Qarabag Media
Haqqımızda Əlaqə

Ailədə qadın və kişinin yeri


Tarix:31-01-2018, 15:59 Kateqoriya:Manşet / Yazarlar

Ailədə qadın və kişinin yeriAilə qadınla başlayır və kişinin sevgisi, zəhmi, mühafizəkarlığı ilə birlikdə qorunur, möhkəmlənir…

Belə qəbul olunur ki, kişi ailədə başçıdır. Kişini isə ailədə, cəmiyyətin önündə başçı edən məhz qadındır.

Ailəni dövlətlə müqayisə etsək, orada da hər bir vəzifələr demokratik əsaslara uyğun bölünür. Ailəni quran hər iki fərdin öz vəzifələri var, lakin ƏLAHİDDƏ VƏZİFƏLƏR qadının öhtəsindədir. Çox vaxt cəmiyyətdə qadının söz demək, qərar vermək hüququna malik olmadığı, onun kişi danışarkən susmalı olduğu, qərar verməyə ixtiyarının çatmadığı bəyan edilir. Kobud Cəmiyyət zərif qadının ona göstəriş verib idarəçi qismində görünməsini qəbul etmir. Bu məsələ yaranışdan bu günə qədər qədim dünyanın, hətta sivil cəmiyyətlərin müzakirəsində, həyat sistemində olan və çözə bilmədiyi mürəkkəb bir ideoloji məsələ kimi açıq qalır. Üzərində nə qədər çalışmalar aparılsa da, qadın idarəçi qismində qəbul olunmur. Lakin müasir insanın dünyaya baxışı, təbiət reallıqlarını aydın təfəkkürü ilə qavramağa başlaması bəzi nüanslarda qadına qısqanc yanaşmaları yumşalda bilib. Lakin “kişi birincidir”, “qərar vermək kişiyə məxsusdur” steriotipləri təbliğ olunmaqla düzgün olmayan yanaşmanın aradan qalxmasına imkan vermir. Dünya nə qədər inkişaf etsə də, “kişi cəmiyyət“ qadının güclənməsini heç cür qəbul edə bilmir. Dünyada baş verən kataklizmlərin də məhz bu nüansın üzərində pöhrələnərək ətrafa qığılcım saçdığı sirr deyil.

Lakin ailə başçısının – kişinin vəzifəsi “imperator” anlamında – əmr verən, qadağalar qoyan, göstəriş verən adam şəxsində qavranılmamalıdır. O, yalnız və yalnız yanında olan ağıllı qadının ailədə apardığı düzgün ideoloji idarəçiliyi sayəsində həqiqi “imperator” tituluna layiq görülə bilir. Qadın isə öz işini “qışqırmadan” icra etməlidir.

Burda çox incə bir məqam var: Qadının əsas “titulu”, qadın incəliyi və zərifliyinin fövqündə təbiətin və cəmiyyətin tələbi ilə “gizlədilir”… Ailədə əsas vəzifə daşıyıcısı kimi daha çox üstünlükləri olsa da, təbiət qadına kişidən sonra 2-ci yeri verir. Görünür, cəmiyyətin, eləcə də onu formalaşdıran bütün insanların təfəkkür səviyyəsinin müxtəlifliyinə uyğun olaraq qadına mühafizəkarcasına yanaşan təbiət zənciri ONUN zərifliyinin, gözəlliyinin sərtləşməsini istəmir. Onu cahillərdən qorumq üçün – fiziki olaraq kobud işlər üçün layiq bilib yaratdığı və əzələ gücünə sahibləndirdiyi kişini “mühafizəkar” qismində ondan önə – 1-ci yerə çıxarır.

Təəssüflər olsun ki, bu “böyük məqam” olduğu kimi dərk olunmur. Bu fəlsəfə, gözəlliyin, sevgi və şəfqətin tələb etdiyi əsas şərt kimi qavranmır və cəmiyyətdə “qadın birincidir, yoxsa kişi” kimi gərəksiz suallarla qıcıq yaradılaraq, bilərəkdən, yaxud bilməyərəkdən harmoniya pozulur. Çox vaxt öndə duran kişi bu cür sualların “ağırlığı altında” qalıb əsl missiyasının nə olduğunu anlaya bilmir və kor-koranə arxada durmağa razı olan qadının hüquqlarını, kimliyini tanımır. Beləliklə, qadın cəmiyyətin ona düzgün yanaşa bilməməsi üzündən əziyyət çəkir və çox vaxt təbiətin ona verdiyi yerə, layiq olduğu hörmətə sahiblənə bilmir. Qadına qarşı olan bu yanaşmalar əksər hallarda onun önündə dayanan kişilərin xaraktercə zəif olması ilə ortaya çıxır. Kişi cəsarətsiz və gücsüz olduqca, arxasında dayanan qadını daha çox əzmək istəyir. Beləcə, Qadın “gizlində” qamır və çox vaxt təbiətin ona vediyi tituldan sui-istifadə etməklə qaydaları pozur.

Əslində qadının kişinin mühafizəkarlığı ilə hərəkəti onun zərifliyinin qorunmasının təzahürü olduğu üçün bu, Qadının ailə sırasında birinci yerdə durmaq istəməsinə ehtiyac yaratmır. Çünki “sırada” kişidən öndə dayanmaq qadına yaraşmır və onu saxtalaşdırır. Çünki kobud, mühafizəçi qismində öndə görünmək Qadının təbii halı deyil.

Əksər hallarda qadın öz düşüncəsinin, xarakterinin, sevgisinin zəifliyi, bəzən də ona uşaqlıqdan təlqin olunan anlaşılmaz qaydalara əsasən öz anlamını, hüququnu itirir və özü istəyərək ona aid olan haqqını kişiyə “təslim” edir. “Kişi nə istəsə edə bilər” düşüncəsi kök atdıqca, o, əzilir. Təbii ki, belə qadınlar kor-koranə olaraq bu durmu ilə razılaşır və bunu həyatda normal hesab edirlər. Ən dəhşətlisi budur ki, çox vaxt qadınlar özləri dünyaya gətirdikləri övladlarından da hüquq pozan bir alət kimi istifadə edirlər. Qəribə burasıdır ki, vaxtilə verdikləri səhv qərarları üzündən hüquqlarının tapdanmasını psixoloji zərbə kimi yadda saxlayıb, özünə qarşı tətbiq olunan “qadağaları” sonralar başqa qadınların (qayınananın, gəlinin, qızın) üzərində də tətbiq edirlər. Üstəlik özünün düşüncəsindən, zəifliyindən doğan müthilik sindromlarını cəmiyyətə yayırlar… Zaman keçdikcə onlar da öz həyat yoldaşlarının, ailəsinin üzərində kor-koranə idarəçi olmaq istəyir və bəzən də ərin arxasında dayanıb onun “qılınc tutan əli”ni tutub istədikləri şəkildə oynadırlar… Artıq bu qadın özü də başqa bir qadının hüquqsuz olduğunu isbat etməyə çalışır.

Təbii olaraq, ailənin başçıları olmadan ailə cəmiyyətində istənilən enerji, istənilən həyat, istənilən sevgi və inkişaf ola bilmir. Yəni qadın kişini, kişi isə qadını yaşadır və gələcək vəzifələrini birgə müəyyən edirlər. Bu mənada ailəni, cəmiyyətin inkişafını, bu iki tərəfin qarşılıqlı vəhtəti olmadan təəvvür etmək mümkün deyil. Əgər mümkün olsa belə, yəni kimsə “mənəm” deyirsə, mütləq o ailədə yarımçıqlıq olur və biri digərini idarə etməkdə maraqlı olur, yaxud xoşbət nüansları azdır. Belə ailələr formal olaraq hər gün yaranır, ailənin fərdləri çoxalır, dəyərlər isə sevgi, qarşılıqlı anlaşma, hörmətlə deyil, hüquqsuz qadının cəmiyyətin kişiyə transver etdiyi “imperatorluq” diqtəsi ilə idarə olunur. Beləcə “cinayətlər” çoxalır. Ən dəhşətlisi də budur ki, ailənin yeni fərdləri olan qız, yaxud oğlan öz ətrafında gördüyü yanlış münasibətlərlə böyüyür və ailə dəyərlərinin yanlış təbliğatçısına çevrilirlər. Deməli, cəmiyyətin ağıllı şəkildə inkişafı, “qadının niyə kişidən sonra dayanıb “gizlində” durmasını tələb edir” və “nəyə görə kişinin xüsusi olaraq önə çıxarılmasını dərketmə” fəlsəfəsinin düzgün təbliği, ailə tondeminin uğurlu qurulmasından, anlayışından, sevgisindən asılıdır. Ailədə qadın birinciliyi könüllü şəkildə kişiyə verdiyini çox sevgi ilə təbliğ etməli, kişi də məhz qadına görə və niyə birinci olmaq şansını əldə etdiyini ailəsinə göstərməlidir. Belə şəraitdə ailənin digər fərdləri dünyaya gözəllik, bir-birinə hörmət və ehtiram transfer edən təbliğatçılar və maarifçilər kimi yetişər və onlar da quracaqları ailələrdə bu üsulu gerçəkləşdirməklə ailə institutlarının cəmiyyətin sağlamlaşdırmasına yönələcək ən böyük sistemini formalaşdırmış olarlar. Deməli, ailədə kişi və yaxud qadının hansının söz sahibi olması ilə bağlı müzakirənin aparılması yanlışdır. Müzakirələr məhz ailə tondeminin bir-birini anlaması və vəzifələrini necə icra etmələri müstəvisində önə çıxarılmalıdır.

Ailədə yarana biləcək neqativlərdə cəmiyyətin yan təpkisinin olması danılmazdır. Çox maraqlıdır ki, ailə-qadın və kişi münasibətlərində daha çox zəif, gücsüz, əxlaqı olmayan ünsürlərin təsiri daha çox olur. Hətta ailədə olan güclü başçı belə, bu situasiyada təsir altına düşə bilir. Bu da onunla əlaqədar olur ki, gücsüzlər, dünyagörüşü az olan və kütlə psixologiyası ilə hərəkət edənlər daha çoxluq təşkil edir. Nə yazıq ki, gücsüz kişilər və onların hüquqsuz qadınları ictimaiyyət arasında istədikləri fonu yarada bilirlər. Çünki həmin gücsüz və xaraktersiz insanlar, başqasının xoşbəxtliyini, ailə mehribançılığını həzm edə bilmirlər. Əksər hallarda bu, ailənin əxlaqi dəyərlərinin tapdanmasına qədər gedib çıxır. Belə olan halda çoxluqla mübarizə aparmaqda çətinlik çəkən başçı küt kütlənin adətlər kimi təyin etdiyi yanlış qaydalara uymaq məcburiyyətində qalır. Lakin güclü kişinin arxasında güclü bir qadın olarsa, ailədə inam və sədaqət varsa, bu cür təsirlərin heç bir nəticəsi olmur.

Təbiətin Qadın və onun ailədəki vəzifəsinin gizli saxlanması, 2-ci yerdə – kişinin arxasında saxlamaq istədiyi məqamın məntiqi bu kimi çox nüanslarla açılmış olur. Görünür bu üzdən də təbiət, cəmiyyət kişini kompramisə gəlməyə dəvət edir və bunu formalaşdırmaq üçün sağlam və güclü ailə formullarının yaradılmasına təlabat artır. Yəni məhz ailə tondemlərinin qarşılıqlı anlayışı və qadını dərk edib, onun dünyaya təqdim edə biləcəyi sevgini düzgün istiqamətləndirməklə sağlam gələcəyə baxışda böyük çevrilişlər etməyin mümkünlüyü ortaya qoyulur.

Tahirə Qafarlı,
Versus.Az-ın baş redaktoru










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
İlham Əliyev Ərdoğanı təbrik etdi
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR