Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda işləyən əcnəbi həkimlərin peşəkarlığı yoxlanılır? - Nazirlikdən AÇIQLAMA


Tarix:30-01-2018, 02:08 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda işləyən əcnəbi həkimlərin peşəkarlığı yoxlanılır? - Nazirlikdən AÇIQLAMA

Azərbaycan klinikalarına xaricdən gələn, dəvət edilən həkimlərin peşəkarlığı necə yoxlanılır, ümumiyyətlə yoxlanılırmı?

Karabakhmedia.az Sputnik-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, SN ancaq Azərbaycanda işləyən həkimlərə nəzarət edir:
"Xarici ölkədən gəlib Azərbaycanda işləyən həkimlər öncə diplomlarını Təhsil Nazirliyində təsdiqlədirlər, daha sonra Səhiyyə Nazirliyi onlara burada işləmək üçün sertifikat verir. Özəl klinikalar da xaricdən həkim dəvət edir. Biz onlara nəzarət etmirik. Sonradan xəstələrdə hər hansı problem yaranarsa, heç kim cavabdehlik daşımır".

Səhiyyə Nazirliyinin sözçüsü tövsiyə edir ki, xəstələr bu cür problemlə qarşılaşmamaq üçün müayinədən öncə həkimin diplomu və işləmək üçün ona verilən sertifikatla maraqlansınlar: "Xəstələr bu sənədləri olmayan həkimlərə güvənməsinlər".

Məsələyə tanınmış plastik və estetik cərrah Dilqəm Məmmədov da münasibət bildirib. O, qeyd edib ki, xarici ölkədən Azərbaycana gələn həkim işləmək istəyirsə, bu zaman mütləq Səhiyyə Nazirliyinin xəbəri olmalıdır və nazirlikdən sertifikat alaraq işləməlidir.

"Ancaq onu da deyim ki, bəzən xaricdən gəlmiş yox, elə öz yerli həkimlərimiz arasında da ixtisasına uyğun olmayan sahədə çalışanlar olur. Azərbaycanda ümumi cərrah və ya digər sahədə işləyən həkimlər var ki, özlərini plastik cərrah kimi təqdim edərək plastik əməliyyatlar keçirirlər. Nəticədə xəstələrin görünüşü daha pis vəziyyətə düşür" — mütəxəssis bildirib.

"Dəfələrlə plastik cərrah olmayan həkimlər tərəfindən uğursuz əməliyyat keçirən xəstələr mənə müraciət edib. Amma bu xaricdən gələn həkimlər deyil, ixtisası başqa olan, amma özünü plastik cərrah kimi təqdim edən yerli həkimlərdir", — deyə D.Məmmədov vurğulayıb.

Həkim Rasif Bağırov isə məsələyə belə münasibət bildirib: "Dünyanın bir çox ölkələrindən həkimlər Azərbaycana gəlib burada özəl klinika açaraq pul qazanırlar. Bir müddət işləyib pul yığandan sonra isə qazandıqlarını götürüb ölkəni tərk edirlər. Arada qalan isə sağalmayan, amma pulları gedən xəstələr olur".

R.Bağırov vurğulayıb ki, bu məsələnin kökündə mediada və internet şəbəkələrində Azərbaycan həkimlərinin pislənilməsi durur: "O qədər Azərbaycan həkimləri haqqında qara piar gedib ki, vətəndaşlar artıq öz həkimlərimizə inanmır. Ona görə də xaricdən gələn istənilən həkimə daha çox inanırlar".

"Bu da böyük faciələrə gətirib çıxarır. Belə ki, bu zaman insanlar reklamlara aldanıb həmin həkimlərə müraciət edirlər. Nəticədə sağlamlıqlarında daha böyük problemlər yaranır. Hətta bir müddət öncə bir tanışım xaricdən gələn həkimə gözünü əməliyyat etdirdi. Əməliyyat uğursuz alındı və xəstə kor oldu. Bu hallarda heç bir həkim xəstənin səhhətində yaranan problemi həll etməyi üzərinə götürmür və nəticədə xəstənin vəziyyəti daha da ağırlaşır. Vətəndaşları diqqətli olmağa çağırıram", — deyə həkim vurğulayıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı