Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli Qəhrəman Təbriz Xəlilbəylinin şəhid olduğu gündür — VİDEO


Tarix:31-01-2018, 03:26 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli Qəhrəman Təbriz Xəlilbəylinin şəhid olduğu gündür — VİDEOXalq şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin şəhid olduğu gündür.

Karabakhmedia.az xəbər verir ki, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il 12 fevralda Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.

1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.

T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı