Qarabag Media
Haqqımızda Əlaqə

ANA DÜNYASI


Tarix:31-01-2018, 00:29 Kateqoriya:Manşet / Yazarlar

ANA DÜNYASIGözümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bu qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana!


Ana həyatımızın ən müqəddəs varlığıdır. Ona həmişə ülvi bir istək, həssas bir sevgi ilə yanaşmışıq. Bu da onun həmişə bizlərə qayğı və nəvazişlə yanaşmasından irəli gəlir. Ana heç bir vaxt sevgisini, diqqətini, himayəsini bizlərdən əsirgəməyib. Onu da qeyd edək ki, ana qəlbində eyni zamanda idraka sığmayan bir mərdlik, səbir, dözüm də var. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyirik, səcdə edirik.

Analar müqəddəsdir. Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Adəm oğlunun dünyaya gəlişindən bəri hamı ana qayğısına ehtiyac duyub, möhtac olub, indi də olmaqdadır. Ana haqqı-Tanrı haqqı, ana qucağı- behişt, cənnət guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından şirin bir səs, həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir. Ana adı çəkilən kimi hər kəsin qəlbi riqqətə gəlir, üzündə təbəssüm yaranır, düşüncələrindən xoş fikirlər, ürəyindən xəfif bir hisslər keçir, bəzən də həsrət, nisgil hissi yaşanır. Yaşından-başından asılı olmayaraq istər-istəməz uşaqlıq illərini xatırlayırsan. Ananın insanda doğmalıq yaradan birinci hissi, onun gözəllik, xeyirxahlıq protretini çizən ümdə amili şirin laylalarıdır. Çoxlarımız sonralar genetik yaddaşımıza hopan şirin, doğma laylaları zümzümə edir, bir müddətdən sonra isə övladlarımıza da təlqin edirik.

Bəlkə də yeganə xalqıq ki, analarımız dünyaya gətirdiyi övladlarını layla ilə oxşayıb əzizləyirlər. Yuxusuzluqdan, əziyyətdən qorxmadan övladlarına qartal kimi qanad çəkirlər. Hamıdan sonra yatır, hamıdan da tez qalxarlar. Ocaqlarının istisini, çıraqlarının nurunu gur saxlayırlar. Evə, ailəyə, körpələrinə xidmətdə dururlar. Səssiz-sədasız sanki həyatın həyatın qanunymuş kimi yuvalarının keşiyini çəkirlər. Çaydanı qaynadıb ailə üzvlərini məxməri çaya dəvət edirlər. Hər kəsi bir arada çay süfrəsində birləşdirirlər. Yağ, pendir, lavaş, Allah nə verərsə düzərlər süfrəyə. Uşaqlardan bəziləri stəkanı cingildədən qaşığın səsinə oyansada, bəzilərinin yuxusu ağır olar. Belə olduqda da ana yaxınlaşar çarpayının yanına. Sevgi ilə öpər, qoxulayar, oxşayar ciyərparasını. Mülayimcəsinə danışdırar onu, dil tökər, sevər nəticədə də açılar mürgülü balaca gözlər. Əslində yenigün onlar üçün bax beləcə zəhmət və əziyyətlə başlasada, ana üçün bundan gözəl, bundan rahat, bundan xoşbəxt həyat ola bilməz. İşıqlar yanar-sönər, əllər-üzlər yuyular, geyimlər təzələnər, çəki-düzənlər başlanar, beləliklə də həyatın nikbin notlarla başlayan ritmi öz axarı ilə davam edər.

“Qadınlar zəif, analar güclüdür” deyirlər. Heç bir insan, heç bir qadın qəlbinə bənzəməz ana ürəyi. Əllə tuta, gözlə görə bilmərdiyimiz ana ürəyini yalnız hiss edə bilərik, minnətdarlığımızı isə ömür boyu ona qarşı olan xoş duyğularımızla ifadə edə bilərik. Elə buna görə də “cənnət anaların ayaqları altındadır” deyirlər. Ən uca məqamlarda, ən müqəddəs yerlərdə çəkilir ana adı. Doğma torpaqla, müqəddəs vətənlə müqayisə edilir ana himayəsi.

Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23).
Anaya “Of” demək belə günah hesab olunur. Haqqını ödəmək mümkün deyil anaların. Ana həmişə ömrünü fəda etdiyi övladını vətən üçün əmanət bilib, qoruyub, vətənin keşiyini çəkmək, vətən uğrunda mübarizə aparmaq üçün öyüd-nəsihətini verib. Övladı şəhidlik zirvəsinə ucalanda da ürəyinə daş basıb Vətən sağ olsun deyib analarımız. Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan, bir ömür boyunca onun qayğısına qalan övladlar.
Ana bağlılığın, fədakarlığın, əliaçıqlılığın, təmənnasız yaxşılığın, bəşəriyyəti sülhə səsləyən ali sevginin simvoludur.

Dinimizdə də anaya və ana sevgisinə xüsusi bir yer verilmiş, cənnət anaların ayaqları altındadır deyə buyrulmuş, vaxtında qılınan namazdan sonra ən sevimli işin anaya yaxşılıq etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə çatmağın ən qısa yolunun anaya xidmətdən və ananı lazımi qaydada sevməkdən keçdiyi bildirmişdir. Analar ömür boyu sevgiyə, ehtirama, xidmətə və hörmətə layiq ən uca varlıqlardır. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Ona görə də, onlarla davranışımıza xüsusi fikir verməliyik. Əgər yaşlı anamız bu gün bizim himayəmizdədirsə bunu bir ilahi lütf, bizlərə olunan əmanət bilib, onlar körpəliyimizdə bizə necə qayğı göstəriblərsə, biz də o qayğını onlara göstərməliyik.

Hər bir insan bilməlidir ki, bu həyatda etdiyimiz əməllər bir gün qarşımıza çıxa bilər. Bu gün öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə yerləşdirən övladlar bilməlidir ki, sabah eyni bəhanələrlə öz övladı tərəfindən oraya atıla bilər. Əgər övladlarımızın bizim üzümüzə ağ olmasını istəmiriksə, biz də öz böyüklərimizin üzünə ağ olmamalıyıq. Hər halda Hz. Peyğəmbərin bu mövzuda buyurduğu tövsiyə hamımıza aiddir: "Ata-ananıza yaxşılıq edin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin" (Təbərani).

Ana övladlarına görə bir çox sıxıntılara qatlanır. Sevgi və şəfqət duyğuları ilə onları hər cür təhlükədən, dərd və sıxıntıdan qorumağa çalışır. Onların böyümələri və yaxşı bir insan, cəmiyyət üçün yararlı bir vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir. Çox vaxt özü yemir, yedirdir, özü geyinmir geyindirir. Dinimiz ata-ananın uşaqları üçün qatlandığı sıxıntıların, çəkdiyi əziyyətlərin qarşılığında onları mükafatlandırmış, Allahın razılığını qazana bilmək üçün əvvəlcə ata-ananın razılığının qazanılmasını əmr etmişdir. Ata-ananın razılığını qazanmaq onlara xidmət etməklə, öyüd-nəsihətlərinə qulaq asmaqla, onlara ehtiram göstərməklə, əmrlərini yerinə yetirməklə, onları üzməməklə, incitməməklə, ehtiyacları olanda kömək etməklə mümkün olur.

Beşiyimiz başında analar bizə layla deyərək keşiyimizi çəkərlər. Laylalar musiqi dünyamızın ən gözəl himnidir. Bizim dünyaya bağlılığımız, humanist düşüncələrimizin başlanğıcıdır. Dünyada bundan daha gözəl musiqi, nəğmə ola bilərmi? Körpənin şirin yuxuya getməsi üçün qucağını beşik edən analarımızın üstümüzü sevgiylə örtən sanki bir yorğanıdır laylalar. Tapınarıq, sığınarıq, ehtiyac duyarıq laylalara. Bizə həyatı anladan, insanlıarı sevdirən həzin nəğmə, insanlıq, qayğıkeşlik mücəssəməsi, sevgi himnidir laylalar. Hansı yaşda oluruqsa olaq, analarımız üçün həmişə bir uşağıq. Anaları heç bir zaman unutmamalı, qədir qiymətini bilməliyik. Çünki onlar hər zaman bizim keşiyimizdədirlər. Hər bir yaşımızda da onlar bizim Analarımızdır, müqəddəs varlıqlardır.

Analarını sevən, onlara ən gözəl şəkildə xidmət edən, dünyadan köçən analarını hər zaman xoş xatirələrlə, böyük sevgi hissi ilə xatırlayan övladlar doğrurdan da xoşbəxt bəndələrdir.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan, ölmədin ana.
Gəlin ANA-lı dünyamızı qoruyaq!

Rövşən Əvəzoğlu
Müstəqil araşdirmaçi










SON XƏBƏRLƏR
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"