilə bu istiqamətdə silsilə yazılarına davam edir.

Məktub vaxtilə İstanbulda çıxan “Yeni Qafqazya” dərgisinin 23.01.1923-cü il tarixli 5-ci sayında dərc olunur. Sonradan bu məktub Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı məşhur kitabında da yer alıb. Həmin məktubu diqqətinizə çatdırırıq.

Stalinə məktub

Möhtərəm Stalin!

Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində adı çəkilən partiyanın rəisi olmaq hesabı ilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.

Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da, bunlar hər kəsin, ümumiyyətlə, yükləndiyi məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə təşəkkür edirəm.

Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi qalmaq olardı.

Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi, indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır. Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olmasına), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur.

Yerli fəhlə (proletariat) sinfinə istinad iddiası ilə əldə silah Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman, ümumiyyətlə, sabiq imperiyanın çarizm siyasəti ilə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.

Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.

Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən, bu partiyanın növü özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişikliyə keçə biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi durumunda olduğumdan, bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim.

Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.

Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm.

Ehtirami-tamla: Rəsulzadə Məhəmməd Əmin
Yanvar, 1923










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO