Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO


Tarix:22-01-2018, 17:21 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEOBu gün Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun doğum günüdür.

Fəxrəddin İbrahim oğlu Şahbazov 1950-ci il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1957-ci ildə 20 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1969-cu ildə hərbi xidmətə çağırılmışdır. 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumda təhsilini davam etdirmişdir. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlamış və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində çalışmışdır.

1988-ci ildə - ermənilərin Qarabağda açıq silahlı basqınlar başladığı vaxtda cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan iş deyildi. Hər an ölüm təhlükəsi ilə üz-üzə dayanmaq lazım gəlirdi. Bəziləri bu təhlükəli səfərlərdən yayınırdı. Fəxrəddin isə təklif, əmr gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif səpkili verilişlərin hazırlanmasında böyük səy göstərirdi.

1991-ci il... Noyabr ayı... Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunmuşdu. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər. Bu ərəfədə ermənilər Xocavənddə yeni təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Qərara alındı ki, rəhbər işçilər hadisə yerinə getsinlər və məsələni yerindəcə aydınlaşdırsınlar.

20 noyabr 1991-ci il... Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxdı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalandı. Respublikanın tanınmış şəxsləri ilə birlikdə teleoperator Fəxrəddin Şahbazov da qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki qızı var.

Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."