Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür - VİDEO


Tarix:28-01-2018, 00:21 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür - VİDEOSəfərov Cəlil Əziz oğlu 28 yanvar 1962-ci ildə Gürcüstan Resbublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulub. Ailəlikcə Sumqayıt şəhərinə köçür. 1969-cu ildə Sumqayıt şəhər 10 saylı orta məktəbinin birinci sinfinə gedib, 1977-ci ildə səkkizinci sinfini bitirərək C. Naxçıvaniski adına Hərbi Liseyə qəbul edilir. 1980-ci ildə təhsilini başa vurmuş və həmin Vladiqafqaz Hərbi Raket Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlayır.

1984-cü ildə leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərində yerləşən hərbi şəhərlərində yerləşən hərbi hissələrdə çalışmağa başlayır.

O, 8 il burada işlədikdən sonra Azərbaycana qayıdır və Resbublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilir.

Səfərov Cəlil Əziz oğlu bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunur. Ezamiyyət müddəti bitdikdən sonra o, döyüş bölgəsində qalaraq və hərbi hissədə xidmət etməyi daha üstün tutmuşdu. O, Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsini azad edərək, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsini təmin etmişdi.

Təcrübəli zabit C. Səfərov 15 may 1992-ci ildə Şuşa rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə iştirak edərkən, qəhrəmancasına həlak olmuşdur.

Ailəlidir. İki övladı yadigar qalıb.

Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun adını daşıyır. Gürcüstan Resbublikası Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.

KARABAKHMEDİA.AZ










SON XƏBƏRLƏR
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib