Qarabag Media
Haqqımızda Əlaqə

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi


Tarix:22-01-2018, 16:22 Kateqoriya:Manşet / Hadisə

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi

Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.

Karabakhmedia.az-ın istinadən xəbərinə görə, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.

Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, "məni axtarmayın!".

V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmmədovla qaçıb. Birgə yaşadıqları dövrdə aralarında hər hansı bir anlaşılmazlıq olmayıb.

Polis E.Məmmədovun müraciəti əsasında onun yaşadığı ünvanda müvafiq yoxlamalar aparıb və heç bir cinayət xarakterli iz aşkar etməyib.

V.Cəfərovanın Aşağı Nüvədi qəsəbəsində yaşayan ailə üzvləri də qızlarının yerindən xəbərsiz olduqlarını, lakin qadının bir neçə gün öncə öz qızına naməlum nömrədən zəng vuraraq geri qayıtmayacağını bildirdiyini söyləyiblər.

V.Cəfərovanın evdən çıxaraq itkin düşməsi barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyu 175 sm-dir, gözlərinin rəngi qəhvəyidir, o, orta bədən ölçülüdür. Fotodakı bu qadınla bağlı məlumatı olanlardan DİN-in "102" xidmətinə və 051-458 -21-08 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"