Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyənin “Yeni Şəfəq” qəzeti azərbaycanlı rəssamdan yazıb


Tarix:26-01-2018, 12:50 Kateqoriya:Manşet / Mədəniyyət

Türkiyənin “Yeni Şəfəq” qəzeti azərbaycanlı rəssamdan yazıb

Türkiyənin nüfuzlu “Yeni Şəfəq” qəzeti azərbaycanlı istedadlı rəssam Pərinisə Əskərovanın İstanbulda keçirilən “Modern və klasik miniatür” sərgisindən yazıb.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Məqalə rəssamın sərgisi ilə haqqında məlumatla başlayır. Daha sonra rəssam miniatür sənəti haqqında qəzetə ətraflı danışıb
“Miniatür bir təxəyyül sənətidir. Qədimdə şahlar ova gedərkən yanlarında mütləq rəssam götürərdilər. Onlar da ov da gördüklərini xəyal gücü ilə birləşdirib miniatür sənətini ortaya qoyurdular. Mən də xəyal dünyamda gördüklərimi və hiss etdiklərimi yaradıram. Öz işlərimdə isə klassik və müasir miniatürü birləşdirirəm”,-deyə rəssam qeyd edib.

Rəssam 1999-ci ildən bu günümüzə qədər fəaliyyətində klassik miniatür sənətinə bağlı qalaraq, modern bir tərzdə yeni yanaşmalar gətirir.
Bir çox milli, beynəlxalq, və fərdi sərgi keçirən sənətçi İstanbuldakı ilk fərdi sərgisinə olan diqqətdən olduqca məmnun olduğunu bildirib.
Sərgidə rəssamın 31 əsəri nümayiş etdirilib. Sərgidə Türkiyənin sənətçiləri, siyasətçiləri, tarixçiləri, həmçinin turistlər qalereyaya baş çəkiblər.

QEYD: 1976-ci ildə Naxçıvanda anadan olan Pərinisə Əskərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin məzunudur.
Məqalə ilə ətraflı tanışmaq olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://www.yenisafak.com/hayat/minyature-modernyorum-getirdi-3025889
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı