Qarabag Media
Haqqımızda Əlaqə

Cümhuriyyətin gizli qəhrəmanı — quldur erməniyə qan udduran qaçaq oğlu


Tarix:27-01-2018, 16:58 Kateqoriya:Manşet / Araşdırma

Cümhuriyyətin gizli qəhrəmanı — quldur erməniyə qan udduran qaçaq oğlu

Karabakhmedia.az Moderator.az-a istinadən AXC-nin gizli qəhrəmanlarından biri Ağbaba Süvari Alayının 4-cü Xüsusi Təyinatlı taborunun birinci dəstəsinin komandanı, qaçaq Usubun oğlu Yüzbaşı Hacıvəli haqqında araşdırmanı təqdim edir.

Qeyd: Təqdim edəcəyimiz məlumat Ağbaba mahalı Düzkənd kəndinin sakini Yusif Rəhim oğlu Heydərovun (Aşıq Heydərin nəvəsi) xatirələri əsasında işıq üzü görüb. Bu xatirələr “Ağbaba Süvari Alayının” İgidlərinin xatirəsinə İthaf olunmuş “Aşıq Heydər"” kitabında səh-265-279 tam şəkildə işıqlandırılıb.

Moderator.az həmçinin, bu dəyərli bilgiləri təqdim etdiyi üçün Ağbaba-Şörəyel tarixini araşdıran Əbülfət Heydərə dərin təşəkkürünü bildirir:

4-cü Şərqi erməni dviziyasının -Baş komandan ordu generalı Andranik Ozanyan- Axırkələk polkunun məqsədi Gümrü və Gümrü ətrafı kəndlərdə, həmçinin Şörəgəl və Ağbaba, Kars, Çildır, Axırkələk və.s bölgələrdə qətliamlar vastəsilə erməni-daşnaq idarəçiliyini qoruyub saxlamaqdan ibarət idi.
1918-ci ildən etibarən Qərbi Azərbaycanın (indiki Ermənistanın) Ağbaba mahalında şərqi erməni dviziyasının Axırkələk polkunun qarşısında Kəlbalayı Məhəmməd ağanın rəhbərliyi altında 700 nəfər könüllülərdən təşkil olunmuş “Ağbaba Süvarı Alayı” dayanmışdı.

Qırx ildən artıq müddətdə müəyyən fasilələrlə müharibə meydanına çevrilən Şərqi Anadolu əhalisi yenə də ”Olüm, ya dirim” dilemması qarşısında qalmışdı. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyasını parçalamaq üçün, düşmənlər hər tərəfdən hücuma keçmişdilər.

Noyabrın ayında Ağbaba Milli Şurası təşkil edilir. Ağbabanın Köhnə İbiş kəndində olan Hacı Abbas oğlu Kərbalayi Məhəmməd ağa Şurasının sədri və konqresə nümayəndə seçilir. Şuranın tərkibində 7 nəfərdən – Hacı Abbas oğlu Kərbalayi Məhəmməd ağa, qardaşları Mahmud və Əsəd ağalar, Babaş ağa Bayram oğlu, Haşım Ağbaba, Xəlil Vəli oğlu Budaq və İbişli Hamza ağalardan ibarət idi.

Geri çəkilən türk ordusunun zabiti yüzbaş Xurşud bəy Ağbabada qalıb könüllü dəstələrin təlimi vəzifəsini öz üzərinə götürür, Ağbaba süvari dəstələri ermənilərə qarşı mücadilə edəcək bir gücə sahiblənir.

1918-ci ildə Ağbaba Milli Şurasının sədri Kəlbəlayı Məhəmməd ağa Kiçik Şiştəpə kəndindən qərargahını Böyük Təpəköy kəndinə köçürüb nahiyəni idarə eləməyə başladı.

4-cü xüsusi təyinatlı taborun 1-ci dəstəsinin başçısı yüzbaşı Hacıvəli Usub oğlu və 2-ci xüsusi təyinatlı dəstənin başçısı yüzbaşı Həşim Ağbabanin vəzifələri, Hacıabbas oğlu Məhəmməd ağa və Borçalı Mahalının Kəpənəkçi kəndində anadan olmuş Çənubi - Qərbi Kars Hökumətinin millət vəkili Emin ağanın iştirakı ilə gürcü generalları arasında aparılan gizli danışıqlardan sonra böyük məbləğdə nikolay qızılına (qızıl pul nəzərdə tutulur) alınmiş silah – sürsatı Axırkələkdən Ağbabaya tam təhlükəsiz şəkildə gətirib, Ağbaba Süvarı Alayını silah və sürsatla təmin etməkdən ibarət idi.
1917-1921-ci il tarixidə Qars – Çıldır bölgəsi rus, ingilis və erməni daşnaq birləşmələrinin nəzarəti altında idi. Ağbaba və Şörəgəlin müdafiyəsi üçün silah-sürsat yalnız Axırkələkdən gətirilirdi. Axırkələk yolu çox təhlükəli idi. Axırkələk Gürcüstanın nəzarətində olmasına baxmayaraq, bu yerlərə nəzarət ermənilərin əlində idi. 1919 -cu ilin dekabr ayında gürcü generalları sılah-sürsatın Ağbabaya aparılmasına zəmanət vermədilər. Üstəlik gürcü generalları Hacıabbas oğlu Məhəmməd ağaya xəyanət edərək silah daşıyan dəstələrinin yerlərini daşnaq alay komandanı Marzmanova bildirdilər.

1920-ci ilin yanvar ayının qarlı-şaxtalı qışında Ağbaba süvarı alayının yüzbaşısı Hacıvəli Usub oğlunun xüsusi təlim keçmış 20 nəfərdən ibarət dəstəsi Axırkələyin girişində “Dəmir Körpü” deyilən hissəsində şərqi Erməni dviziyasının Axırkələk polku tərəfindən mühasirəyə alınır və 6 saatdan artiq qanlı döyüşlər başlanır. Bu döyüşdə Ağbaba Süvarı Alayının xüsusi təlim keçmış 20 nəfər cəngavəri və Ağbaba süvarı alayının 4-cü qrupunun yüzbaşısı Qaçaq Usubun oğlu Hacıvəli ermənilər tərəfindən qətlə yetirilir. Deyilənə görə bu döyüşdə ermənilər tərəfindən 83 nəfər öldürülür.

Bu döyüşlərdə Ağbaba mahalının Düzkənd kəndindən Mustafa Abbasəli oğlu, Usub İmamverdi oğlu, Qərib Bayrampaşa oğlu və Rus Əhməd (İrəvandan gəlmədir, rus dilini mükəmməl bildiyinə görə el arasında belə adlandırılıb) şəhid oldular.

1920-ci il yanvar ayında Ağbaba mahalının Güllübulaq kəndinin görkəmli el şairı Aşıq Nəsib “Ağbaba Süvari Alayının” ərənlərinin xatirəsinə ithaf etdiyi şerini Sizə təqdim edirik.

Kalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,
Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Xalıd paşanı çağırdı, almasın min yara vətən,
Pul verdi o, silah aldı, yurd olmasın sara vətən,

Igidlərə xəbər verdi, yeriyin ərlər, yeriyin,
Tüfəngləri hərləyərək, göstərin hünər yeriyin,
Düşmən görsə boyunuzu, daldaya sinər, yeriyin.

Məhmud ağa qabaqdadı, düşməni izləyən qlavuz,
Qoşun nizamın saxlayan, onu gözləyən qlavuz,
Kafirlərin qlavuzun, qəfil düzləyən qlavuz,
Aslan kimi nərə çəkir, “olmaz para-para vətən”.

Hacıvəli bir cəng atdı, ermənilər pərən oldu,
Dağıldılar sərçə kimi, sanki qıran-qıran oldu.
Qaçaq Usubun bu oğlu, bu döyüşdə ərən oldu.
Yurd uğrunda öldü getdi,yenə düşdü dara vətən,

Aşıq Nəsib nə görübdü, hamısını düz söylədi.
Çoxusunu unudubdu, bəlkə hələ az söylədi.
Mən deyirəm hacavatnan, saz səsləndi, saz söylədi.
Yağı olan saqqat getdi, axır tapdı carə vətən.

Hazırladı: Elmin Nuri










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
İlham Əliyev Ərdoğanı təbrik etdi
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR